Diqqət! Bakcell-dən pulsuz Facebook xidməti

01-03-2011 / 22:47

Xeberler.az Bakcell-in rəsmi saytına istinadən xəbər verir ki, indi mobil cihazlar üçün yeni 0.facebook.com səhifəsi bütün Bakcell abunəçiləri üçün pulsuzdur.

Siz, 0.facebook.com səhifəsinə daxil olaraq, m.facebook.com mobil səhifəsinin bütün imkanlarından yararlana bilərsiniz. İstifadəçilər statusu yeniləyə, xəbərləri oxuya, fikir və təəssüratları ilə bölüşə, mesaj göndərə, dostların divarlarında öz sorğularını yaza və digər xüsusiyyətlərdən istifadə edə bilərlər. Səhifənin açılma sürətini artırmaq məqsədilə şəkilləri sadəcə bir kliklə baxa biləcəyiniz xüsusi səhifədə yerləşdirmişik. Bununla belə, Facebook səhifəsinin özündə şəkillərə baxmaq yenə də mümkündür, lakin bu zaman istifadə etdiyiniz xidmətə görə tarif planınız üzrə ödəniş etməlisiniz.

BAKCELL abunəçiləri 0.facebook.com səhifəsindən trafik haqqını ödəmədən istifadə edə bilərlər. 0.facebook.com səhifəsinin istifadəsi tamamilə pulsuzdur*.

Bu xidmətdən istifadə etmək üçün, telefonunuzdan aşağıdakı ünvanlardan birinə daxil olmaq kifayətdir:

0.facebook.com

0.facebook.com

0.facebook.com

zero.facebook.com

0.facebook.com səhifəsindən pulsuz istifadə yalnız şəbəkə daxilində mümkündür. Səhifəyə pulsuz giriş, Opera mini və trafik sıxılması üzərindən işləyən oxşar brauzerlərlə dəstəklənmir. Bu halda, Facebook-un mobil telefonlar üçün nəzərdə tutulan standart m.facebook.com və sensorlu ekran telefonları üçün touch.facebook.com səhifələrindən istifadə imkanları mümkündür. Bu səhifələrə giriş, istifadə etdiyiniz tarifə uyğun olaraq ödənilməlidir

* Ödəniş, yalnız şəkillərə baxanda və ya digər mobil səhifələrinə daxil olanda tətbiq olunur. İstifadəçi şəkillərə baxmağa, və ya digər mobil səhifəyə keçməyə cəhd edəndə, ekranda onun 0.facebook.com səhifəsini tərk etməsi və bundan sonrakı istifadənin ödənişli olması barədə məlumat görsənəcəkdir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə