Paytaxt məktəblilərinin STEAM İnnovasiya Mərkəzinə ekskursiyalarına başlanılıb.
Xeberler.az bildirir ki,bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, ekskursiyalar zamanı müxtəlif yaş qruplarından olan şagirdlər elmi yeniliklərlə tanış olur, XXI əsr bacarıqlarını, ünsiyyət və əməkdaşlıq vərdişlərini inkişaf etdirirlər. Onlar, həmçinin müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir informasiya-kommunikasiya texnologiyaları avadanlıqlarından istifadə bacarıqlarını təkmilləşdirirlər.
Mərkəzdə məktəblilər aviasiya məkanı, “Uşaqlar üçün Nyuton”, konstruksiya və “Heureka Classics” otaqları, robotların hazırlanması laboratoriyası, “3D hologram”, “Sfera üzərində elm” və virtual reallıq (VR) zonaları ilə tanış olurlar. Ekskursiya iştirakçılarına eksponatlar haqqında məlumat verilir, onlar komandalara bölünərək müxtəlif oyunlarda iştirak edir, həm əylənir, həm də yeni biliklər qazanırlar. Şagirdlər, eyni zamanda, verilən təlimatlar əsasında eksperimentlər aparır, məktəbdə öyrəndikləri nəzəri bilikləri əyani şəkildə tətbiq etmək imkanı əldə edirlər.
Ekskursiyaların əsas məqsədi şagirdlərin elmə və texnologiyaya marağını artırmaq, yaradıcı və tənqidi düşünmə, problem həlletmə, eləcə də komanda şəklində işləmək bacarıqlarını inkişaf etdirməkdir.
STEAM İnnovasiya Mərkəzinin fəaliyyəti ölkədə elm və təhsil sahəsində müasir yanaşmaların tətbiqinə, tədrisin yeni tələblərə uyğun inkişafına və gənc nəslin innovativ ideyalarının reallaşdırılmasına xidmət edir. Mərkəzin əsas məqsədlərindən biri təhsilalanların potensial və maraqlarını üzə çıxarmaq, onların öyrənməyə həvəsini artırmaq və qazandıqları bilikləri cəmiyyətin inkişafına yönəltməkdir.



























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları