Previous Next
Bağla

Daha üç “reket qəzet”in adı açıqlandı

02-07-2009 19:55
Daha üç “reket qəzet”in adı açıqlandı

Azərbaycan Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

Şuradan verilən məlumata görə, MŞ sədrinin müavini Umud Rəhimoğlunun rəhbərliyi ilə keçirilən tədbirdə 6 məsələ ilə bağlı müraciətlər araşdırılaraq müvafiq rəylər qəbul olunub. Müzakirələr 3 nəşrin “reket” elan olunması ilə başa çatıb.

Bakı şəhəri 170 və 234 saylı məktəblərin “Pressinq”, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı və Azərbaycan Dövlət Pedaqoji Kollecinin “İrəvan press”, Beyləqan Rayon Polis Şöbəsinin “Son olay” qəzetlərinə qarşı şikayətlərinin müzakirələri zamanı əsasən oxşar motivlər təhlil edilib. Bu qəzetlərdə adıçəkilən qurumlar barədə qərəzli, faktlara, dəlil-sübutlara əsaslanmayan, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın əksər bəndlərinin tələblərinə sayğısızlıqla yanaşılan materiallar dərc olunub. Qarşı tərəfə yönələn təhdid xarakterli hərəkətlərə yol verilib. Komissiya üzvləri bütün bunları əsas gətirərək həmin qəzetlərin MŞ-nin “qara siyahı”sına salınmasını məqsədə müvafiq sayıblar.

İclasda Akademik M. Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının “Gündəlik Bakı” qəzetində gedən “Telman İbadovla Oqtay Şirəliyevi hansı dostluq telləri birləşdirir?” (23 iyun 2009) sərlövhəli yazı ilə bağlı müraciətinin müzakirəsi ilə bağlı belə rəyə gəlinib ki, yekun rəy çıxarılması üçün əlavə araşdırmaların aparılması və nəşrin son 2 ayda çıxan saylarının monitorinqinin keçirilməsi zəruridir.

Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialının “Respublika gəncləri” qəzeti ilə bağlı şikayətinin müzakirəsi tərəflər arasında anlaşma əldə olunması ilə başa çatıb. Belə rəyə gəlinib ki, qəzet qarşı tərəfin mövqeyini əks etdirən məktub dərc etməlidir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Mətbuat Şurası yeni şikayətlərə baxıb

20-08-2009

MƏTBUAT ŞURASI YENİ “REKET”lərin İZİNƏ DÜŞÜB

25-09-2010

Daha 7 mətbuat orqanının “reket nəşr” elan olunması ilə bağlı təqdimat verilib

29-12-2009

Mətbuat Şurasından «Alma» qəzetinə ciddi xəbərdarlıq

11-11-2010

Reket qəzetlərlə bağlı məsələyə baxılacaq

21-10-2009

Mətbuat Şurası qəzetlərə xəbərdarlıq edib

11-01-2011

Azərbaycan Mətbuat Şurası 2009-cu ilin birinci yarısı üçün hesabatını açıqlayıb

21-07-2009

Azərbaycan Mətbuat Şurası “reket” qəzetlərin növbəti siyahısını açıqlayıb

18-04-2009

Azərbaycanın Mətbuat Şurası reket qəzetlərin yeni siyahısını açıqlayıb

23-10-2009

Radiotezliklər üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib

06-11-2009

Mətbuat Şurası bu ilin 6 ayı ərzindəki fəaliyyəti ilə bağlı hesabat açıqlayıb

05-08-2009

Mətbuat Şurasına qarşı iddia rəd edildi

02-07-2009

Yaxın günlərdə “reket” nəşrlərin siyahısına əlavələr olacaq

30-06-2009

“Reket” qəzetlər Azərbaycan Nəşriyyatından çıxarılıb

15-06-2009

3 qəzet, 1 sayta xəbərdarlıq edildi

18-12-2010

Mətbuat Şurası peşə etikasıyla bağlı üç aylıq hesabat təqdim edib

19-06-2009

“Gündəlik Bakı” qəzeti appellyasiya məhkəməsində qalib gəlib

10-10-2009

Mətbuat Şurası “reket” nəşrlərlə bağlı vergi orqanlarına müraciət edəcək

27-06-2009

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu narazıların şikayətlərinin araşdırmasını yekunlaşdırıb

10-09-2009

Xeberler.az İKT portalı Mətbuat Şurası üzvlüyünə qəbul edilib

21-10-2015

Azərbaycan Mətbuat Şurası “reket” qəzetlərin yeni siyahısını hazırlayır

27-08-2009

Seçkidə ödənişsiz efir vaxtı və dərc üçün yer ayıracaq KİV-in adı açıqlandı

24-09-2010

İnternetin inkişafı üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib

17-12-2008

Azərbaycan «AzDataCom» şəbəkəsi ilə əhatə olunur

31-01-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə