Previous Next
Bağla

Microsoft Bakıda ən yeni cihazlarını təqdim edib

30-10-2017 13:57
Microsoft Bakıda ən yeni cihazlarını təqdim edib

Microsoft Azerbaijan şirkəti Bakıda tərəfdaş və sifarişçiləri üçün təşkil etdiyi ikigünlük “Device Days” tədbiri çərçivəsində Windows 10 əməliyyat sistemi üzərində işləyən ən yeni cihazları təqdim edib.

Xeberler.az-ın məlumatına görə, Microsoft Azerbaijan şirkətinin baş direktoru Sərxan Həşimov müasir dövrümüzdə məlumat təhlükəsizliyinin təmin edilməsinin əhəmiyyətini vurğulayıb.

O, bulud texnologiyalarının bu sahədə yaratdığı yeni cərəyanlar və Microsoft korporasiyasının təqdim etdiyi xidmətlərin informasiya təhlükəsizliyi sahəsinə verdiyi töhfələrindən danışıb.

Baş direktor həmçinin hər kəsi yeni texnologiyaları artıq bu gün tədqiq etməyə çağırıb.

“Tərəfdaşlıq ölkəmizdə kiçik və orta biznesin inkişafı üçün əlverişli imkanlar yaradır və məhz bu, Microsoft-un Azərbaycan bazarında prioritet istiqamətlərindən biridir. Bunula yanaşı, biz dövlət və kommersiya təşkilatları ilə əməkdaşlığımızı gücləndirəcəyik və ölkədə innovativ iqtisadiyyatın inkişafına öz töhfəmizi verməkdə davam edəcəyik. İstehlakçılara gəldikdə isə onu demək istərdim ki, bütün ölkələrdə bazar demək olar eyni olduğu halda, istehlakçılar olduqca fərqlənir – bizim alıcı lisenziyalaşdırılmış məhsulların əhəmiyyətini hələ tam anlamır”, - deyə Sərxan Həşimov qeyd edib.

Öz növbəsində tədbirdə çıxış edən Microsoft Russia şirkətinin kommunikasiya üzrə meneceri Marat Xayrulin Windows 10 əməliyyat sisteminin yenilənmələri, üstünlükləri və yeni imkanlarından, o cümlədən sözügedən əməliyyat sisteminin təhlükəsizliyi, idarə olunması və məhsuldarlığı barədə ətraflı məlumat verib.

“Bu gün heç bir sahə informasiya texnologiyaların köməyi olmadan inkişaf edə bilməz. Bununla belə, kiberterrorçuluğun, kibercasusluğun və virtual əlaqələrin inkişaf etdiyi bir dövrdə informasiya təhlükəsizliyi sahəsində problemlər artıb. Mənşəyi məlum olmayan proqram təminatından istifadə maliyyə itkilərinə, şirkətlərin imicinin korlanmasına, şəxsi məlumatların itkisinə və ümumi məhsuldarlığın azalmasına gətirib çıxarır. Kiberhücumlar nəticəsində şirkətlər hər il milyonlarla dollar itirir. Windows 10 əməliyyat sistemi Windows-un indiyədək mövcud olan əməliyyat sistemləri arasında ən təhlükəsizidir“, - deyə Marat Xayrulin bildirib.

İki gün davam edən tədbir çərçivəsində Windows 10 üzərində işləyən cihazların sərgisi təşkil olunub, həmçinin Windows 10 Fall Creators Update yenilənməsi, Office 2016 və Mixed Reality-nin yeni imkanları nümayiş olunub.

Microsoft Device Days tədbirinin iştirakçıları Windows 10 üzərində işləyən müxtəlif cihazlar haqqında məlumat almaq və onları sınaqdan keçirmək üçün unikal imkan əldə ediblər.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Microsoft Bakıda yeni qurğularını təqdim edib-Foto

Microsoft Bakıda yeni qurğularını təqdim edib-Foto

13-12-2016
Windows 10 ilə işləyən yeni cihazlar təqdim edildi -Fotolar

Windows 10 ilə işləyən yeni cihazlar təqdim edildi -Fotolar

28-01-2016
Windows 7-nin Azərbaycan dilli versiyanın buraxılması gözlənilir

Windows 7-nin Azərbaycan dilli versiyanın buraxılması gözlənilir

22-10-2009
"Microsoft" "Windows 10"a dəstəyi dayandırır

"Microsoft" "Windows 10"a dəstəyi dayandırır

14-10-2025
«Microsoft Windows Vista» və «MS Office-2007» əməliyyat sistemlərinin lokallaşdırılması yekunlaşıb

«Microsoft Windows Vista» və «MS Office-2007» əməliyyat sistemlərinin lokallaşdırılması yekunlaşıb

23-07-2008
«Microsoft Windows Vista» və «MS Office-2007» əməliyyat sistemlərinin lokallaşdırılması yekunlaşıb

«Microsoft Windows Vista» və «MS Office-2007» əməliyyat sistemlərinin lokallaşdırılması yekunlaşıb

06-08-2008
Microsoft BakuTel-2009-da Windows 7-nin Azərbaycan dillində versiyasını təqdim edib

Microsoft BakuTel-2009-da Windows 7-nin Azərbaycan dillində versiyasını təqdim edib

04-11-2009
Microsoft: Windows 7 ƏS-nin 300 milyon lisenziyası satılıb

Microsoft: Windows 7 ƏS-nin 300 milyon lisenziyası satılıb

01-02-2011
Microsoft yeni Windows 7 əməliyyat sisteminin ilk beta versiyasını ictimaiyyətə təqdim etdi

Microsoft yeni Windows 7 əməliyyat sisteminin ilk beta versiyasını ictimaiyyətə təqdim etdi

08-01-2009
    BakuTel sərgisində Microsoft Windows 8 əməliyyat sistemi nümayiş olundu

BakuTel sərgisində Microsoft Windows 8 əməliyyat sistemi nümayiş olundu

07-11-2012
Microsoft Windows XP-nin ömrünü uzadır

Microsoft Windows XP-nin ömrünü uzadır

06-10-2008
Microsoft-un ən zəif əməliyyat sistemi hansıdır?

Microsoft-un ən zəif əməliyyat sistemi hansıdır?

09-02-2017
Microsoft yeni əməliyyat sistemi hazırlayır

Microsoft yeni əməliyyat sistemi hazırlayır

31-01-2017
Hər 3 kompüterdən 1-də Windows Vista XP ilə əvəz olunub

Hər 3 kompüterdən 1-də Windows Vista XP ilə əvəz olunub

20-08-2008
Windows 7 dilimizə uyğunlaşdırılıb

Windows 7 dilimizə uyğunlaşdırılıb

20-11-2010
“Windows XP” istifadəçiləri üçün qiymətlər bahalaşıb

“Windows XP” istifadəçiləri üçün qiymətlər bahalaşıb

24-02-2015
“Microsoft Office 2010” ofis paketi Azərbaycan dilinə lokallaşdırılıb

“Microsoft Office 2010” ofis paketi Azərbaycan dilinə lokallaşdırılıb

10-04-2011
«Microsoft» iki ildən sonra «Windows 8» sistemini istifadəyə verəcək

«Microsoft» iki ildən sonra «Windows 8» sistemini istifadəyə verəcək

25-10-2010
“Windows Phone 7”nin ilk yenilənməsi buraxılıb

“Windows Phone 7”nin ilk yenilənməsi buraxılıb

23-02-2011
Windows 10 əməliyyat sistemi bu gündən istifadəyə verildi

Windows 10 əməliyyat sistemi bu gündən istifadəyə verildi

29-07-2015
Windows 10-da məlumatlara giriş üçün icazə tələb olunacaq

Windows 10-da məlumatlara giriş üçün icazə tələb olunacaq

18-09-2017
Microsoft şagirdlər üçün endirim edir

Microsoft şagirdlər üçün endirim edir

21-09-2009
Microsoft şirkəti Windows 7-nin hazırlanmasını yekunlaşdırdı

Microsoft şirkəti Windows 7-nin hazırlanmasını yekunlaşdırdı

22-10-2009
"Microsoft Azerbaijan"dan "Windows 10" açıqlaması

"Microsoft Azerbaijan"dan "Windows 10" açıqlaması

02-03-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə