Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Microsoft korporasiyası Apple şirkəti tərəfindən App Store ticarət nişanının istifadə olunması üçün xüsusi icazə verilməsinə rəsmi etirazını bildirib.
Müvafiq ərizəsinin 2010-cu ilin iyun ayında ABŞ Patent Bürosuna təqdim olunmasına baxmayaraq, sözügedən etiraz haqqında yalnız cari ilin yanvar ayında məlum olub. Microsoft hesab edir ki, ticarət nişanının adında ümumi işlədilən app (application – “əlavə”) və store (“mağaza”) sözləri istifadə olunur. Bunu əsas tutaraq, korporasiya sübuta yetirməyə çalışır ki, App Store nişanının qeydiyyatdan keçəcəyi təqdirdə ABŞ-ın müvafiq qanunvericiliyi pozulmuş olacaq. Qanunvericilik isə ümumi işlədilən sözlərdən ibarət ticarət nişanlarının qeydiyyatdan keçməsini qadağan edir. Qeyd edək ki, Apple Microsoft-un etirazına səbəb olan bu ticarət nişanının qeydiyyatdan keçməsinə dair ərizəni 2008-ci ildə iPhone smartfonları üçün App Store onlayn mağazanın istifadəyə verilməsindən bir həftə sonra təqdim etmişdir.
Ərizədə qeyd olunur ki, “App Store” adlığı mobil proqramların satışı ilə məşğul olan internet-mağazanın işarə edilməsi üçün istifadə olunmalıdır. Lakin indiyədək həmin sorğu hələ qəbul edilməyib. Mobil əlavələr mağazası bir sıra şirkətdə var. Apple-dan əlavə bu cür resurslar Google (Android Market), Microsoft (Windows Marketplace), eləcə də Samsung, Nokia, BlackBerry və digər brendlərə məxsusdur.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri