Apple-in milyonlarla tətbiqinin yer aldığı nəhəng online mağazasına (App Store) dünən günorta saatlarından etibarən girmək mümkün olmayıb. App Store ilə birlikdə iTunes Store-a da giriş məhdudlaşdırılıb.
İstifadəçilərin ağlına ilk gələn məsələ isə Apple-in serverlərinin xaker hücumlarına məruz qalması ehtimalı olub.
Apple şirkəti isə problemin texniki məsələlərdən qaynaqlandığını bildirib.
Apple səlahiyyətlisi Tom Neumayr məsələylə bağlı açıqlama verərək müştərilərdən üzr istəyib: "iTunes və digər xidmətlərdə yaşanan problemlərə görə müştərilərimizdən üzr istəyirik. Problem DNS səhvinə görə meydana gəlib. Ən qısa zamanda bütün xidmətləri aktiv hala gətirmək üçün çalışacağıq. Hər kəsə səbri üçün təşəkkür edirik".
Sevinc Əsədova
Rəsmilərin sosial mediaya gəlişi nəyi dəyişəcək ?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Rəqəmsal əsrdə yeni həyat tərzimiz... Elektron arayışlar
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət