Previous Next
Bağla

Domen qeydiyyatçıları üçün sığorta tələbi ləğv edilib

06-10-2015 15:02
Domen qeydiyyatçıları üçün sığorta tələbi ləğv edilib

İnternetdə domen adların və zonaların verilməsini həyata keçirən Internet Corporation for Assigned Names and Numbers (ICANN) qeyri-kommersiya təşkilatının Direktorlar Şurası əvvəllər bütün domen adları qeydiyyatçılarına şamil edilən sığorta məsuliyyəti tələbinin ləğv edilməsini nəzərdə tutan qətnaməni təsdiq edib.

Xeberler.az xarici mətbuata istinadla bildirir ki, bu barədə ICANN-ın rəsmi bloqunda təşkilatın vitse-prezidenti Sayrus Namazi bildirib.

Qaydalara görə, əvvəllər ICANN ilə saziş imzalayan bütün domen qeydiyyatçıları 500 min dollar məbləğində təzminatla sığorta məsuliyyəti haqqında sənədi mütləq qaydada təqdim edirdi. Bu tədbirin qeydiyyatçıların səhvə yol verməsi, məsələn, adların qeydiyyat müddətinin vaxtında uzadılmaması və s. hallarda onların maraqlarını qoruyacağını nəzərdə tutub.  

Lakin təşkilat tərəfindən altı ay ərzində aparılan tədqiqatdan məlum olub ki, sığorta məsuliyyəti xidmətləri təqdim edən şirkətlərin əksəriyyəti bu insidentləri sığorta hallarına daxil etmir. Belə olan halda isə qeydiyyatçı maraqlarının qorunmasından danışmaq yersizdir. Digər tərəfdən, qeyd olunan sığorta növünün baha olması çox vaxt qeydiyyatçı şirkətlər, xüsusilə Afrika və Cənubi Amerikanın inkişaf etməkdə olan ölkələri üçün ağır yük olurdu. Belə ki, məsələn, Nigeriyada 500 min dollar məbləğində təzminatla sığorta məsuliyyətinin qiyməti əhalinin adambaşına düşən ÜDM-dən təxminən 157 dəfə çoxdur.

ICANN nümayəndələri ümid edirlər ki, sığorta məsuliyyəti tələbinin ləğv edilməsi domen qeydiyyatı xidmətləri bazarının artımını stimullaşdırmağa kömək edəcək.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Domen adları qeydiyyatçılarının sayı artıb

Domen adları qeydiyyatçılarının sayı artıb

21-10-2015
Argentinada ICANN konfransı işə başlayıb

Argentinada ICANN konfransı işə başlayıb

24-06-2015
“.az” domen zonasında 17705 domen adı qeydiyyatdan keçib

“.az” domen zonasında 17705 domen adı qeydiyyatdan keçib

01-03-2013
ICANN informasiya sızması hallarının təhqiqini başa çatdırıb

ICANN informasiya sızması hallarının təhqiqini başa çatdırıb

25-11-2015
ICANN yeni domen zonasını təsdiqləyib

ICANN yeni domen zonasını təsdiqləyib

28-11-2013
İnternetdə Azərbaycan əlifbası ilə domen adlarının tərtibatındakı problemlər müzakirə edilib

İnternetdə Azərbaycan əlifbası ilə domen adlarının tərtibatındakı problemlər müzakirə edilib

29-06-2019
London internetdə yüksəksəviyyəli domenə malik olacaq

London internetdə yüksəksəviyyəli domenə malik olacaq

18-11-2013
“ICANN” prezidenti istefa verəcək

“ICANN” prezidenti istefa verəcək

22-05-2015
Dünyada milli domenlər arasında hansı ölkə liderdir?

Dünyada milli domenlər arasında hansı ölkə liderdir?

08-01-2016
Kiril əlifbalı domen zonasında qeydiyyatdan keçmək üçün ilikin müraciət qəbul olunub

Kiril əlifbalı domen zonasında qeydiyyatdan keçmək üçün ilikin müraciət qəbul olunub

12-11-2009
Avropa İttifaqı ABŞ-ın İnternet üzərində nəzarətinin məhdudlaşdırılmasını dəstəkləyib

Avropa İttifaqı ABŞ-ın İnternet üzərində nəzarətinin məhdudlaşdırılmasını dəstəkləyib

16-06-2015
“İCANN” insanların İnternet trendləri ilə bağlı biliklərini yoxlayıb

“İCANN” insanların İnternet trendləri ilə bağlı biliklərini yoxlayıb

03-06-2015
Bu gün DNS zonası üçün kriptoqrafik açar dəyişdiriləcək

Bu gün DNS zonası üçün kriptoqrafik açar dəyişdiriləcək

11-10-2018
“Microsoft” Conficker virusuna qarşı

“Microsoft” Conficker virusuna qarşı

18-03-2009
az. zonasında qeydiyyatdan keçmiş domenlərin sayı artır

az. zonasında qeydiyyatdan keçmiş domenlərin sayı artır

22-06-2010
Azərbaycanın milli “*.az” domeninin 20 illik yubileyinə həsr edilmiş konfrans keçiriləcək

Azərbaycanın milli “*.az” domeninin 20 illik yubileyinə həsr edilmiş konfrans keçiriləcək

22-08-2013
ICANN yuxarı səviyyəli yeni domenlərin satışını təxirə salıb

ICANN yuxarı səviyyəli yeni domenlərin satışını təxirə salıb

25-03-2009
ABŞ Hindistanda xüsusi serverlərini yerləşdirəcək

ABŞ Hindistanda xüsusi serverlərini yerləşdirəcək

09-09-2015
Kiril əlifbalı ilk domen qeydiyyata alındı

Kiril əlifbalı ilk domen qeydiyyata alındı

04-01-2010
Ölkəmizdə nə qədər domen qeydiyyatdan keçib ?

Ölkəmizdə nə qədər domen qeydiyyatdan keçib ?

31-08-2015
ABŞ internet üzərində nəzarət hüququndan 2015-ci ildə imtina edəcək

ABŞ internet üzərində nəzarət hüququndan 2015-ci ildə imtina edəcək

31-03-2014
Avropa Birliyi internetin tənzimlənməsində yeni təkliflə çıxış edir

Avropa Birliyi internetin tənzimlənməsində yeni təkliflə çıxış edir

02-07-2009
ABŞ qlobal internetin idarəetməsinə təsir edə bilməyəcək

ABŞ qlobal internetin idarəetməsinə təsir edə bilməyəcək

03-10-2016
Avropanın regional internet qeydiyyatçısı serverini Azərbaycanda quracaq

Avropanın regional internet qeydiyyatçısı serverini Azərbaycanda quracaq

05-03-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə