Previous Next
Bağla

Microsoft-dan məktəblər üçün yeni bulud xidmət

08-02-2017 12:21
Microsoft-dan  məktəblər üçün yeni  bulud xidmət

Microsoft  korporasiyası yeni bulud tətbiqi və xidməti olan və özünü artıq təsdiq etmiş Microsoft Intune  servisi üzərində qurulmuş “Intune for Education” alətini təqdim edib.

Microsoft Azerbaijan-dan Xeberler.az-a verilən məlumata görə, “Intune for Education” aləti Microsoft-un digər bulud xidmətləri ilə sadə inteqrasiya üçün yaradılıb.

 “School Data Sync” xidməti ilə inteqrasiya olunaraq “Intune for Education” məktəb qeydiyyat reyestrinin məlumatları əsasında avtomatik qruplar yaradır ki, bununla da əlavə səy tələb olunmadan tətbiq və sazlamalar şagirdlərə, müəllimlərə, cihazlara, konkret məktəblərə, siniflərə və ya bölmələrə tətbiq oluna bilər.

Məsələn, məktəb reyestrində şagird müəyyən bir fənnə əlavə olunubsa, o, avtomatik olaraq “Intune for Education” platformasında müvafiq qrupa daxil edilir və tətbiqlərə keçid əldə etmiş olur.

“Bu gün Microsoft şirkətinin prioritet istiqamətlərindən olan təhsil sahəsinə verdiyi yeni töhfəyə şahidlik etməkdən qürur duyuruq. “Intune for Education” platforması istifadəyə verilməsi sinif otaqlarında müasir texnoloji həllərin tətbiq olunmasına, şagirdlərin bacarıqlarının inkişaf etdirilməsinə və ümumilikdə məktəblərdə məhsuldarlığın yüksəlməsinə rəvac verəcək. Microsoft-un Azərbaycan üzrə Milli Planın əsas komponentlərinin ölkədə innovasiya sahəsinin inkişafı, müəssisələrin iqtisadi səmərəliliyinin artırılması və təhsil sisteminin transformasiyası olmasını nəzərə alaraq, bu yeniliyin Azərbaycanda tətbiqi olduqca əhəmiyyətlidir”, - deyə Microsoft Azerbaijan şirkətinin baş meneceri Sərxan Həşimov bildirib.

Məktəblərdə İT administratorlar və ya müəllimlər elektron ünvanlarına bağlı olan Office 365 Education hesablarına daxil olmaqla avtomatik şəkildə “Intune for Education” xidmətinə daxil ola bilərlər. Daha çox sayda masaüstü kompüterlərin tənzimlənməsi üçün Windows 10  bazasında çalışan istənilən sayda cihazla işləyə bilən “Set up School PCs” tətbiqindən istifadə etmək mümkündür.

Müəllim və ya şagird yeni bir cihaza ilk dəfə daxil olduqda masaüstü kompüter avtomatik şəkildə istifadəçinin ehtiyaclarına uyğun olaraq quraşdırılır.

“Intune for Education” xidmətinin beta-versiyası yaxın həftələrdə təqdim olunacaq, tətbiqin geniş satışa çıxarılması isə bu ilin yaz aylarında nəzərdə tutulub (üzvlük və korporativ lisenziya proqramı əsasında).

Qeyd edək ki, Microsoft öyrənmə prosesini yeni bir səviyyəyə çatdırmaq məqsədilə təhsil sahəsində proqram təminatı həllərinin inkişaf etdirilməsinə xeyli resurs investisiya etməkdədir.

Korporasiyanın Windows 10 əməliyyat sistemində Windows Ink funksiyasını təqdim etməsilə şagirdlər öz cihazlarında kağız parçasında yazdıqları kimi yaza bilirlər.

Office 365 proqramları şagirdlərdə yazı, təqdimat, analiz bacarıqlarını inkişaf etdirən güclü idrak xüsusiyyətləri vasitəsilə məhsuldarlığı artırır, şagird və müəllimlərə yaratmaq, düzəliş etmək, paylaşmaq və OneNote proqramı ilə nailiyyətləri qiymətləndirmək imkanı verir.

“OneNote Təlim Vasitələri” ilə şagirdlər diqqətin düzgün paylanması üçün ekran görünüşünü tənzimləyə bilirlər ki, bu da öyrənməkdə problemi olan uşaqlarda oxuma vərdişlərini 30%, qavrama vərdişlərini isə 20% yüksəlməsinə səbəb olub.

Bütün bunların məntiqi sonluğu olaraq Office 365 xidməti “Power BI” platforması ilə birləşdirildikdə məlumatların təhlilini və analitik proqnozu təmin etməklə təhsildə daha yüksək nəticələrin əldə edilməsinə yol açır.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Microsoft yeni məhsullarını təqdim edir

Microsoft yeni məhsullarını təqdim edir

30-11-2016
Microsoft lisenziyalarının verilməsi davam etdirilir

Microsoft lisenziyalarının verilməsi davam etdirilir

09-08-2019
“Mac” üçün yeni “Microsoft Office” buraxılacaq

“Mac” üçün yeni “Microsoft Office” buraxılacaq

01-10-2010
“Microsoft Office 2010” ofis paketi Azərbaycan dilinə lokallaşdırılıb

“Microsoft Office 2010” ofis paketi Azərbaycan dilinə lokallaşdırılıb

10-04-2011
İstək Liseyi Microsoft-un texnologiyasından istifadə edəcək

İstək Liseyi Microsoft-un texnologiyasından istifadə edəcək

07-06-2017
Microsoft Office 2011 for Mac Oktyabr ayında istifadəyə veriləcək

Microsoft Office 2011 for Mac Oktyabr ayında istifadəyə veriləcək

23-08-2010
ADNSU Microsoft həllərindən istifadə edəcək

ADNSU Microsoft həllərindən istifadə edəcək

18-04-2018
“Microsoft Office 2016 ”dan necə istifadə etmək olar?

“Microsoft Office 2016 ”dan necə istifadə etmək olar?

23-09-2015
Microsoft Azərbaycan biznes-məhsullarının qiymətini endirdi

Microsoft Azərbaycan biznes-məhsullarının qiymətini endirdi

02-12-2015
"Microsoft" şəxsi məlumatları mühafizə edəcək

"Microsoft" şəxsi məlumatları mühafizə edəcək

20-02-2015
Microsoft-un BULUD həlləri istifadəçilərinin sayı artıb

Microsoft-un BULUD həlləri istifadəçilərinin sayı artıb

29-10-2015
“İT mütəxəssisləri üçün Office 365” mövzusunda seminar keçiriləcək

“İT mütəxəssisləri üçün Office 365” mövzusunda seminar keçiriləcək

20-11-2013
 Microsoft qeyri-kommersiya qurumlara 1 milyard dollarlıq yardım etdi

Microsoft qeyri-kommersiya qurumlara 1 milyard dollarlıq yardım etdi

21-01-2016
Microsoft şagirdlər üçün endirim edir

Microsoft şagirdlər üçün endirim edir

21-09-2009
Bakıda “Microsoft” İnnovasiya Günü keçiriləcək

Bakıda “Microsoft” İnnovasiya Günü keçiriləcək

06-03-2015
Microsoft  şirkətlər üçün yeni  xidmət təqdim edib

Microsoft şirkətlər üçün yeni xidmət təqdim edib

04-11-2016
«Microsoft Windows Vista» və «MS Office-2007» əməliyyat sistemlərinin lokallaşdırılması yekunlaşıb

«Microsoft Windows Vista» və «MS Office-2007» əməliyyat sistemlərinin lokallaşdırılması yekunlaşıb

23-07-2008
«Microsoft Windows Vista» və «MS Office-2007» əməliyyat sistemlərinin lokallaşdırılması yekunlaşıb

«Microsoft Windows Vista» və «MS Office-2007» əməliyyat sistemlərinin lokallaşdırılması yekunlaşıb

06-08-2008
Data Mərkəzi Microsoft Office 365 lisenziyasının satışına  başlayır

Data Mərkəzi Microsoft Office 365 lisenziyasının satışına başlayır

17-09-2018
Office 2019 paketi təqdim edilib

Office 2019 paketi təqdim edilib

26-09-2018
Skype for Business Online fəaliyyətinin dayandırır

Skype for Business Online fəaliyyətinin dayandırır

01-08-2019
    BakuTel sərgisində Microsoft Windows 8 əməliyyat sistemi nümayiş olundu

BakuTel sərgisində Microsoft Windows 8 əməliyyat sistemi nümayiş olundu

07-11-2012
Microsoft şirkəti Windows Live və Office Live`i birləşdirmək fikrindədir.

Microsoft şirkəti Windows Live və Office Live`i birləşdirmək fikrindədir.

28-01-2009
Bakıda Ali təhsilin rəqəmsal transformasiyası seminarı keçirilib

Bakıda Ali təhsilin rəqəmsal transformasiyası seminarı keçirilib

04-01-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə