“Microsoft” korporasiyası İT-sənayesi sahəsində dünya liderləri və akademik institutları Conficker (bu virus Downadup adı ilə də məşhurdur) İnternet-ziyanvericisi ilə birgə mübarizəyə çağırıb.
Sözügedən şirkət informasiya təhlükəsizliyi sahəsi mütəxəssisləri, Internet Corporation for Assigned Names and Numbers (ICANN) təşkilatı və domen adlarının mənimsənilməsi sisteminin tənzimlənməsi sahəsində çalışan operatorlarla birgə “Conficker” adlı soxulcan tərəfindən potensial istifadə edilə biləcəyi domen adların blokadası məqsədilə əlaqələndirilmiş fəaliyyət planı təklif edib. Müqavimət planında “Microsoft”la birgə ICANN, NeuStar, VeriSign, CNNIC, Afilias, Public Internet Registry, Global Domains International Inc., M1D Global, AOL, Symantec, F-Secure, ISC, Corciya Texniki İnstitutunun mütəxəssisləri, Shadowserver, Arbor Networks и Support Intelligence kimi təşkilatlar və Corciya Texniki İnstitutunun mütəxəssisləri iştirak edirlər.
Qeyd edək ki, “Microsoft” İnternetdə qanunsuz olaraq Conficker virusunun zərərli kodunu yayanlar haqqında ıstənilən məlumata görə 250 min ABŞ dolları dəyərində mükafat da vəd edib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri