Məşhur şoumenin "Facebook" səhifəsinə 3 gündə 2 milyona yaxın insan üzv oldu

03-08-2010 / 15:59

Türkiyənin ən məşhur şoumeni Cem Yılmaz "Tvitter"dən sonra "Facebook"da da özünə səhifə açıb.

Xeberler.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, http://www.facebook. com/CMYLMZ ünvanındaki Cem Yılmazın rəsmi "Facebook" səhifəsinə 3 gündə 1 milyon 560 min insan üzv olub. Bu səhifədə Cem Yılmazın fotoları, videoları yerləşdirilib. Bundan başqa məşhur şoumen yaradıcılığındakı ən son yenilikləri də şəxsi səhifəsinə qoyub.

 

Qeyd edək ki, Yılmaz müsahibələrində "Facebook"un maraqsız sosial şəbəkə olduğunu və ora qatılmayacağını söyləmişdi. Amma görünən odur ki, şəbəkənin məşhurluğu qarşısında Yılmaz da geriyə addım atmaq məcburiyyəti qarşısında qalıb.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə