Previous Next
Bağla

“TEKNOFEST Türkiyə – 2023”də qalib olmuş Azərbaycan komandaları-FOTO

03-05-2023 20:00
“TEKNOFEST Türkiyə – 2023”də qalib olmuş Azərbaycan komandaları-FOTO

27 aprel-1 may tarixlərində Türkiyənin İstanbul şəhərində “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı keçirilib.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz festivalda 200 kvadratmetr ərazini əhatə edən milli pavilyonla təmsil olunub.

Tədbir çərçivəsində Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan cənab Prezident İlham Əliyevə Türk dünyasının böyük oğlu, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Türkiyə Poçtu tərəfindən hazırlanan xatirə poçt markasını və Birinci gün zərfini hədiyyə edib.

Festivalda Azərbaycanın Kosmik Agentliyi – Azərkosmosun da yer aldığı milli pavilyonda 2-6 oktyabr tarixlərində Bakıda təşkil olunacaq Beynəlxalq Astronavtika Konqresi ilə bağlı aktiv təbliğat işləri həyata keçirilib. Belə ki, gənc tədqiqatçılar və tələbələrə konqres haqqında geniş təqdimatlar nümayiş etdirilib. Festivalda Azərbaycan pavilyonunu ziyarət edən “TEKNOFEST” Müşahidə Şurasının sədri və Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) rəhbəri Selçuq Bayraktar Beynəlxalq Astronavtika Konqresinə dəvət olunub.

Ziyarətçilərə, həmçinin startap-layihələr, eləcə də “Kızılelma” interaktiv oyunu və “VR Ay səyahəti” virtual oyunu təqdim olunub.

Ümumilikdə yarışmaların final mərhələsinə 100-dən çox tələbənin iştirak etdiyi 16 Azərbaycan komandası vəsiqə qazanıb. Layihələr üzrə birinci yerləri “Akıllı ulaşım” yarışmasında Bakı Dövlət Universitetinin “Driver’s Eye” layihəsi və “ISIF 2023 Beynəlxalq Patentlər” yarışmasında “Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai Birliyinin sədri Ceyhun Xəlilovun “İnventorlu elektrik requlyatoru” layihəsi, üçüncü yeri “Tarım teknolojisi” yarışmasında Bakı Dövlət Universitetinin “Ağıllı damla sulama sistemi” layihəsi qazanıb. Eyni zamanda Azərbaycan-Türkiyə gənclərindən ibarət “Ejder Drones” komandası “İnsanlıq yararına texnologiya” müsabiqəsinin “Fəlakətlərin idarəedilməsi” kateqoriyasında universitet və yuxarı səviyyə üzrə üçüncü yerə layiq görülüb.

Festival çərçivəsində Türkiyənin İstanbul Texniki Universiteti, Qalatasaray Universiteti, Yeditepe Universiteti, Boğaziçi Universiteti, İstanbul Nişantaşı Universiteti, Mərmərə Universiteti, Bahçeşehir Universiteti və İbn Haldun Universiteti kimi aparıcı təhsil müəssisələrinin müəllim və tələbə heyəti ilə də görüşlər keçirilib.

“TEKNOFEST – 2023” 2,5 milyondan çox ziyarətçi ilə “dünyanın ən böyük tədbiri” kimi tarixə düşüb. Festivalda iştirak 2 ölkə arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti nümayişi olub.

“TEKNOFEST” Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi ilə Səlcuq Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı, qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

26-29 may 2022-ci il tarixlərində “TEKNOFEST” ilk dəfə Türkiyədən kənarda – Azərbaycanda keçirilib. “TEKNOFEST Azərbaycan” festivalını 300.000-ə yaxın ziyarətçi izləyib. Festival çərçivəsində üç beynəlxalq tədbir və səkkiz texnoloji müsabiqə təşkil olunub.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Səlcuq Bayraktar Beynəlxalq Astronavtika Konqresinə dəvət olunub

Səlcuq Bayraktar Beynəlxalq Astronavtika Konqresinə dəvət olunub

02-05-2023
Azərbaycan Türkiyədə keçirilən “Teknofest 2022”də milli pavilyonla təmsil olunur   

Azərbaycan Türkiyədə keçirilən “Teknofest 2022”də milli pavilyonla təmsil olunur  

30-08-2022
Rəşad Nəbiyev “TEKNOFEST Türkiyə-2023”ün azərbaycanlı qalibləri ilə görüşüb

Rəşad Nəbiyev “TEKNOFEST Türkiyə-2023”ün azərbaycanlı qalibləri ilə görüşüb

12-05-2023
Səlcuk Bayraktar Bakıda MiG-29-da uçub

Səlcuk Bayraktar Bakıda MiG-29-da uçub

25-05-2022
Azərbaycan startapı “Teknofest”də beynəlxalq şirkətlərlə müqavilə imzalayıb

Azərbaycan startapı “Teknofest”də beynəlxalq şirkətlərlə müqavilə imzalayıb

01-10-2021
“TEKNOFEST-2024”lə bağlı infosessiya keçirilib.

“TEKNOFEST-2024”lə bağlı infosessiya keçirilib.

27-01-2024
"Teknofest Azərbaycan" çərçivəsində texnoloji müsabiqələrə qeydiyyat başa çatıb

"Teknofest Azərbaycan" çərçivəsində texnoloji müsabiqələrə qeydiyyat başa çatıb

02-03-2022
Türkiyə dünyanın ən böyük elm və texnologiya festivalı olan “TEKNOFEST”ə hazırlaşır

Türkiyə dünyanın ən böyük elm və texnologiya festivalı olan “TEKNOFEST”ə hazırlaşır

22-08-2023
“TEKNOFEST Azərbaycan”ın keçiriləcəyi məkana media tur təşkil olunub

“TEKNOFEST Azərbaycan”ın keçiriləcəyi məkana media tur təşkil olunub

24-05-2022
“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalı başa çatıb

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalı başa çatıb

30-05-2022
TEKNOFEST-2023 başa çatıb, bu il festivalı 4,6 milyon insan ziyarət edib

TEKNOFEST-2023 başa çatıb, bu il festivalı 4,6 milyon insan ziyarət edib

02-10-2023
“Azercell Telekom” MMC  festivalın baş sponsoru oldu

“Azercell Telekom” MMC festivalın baş sponsoru oldu

12-04-2022
“TEKNOFEST-2025”ə qatılmaq istəyən BDU tələbələrinin nəzərinə

“TEKNOFEST-2025”ə qatılmaq istəyən BDU tələbələrinin nəzərinə

19-02-2025
“TEKNOFEST Azərbaycan” çərçivəsində Flyboard əyləncə proqramı təşkil olunacaq

“TEKNOFEST Azərbaycan” çərçivəsində Flyboard əyləncə proqramı təşkil olunacaq

28-03-2022
“TEKNOFEST Azərbaycan”ın ilk mərhələsinin nəticələri açıqlanıb

“TEKNOFEST Azərbaycan”ın ilk mərhələsinin nəticələri açıqlanıb

25-03-2022
Gənclər və idman naziri "Teknofest"ə qatılıb

Gənclər və idman naziri "Teknofest"ə qatılıb

25-09-2021
Nazir Türkiyənin Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb

Nazir Türkiyənin Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb

11-06-2022
“Rocket League” Avropa çempionatına qeydiyyat davam edir

“Rocket League” Avropa çempionatına qeydiyyat davam edir

15-03-2022
“Ecofirendly” komandası "Yaşıl texnologiyalar" müsabiqəsi üzrə III yerə laiq görülüb

“Ecofirendly” komandası "Yaşıl texnologiyalar" müsabiqəsi üzrə III yerə laiq görülüb

31-05-2022
İstanbulda növbəti TEKNOFEST-ə start verilib

İstanbulda növbəti TEKNOFEST-ə start verilib

17-09-2025
İrem Bayraktar: “TEKNOFEST-in Azərbaycanda daimi keçirilməsini dəyərləndiririk”

İrem Bayraktar: “TEKNOFEST-in Azərbaycanda daimi keçirilməsini dəyərləndiririk”

06-09-2023
AMEA “TEKNOFEST Azərbaycan” festivalında uğurla iştirak edir

AMEA “TEKNOFEST Azərbaycan” festivalında uğurla iştirak edir

26-05-2022
  Bakı Ali Neft Məktəbinin 16 komandası “Teknofest”də finala yüksəlib   

  Bakı Ali Neft Məktəbinin 16 komandası “Teknofest”də finala yüksəlib  

25-05-2022
"TEKNOFEST" tədbirinin detalları açıqlanıb

"TEKNOFEST" tədbirinin detalları açıqlanıb

07-02-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə