Previous Next
Bağla

Mətbuat Şurası yeni şikayətlərə baxıb

20-08-2009 19:48
Mətbuat Şurası yeni şikayətlərə baxıb

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası 19 avqust 2009-cu il tarixdə növbəti iclasını keçirib. Şura sədrinin müavini Umud Rəhimoğlunun başçılıq etdiyi komissiyanın üzvləri gündəliyə daxil olunan 6 məsələ ətrafında geniş müzakirələr aparıblar. Həmin gün «Azadlıq» qəzetində dərc edilən yazılarla bağlı 2 şikayətə baxılıb. «İnam» Plüralizm Mərkəzinin sədri Vahid Qazinin bu nəşrdə gedən «QHT» qaranlığında yaradılan suitalar» (26 iyul 2009-cu il) sərlövhəli yazı ilə əlaqədar müraciəti araşdırılarkən belə bir ümumi fikir qabardılıb ki, hər hansı nəşrin, yaxud köşə yazarının digər müəllifləri müxtəlif məsələlərin işıqlandırılmasında məhz onların mövqelərinə, baxışlarına uyğun fikirlər yer almadığına görə qınaq hədəfinə çevirməsi heç də məqbul hal sayıla bilməz:  \"Adıçəkilən köşə yazısında da məsələyə bu cür yanaşılmaqla bərabər V.Qazi barədə təhqiramiz fikirlər işlədilib.\" Komissiya bunu etik prinsiplərin pozulması kimi dəyərləndirib. Komissiya nəşrə təkzib verilməsini və onun yazının getdiyi səhifədə, eyni şriftlə dərcini tövsiyyə edib.

İclasda rəyə gəlinib ki, «Azadlıq» qəzetinin 31 may 2009-cu il tarixli sayında Ağdam rayonu ilə bağlı məqalə də «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın bir sıra bəndlərinin tələbləri gözlənilməməklə nəşrin səhifəsinə çıxarılıb. Araşdırma aparılmadan, balans prinsipi gözlənilmədən ittiham xarakterli fikirlərin təqdimatı qüsurlu hal sayılıb. Tərəflər razılığa gəliblər ki, yazıda adı hallandırılan şəxsin məktubunun dərci ilə əsl həqiqətlərə aydıqlıq gətirilə bilər.

Tədbirdə köşə yazılarına müəllifin, yoxsa onu yayımlayan kütləvi informasiya vasitəsinin cavabdehliyi məsələsinə də toxunulub. Bildirilib ki, «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikasının Qanununda bu məsələdə müəlliflə yanaşı həmin materialı təqdim edən KİV-in də məsuliyyəti nəzərdə tutulur. Bütün bunlar bu ilin 5 iyul sayında «Döyüş və söyüş vərəqələri» sərlövhəli köşə yazısını təqdim edən «Reytinq» qəzeti rəhbərliyinin də nəzərinə çatdırılıb. Komissiya qəzetdə orduda xidmətdən yayınmaya, itaətsizliyə çağırışa yönələn fikirlərin yer almasının yolverilməz olduğunu bildirib, nəşr rəhbərliyinə belə halları təkrarlamamağı tövsiyyə edib.  İclasda rəyə gəlinib ki, Mətbuat Şurası ordu ilə bağlı mətbuatda gedən yazıların monitorinqini aparsın, təhlillərin nəticələrini ictimaiyyətə təqdim etsin.

Respublika Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun «Yeni xəbər» qəzetinə qarşı şikayətinə baxılarkən vurğulanıb ki, nəşrin həmin müəssisə ilə bağlı yazısında peşəkarlığın tələbləri gözlənilmədiyindən yanlışlığa yol verilib. Qəzetə institutun mövqeyini əks etdirən məktubunun dərci tövsiyyə olunub.

İclasda müzakirəyə çıxarılan daha bir məsələ ilə bağlı məlumat verilib ki, «Müstəqil hüquqşünas» qəzeti Cəlilabad rayonu Gülməmmədli kənd icra nümayəndəsi Əflatun Səfərovun mövqeyini əks etdirən yazının təqdimatını təmin edib.

Komissiya üzvləri «Real press» (baş redaktor Raqif Nazimoğlu) və «Mətbuat nəzarəti» (baş redaktor Gülnarə Sadıqova) qəzetlərində gedən qarşılıqlı ittiham xarakterli yazıları müzakirə edərkən rəyə gəliblər ki, bu materiallar indiyədək şikayət doğuran belə xarakterli yazıların ən kəskinidir. Belə ki, nəşr rəhbərləri yalnız bir-birilərinin ünvanlarına vulqar ifadələr işlətməklə kifayətlənməyib, özlərinə yaxın olan digər insanları da obyekt kimi seçiblər. Komissiya toplanmıış materiallarda kəskin ittiham xarakterli fikirlərə geniş yer verilməsini nəzərə alaraq onların hüquq-mühafizə orqanlarına göndərilməsini məqbul sayıb. Həmçinin qəzetlərinin saylarının monitorinqinin aparılması və buna əsasən nəşrlər barədə müvafiq ciddi ölçü götürülməsi təklifi də bəyənilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Daha üç “reket qəzet”in adı açıqlandı

02-07-2009

MƏTBUAT ŞURASI YENİ “REKET”lərin İZİNƏ DÜŞÜB

25-09-2010

Mətbuat Şurasından «Alma» qəzetinə ciddi xəbərdarlıq

11-11-2010

Mətbuat Şurası qəzetlərə xəbərdarlıq edib

11-01-2011

Azərbaycanın Mətbuat Şurası reket qəzetlərin yeni siyahısını açıqlayıb

23-10-2009

3 qəzet, 1 sayta xəbərdarlıq edildi

18-12-2010

ANS və “Yeni Müsavat” barışıq sazişi imzaladı

08-10-2009

Reket qəzetlərlə bağlı məsələyə baxılacaq

21-10-2009

Daha 7 mətbuat orqanının “reket nəşr” elan olunması ilə bağlı təqdimat verilib

29-12-2009

Azərbaycan Mətbuat Şurası 2009-cu ilin birinci yarısı üçün hesabatını açıqlayıb

21-07-2009

“İnternet portallara dövlət yardımları ayrılmalıdır”

06-03-2013

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu narazıların şikayətlərinin araşdırmasını yekunlaşdırıb

10-09-2009

Mətbuat Şurası Mətbuat Nizamnaməsinin 90 illiyini qeyd etdi

31-10-2009

«ANS» və «Yeni Müsavat» arasındakı problem həll olundu?

04-09-2009

MSK qəzetləri cəzalandıra bilər

02-11-2010

“Mətbuat Şurası internet mediaya müdaxilə etməyəcək”

26-02-2013

Azərbaycan KİV-ləri bölgələrdəki hadisələrə daha diqqətli olmalıdır – Mətbuat Şurasının sədri

22-12-2009

Əflatun Amaşov Avropa Mətbuat Şuraları Alyansının XII toplantısına qatılacaq

11-10-2010

“AQO” nümayəndələri mətbuat nümayəndələri ilə görüşüb

25-11-2009

KİV-lə bağlı beynəlxalq konfrans Bakıda keçirilə bilər

27-11-2009

Azərbaycandakı internet-xəbər resurslarına nəzarət ediləcək

27-11-2010

Mətbuat Şurası monitorinqin nəticələrini açıqladı

09-04-2009

DSMF kütləvi informasiya vasitələri arasında müsabiqə elan edib

14-09-2009

Mətbuat Şurası peşə etikasıyla bağlı üç aylıq hesabat təqdim edib

19-06-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə