Previous Next
Bağla

Microsoft Bakıda yeni qurğularını təqdim edib-Foto

13-12-2016 10:15
Microsoft Bakıda yeni qurğularını təqdim edib-Foto

Microsoft Azerbaijan  şirkətinin təşkilatçılığı ilə Bakıda şirkətin tərəfdaşları və sifarişçiləri üçün Microsoft Device Day (Cihaz Günü)  və “Accelerate Your Business” (Biznesini sürətləndir) adlı tədbirlər keçirilib.

Xeberler.az-ın məlumatına görə, iki gün davam edən tədbirlər çərçivəsində binzeslər üçün Windows 10 Pro əməliyyat sisteminin və Windows qurğularının üstünlüklərindən bəhs edən təqdimatlar keçirilib, informasiya təhlükəsizliyində son cərəyanlar haqqında məlumat verilib və Windows 10  üzərində işləyən yeni qurğular nümayiş etdirilib.

Microsoft Azerbaijan-ın tərəfdaş və sifarişçi şirkətlərinın iştirakı ilə baş tutan tədbirlərdə hazırda 400 milyondan çox qurğuda istifadə edilən Windows 10 əməliyyat sisteminin xüsusiyyətləri, təqdim etdiyi yeniliklər və innovativ funksiyaları barədə müfəssəl təqdimat keçirilib.

Bundan başqa, tədbir iştirakçılarına Windows 10 əməliyyat sistemi üzərində işləyən müxtəlif cihazlar haqqında məlumat əldə etmək və onları sınaqdan keçirmək imkanı yaradılıb.

Tədbir iştirakçılarını giriş sözü ilə salamlayan Microsoft Azerbaijan şirkətinin baş meneceri Sərxan Həşimov müasir dövrümüzdə məlumat təhlükəsizliyinin təmin edilməsinin əhəmiyyətini, bulud texnologiyalarının bu sahədə yaratdığı yeni cərəyanlar və Microsoft korporasiyasının təqdim etdiyi xidmətlərin informasiya təhlükəsizliyi sahəsinə verdiyi töhfələrindən danışıb.

Öz növbəsində tədbirdə çıxış edən Microsoft-un mütəxəssisi Maksim Kuzminov Windows 10 əməliyyat sisteminin üstünlüklərindən ətraflı məlumat verib və bildirib:

 “Bu gün heç bir sahə informasiya texnologiyaların köməyi olmadan inkişaf edə bilməz. Hazırda təqdim etdiyimiz Windows 10 əməliyyat sistemi Windows-un indiyədək mövcud olan əməliyyat sistemləri arasında ən təhlükəsizidir. Belə ki, sistemin tərkib hissəsi kimi təqdim edilən “Windows Hello” funksiyası əl izi, üz cizgilərinin tanınması kimi biometrik məlumatlarınızdan istifadə etməklə sizin özünüzə şifrə olmaq imkanı verir və ən yuxarı səviyyədə təhlükəsizliyinizi təmin etmiş olurlar“.

“Gücləndirilmiş təhlükəsizlik əməliyyat sistemindən başlayır” təqdimatı ilə tədbirdə çıxış edən Microsoft Azerbaijan şirkətinin strateji həllər üzrə meneceri Qaçay Mirzəyev isə bildirib ki, kiberterrorun, kibercasusluğun, virtual əlaqələrin gücləndiyi dövrdə informasiya təhlükəsizliyindən yaranan problemlər daha da artıb. Onun sözlərinə görə, mənşəyi məlum olmayan proqram təminatından istifadə maliyyə itkilərinə, şirkətin imicinə xələl yetirməsinə, məxfi məlumatın ələ keçirilməsinə və ümumi məhsuldarlığın azalmasına gətirib çıxarır. Belə ki, dünyada məlumat pozuntusunun səbəb olduğu zərərin ortalama dəyəri 4 milyon ABŞ dollarına bərabərdir.

Qeyd edək ki, bu il Microsoft Device Day və “Accelerate Your Business” tədbirləri bir qədər fərqli ve daha maraqli formatda keçirilib.

Belə ki, hər iki tədbirin aparıcıları qismində Şən və Hazırcavablar Klubunun “Yığma Bakı” komandasının üzvləri olan Tural Həsənli və Səməndər Rzayev çıxış edib və müasir texnologiyalara xüsusi yumoristik yanaşmaları ilə tədbirə rəng qatıblar.

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Microsoft Bakıda ən yeni cihazlarını təqdim edib

Microsoft Bakıda ən yeni cihazlarını təqdim edib

30-10-2017
Microsoft: Windows 7 ƏS-nin 300 milyon lisenziyası satılıb

Microsoft: Windows 7 ƏS-nin 300 milyon lisenziyası satılıb

01-02-2011
"Microsoft" "Windows 10"a dəstəyi dayandırır

"Microsoft" "Windows 10"a dəstəyi dayandırır

14-10-2025
Microsoft yeni Windows 7 əməliyyat sisteminin ilk beta versiyasını ictimaiyyətə təqdim etdi

Microsoft yeni Windows 7 əməliyyat sisteminin ilk beta versiyasını ictimaiyyətə təqdim etdi

08-01-2009
Windows 7-nin Azərbaycan dilli versiyanın buraxılması gözlənilir

Windows 7-nin Azərbaycan dilli versiyanın buraxılması gözlənilir

22-10-2009
Microsoft Windows XP-nin ömrünü uzadır

Microsoft Windows XP-nin ömrünü uzadır

06-10-2008
«Microsoft» iki ildən sonra «Windows 8» sistemini istifadəyə verəcək

«Microsoft» iki ildən sonra «Windows 8» sistemini istifadəyə verəcək

25-10-2010
«Microsoft Windows Vista» və «MS Office-2007» əməliyyat sistemlərinin lokallaşdırılması yekunlaşıb

«Microsoft Windows Vista» və «MS Office-2007» əməliyyat sistemlərinin lokallaşdırılması yekunlaşıb

23-07-2008
«Microsoft Windows Vista» və «MS Office-2007» əməliyyat sistemlərinin lokallaşdırılması yekunlaşıb

«Microsoft Windows Vista» və «MS Office-2007» əməliyyat sistemlərinin lokallaşdırılması yekunlaşıb

06-08-2008
Microsoft BakuTel-2009-da Windows 7-nin Azərbaycan dillində versiyasını təqdim edib

Microsoft BakuTel-2009-da Windows 7-nin Azərbaycan dillində versiyasını təqdim edib

04-11-2009
    BakuTel sərgisində Microsoft Windows 8 əməliyyat sistemi nümayiş olundu

BakuTel sərgisində Microsoft Windows 8 əməliyyat sistemi nümayiş olundu

07-11-2012
Microsoft-un ən zəif əməliyyat sistemi hansıdır?

Microsoft-un ən zəif əməliyyat sistemi hansıdır?

09-02-2017
Microsoft yeni əməliyyat sistemi hazırlayır

Microsoft yeni əməliyyat sistemi hazırlayır

31-01-2017
Hər 3 kompüterdən 1-də Windows Vista XP ilə əvəz olunub

Hər 3 kompüterdən 1-də Windows Vista XP ilə əvəz olunub

20-08-2008
"Windows 11"in buraxılacağı tarix açıqlanıb

"Windows 11"in buraxılacağı tarix açıqlanıb

29-06-2021
Windows 8 istifadəçilərinin yarısını itirdi

Windows 8 istifadəçilərinin yarısını itirdi

25-05-2015
"Microsoft Azerbaijan"dan "Windows 10" açıqlaması

"Microsoft Azerbaijan"dan "Windows 10" açıqlaması

02-03-2020
Microsoft şagirdlər üçün endirim edir

Microsoft şagirdlər üçün endirim edir

21-09-2009
Microsoft: Bu kompüterlər zəifləyəcək

Microsoft: Bu kompüterlər zəifləyəcək

10-01-2018
“Windows 10 bir ayda 75 milyon qurğuda quraşdırılıb”

“Windows 10 bir ayda 75 milyon qurğuda quraşdırılıb”

27-08-2015
“Windows Phone 7”nin ilk yenilənməsi buraxılıb

“Windows Phone 7”nin ilk yenilənməsi buraxılıb

23-02-2011
“Microsoft Office 2010” ofis paketi Azərbaycan dilinə lokallaşdırılıb

“Microsoft Office 2010” ofis paketi Azərbaycan dilinə lokallaşdırılıb

10-04-2011
Windows 10 əməliyyat sistemi bu gündən istifadəyə verildi

Windows 10 əməliyyat sistemi bu gündən istifadəyə verildi

29-07-2015
Microsoft yeni əməliyyat sistemi təqdim edir

Microsoft yeni əməliyyat sistemi təqdim edir

03-10-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə