Previous Next
Bağla

"TEKNOFEST" tədbirinin detalları açıqlanıb

07-02-2022 10:19
"TEKNOFEST" tədbirinin detalları açıqlanıb

Mayın 26-29-da Azərbaycanda ilk dəfə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) təşkilatçılığı ilə keçiriləcək “TEKNOFEST" Aerokosmik və Texnologiya Festivalı azərbaycanlı və türk pilotların təqdimatında aviaşou, yarış və müsabiqələrin möhtəşəm final mərhələləri, sərgilər, əyləncəli attraksionlar, Azərbaycan və Türkiyə aviatexnikasının nümayişi, “TAKE OFF” Azərbaycan startap sammiti, konsert proqramı və digər sürprizlərlə yadda qalacaq.

Xeberler.az bildirir ki, bunu keçirdiyi mətbuat konfrasında nazir Rəşad Nəbiyev bildirib.

Tədbirdə “TEKNOFEST” Müşahidə Şurasının sədri, Türkiyənin Texnologiya Komandası Vəqfinin ("T3 Vakf"ı) rəhbəri Selçuk Bayraktar da iştirak edib. O, bildirib ki, “TEKNOFEST” Türkiyədə Sənaye və Texnologiya Nazirliyinin, T3 Vakfının birgə təşkilatçılığı, 60-dan çox dövlət qurumu, ali məktəb və özəl şirkətin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir. Festivalın keçirilməsində əsas məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat və ətraf mühitin qorunması kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə yeniyetmə və gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

R.Nəbiyev deyib ki, Azərbaycanın ev sahibliyi edəcəyi tədbir “Bakı Kristal Zalı” MMC və Dənizkənarı Milli Parkın ərazisində baş tutacaq. Festival çərçivəsində yarışlar “Robotexnika”, “Yaşıl texnologiyalar (GreenTech)”, “Aqrar texnologiyalar (AgriTech)”, “Pilotsuz uçuş aparatları (PUA)”, “Həvəskar peyk modelləşdirilməsi”, “Sosial yönümlü texnologiyalar”, “Smart Qarabağ” Hakatonu, “Sailplaner”, “Baku Skills”, “Rocket League” oyunu üzrə Avropa kuboku daxil olmaqla 10 müsabiqə üzrə keçiriləcək.

Yarışların əsas tərəfdaşları Energetika Nazirliyi, Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, NİNN-ə məxsus Rəqəmsal İnkişaf və İnnovasiya Agentliyi, Kosmik Agentlik, “AzInTelecom” MMC, Milli Aviasiya Akademiyası, ADA Universiteti, Azərbaycan Kiber İdman Federasiyası, "Azərbaycan Beynəlxalq Bankı" ASC, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və çıxış edir.

Tədbirin davamında Türkiyədən gəlmiş bir qrup tələbə səhnəyə dəvət edilib və onların uğurları barədə məlumat verilib. Bildirilib ki, Türkiyənin “Grizu-263A” adlı ilk mini-peyki İlon Maskın “SpaceX” raketi ilə kosmosa göndərilib. Peyki Türkiyənin Zonquldak şəhərindəki Bülent Ecevit Universitetinin Mühəndislik fakültəsinin tələbələri hazırlayıb. 1992-ci ildə Zonquldak mədənində baş vermiş partlayışda həlak olmuş mədənçilərin adını daşıyan peyk kosmosa ABŞ-ın Floridadakı “Cape Canaveral” kosmodromundan qalxıb. Peyk təxminən 525 km yüksəklikdə 4 il 8 ay müddətində xidmət göstərəcək.

Sonra “Robotexnika” müsabiqəsinə qatılmış, 6 şəhid övladından ibarət “Zəfər” komandasının təqdimatı dinlənilib. Şəhidlərimizin yadigarları “TEKNOFEST”in ölkəmizdə keçiriləcəyi xəbərini çox sevinclə qarşıladıqlarını və iştirak etməkdən məmnun olduqlarını dilə gətiriblər.

Xatırladaq ki, ötən il İstanbulda keçirilmiş “TEKNOFEST 2021”də Azərbaycan Pavilyonunda 11 startapımız nümayiş etdirilib. Startaplar kosmik sənaye, hərb, təhsil, tibb, kənd təsərrüfatı, nəqliyyat, video oyunlar kimi müxtəlif sahə və istiqamətləri, ümumilikdə yeni texnologiyaları əhatə edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Selçuk Bayraktar "TEKNOFEST Azərbaycan"la bağlı mətbuat konfransına qatılıb

07-02-2022

“TEKNOFEST Azərbaycan”la bağlı mətbuat konfransı keçirildi

07-02-2022

“TEKNOFEST Azərbaycan”ın keçiriləcəyi məkana media tur təşkil olunub

24-05-2022

"Teknofest Azərbaycan" çərçivəsində texnoloji müsabiqələrə qeydiyyat başa çatıb

02-03-2022

Bakıda keçiriləcək "Teknofest" festivalının tarixi açıqlanıb

11-01-2022

“Pilotsuz Uçuş Aparatları’’ müsabiqəsinə qeydiyyat davam edir

10-02-2022

"Aqrar texnologiyalar" müsabiqəsinə qeydiyyat aparılır

11-02-2022

“TEKNOFEST” Şuşada da keçirilə bilər

07-02-2022

Azərbaycan Türkiyədə keçirilən “Teknofest 2022”də milli pavilyonla təmsil olunur  

30-08-2022

“TEKNOFEST” çərçivəsində “Baku Skills” müsabiqəsinə start verilib

02-02-2022

“Azercell Telekom” MMC festivalın baş sponsoru oldu

12-04-2022

Səlcuk Bayraktar Bakıda MiG-29-da uçub

25-05-2022

"Teknofest Azərbaycan" festivalında yeni nailiyyətlər nümayiş etdiriləcək

15-04-2022

İrem Bayraktar: “TEKNOFEST-in Azərbaycanda daimi keçirilməsini dəyərləndiririk”

06-09-2023

Azərbaycan startapı “Teknofest”də beynəlxalq şirkətlərlə müqavilə imzalayıb

01-10-2021

“Həvəskar peyk modelləşdirilməsi’’ müsabiqəsinə qeydiyyat davam edir

08-02-2022

“TEKNOFEST Azərbaycan” çərçivəsində keçiriləcək bir neçə müsabiqənin qeydiyyat müddəti uzadılıb

19-02-2022

“TEKNOFEST Türkiyə – 2023”də qalib olmuş Azərbaycan komandaları-FOTO

03-05-2023

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalı başa çatıb

30-05-2022

“Sosial yönümlü texnologiyalar’’ müsabiqəsinə qeydiyyat başlayıb

09-02-2022

  Bakı Ali Neft Məktəbinin 16 komandası “Teknofest”də finala yüksəlib  

25-05-2022

Azərbaycan və Türkiyə arasında texnologiya sahəsində əməkdaşlığı dərinləşəcək

01-06-2022

“Rocket League” Avropa çempionatına qeydiyyat davam edir

15-03-2022

II və III yer üzrə qaliblər təltif olunub

29-05-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə