İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School” layihəsində 2-ci yerin qalibi olmuş "Metatesk" komandası Türkiyənin ən böyük "Teknofest" festivalında iştirak edib və böyük uğur qazanıb. Festival çərçivəsində "Metatesk" komandası yeni tərəfdaşlıq təklifləri alıb və investisiya imkanları əldə edib.
“Metatesk”in stendi kifayət qədər diqqət çəkib. Stendin ziyarətçiləri arasında Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek, sənaye və texnologiya naziri Mehmet Fatih Kacır, “Bayraktar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı və təsisçisi Selçuk Bayraktar və Türkiyə Gənclik Vəqfinin qurucusu Bilal Ərdoğan da olub.
Türkiyənin Ankara şəhərində baş tutan beşgünlük “Teknofest” Aviasiya, Kosmik və Texnologiya festivalında Azərbaycanı “Metatesk” (təhsil), “Ednify” (təhsil), “SmartROW” (rabitə) və “Azirrigation” (kənd təsərrüfatı) startapları təmsil edib. Bu layihələr təmsil etdikləri sahələr üzrə innovativ həllərin tətbiqinə yönəlib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri