Previous Next
Bağla

Microsoft-un BULUD həlləri istifadəçilərinin sayı artıb

29-10-2015 13:08
Microsoft-un BULUD həlləri istifadəçilərinin sayı artıb

Microsoft-un BULUD həlləri dünyada 700-dək maliyyə institutunda uğurla tətbiq olunur və ümumilikdə istifadəçilərin sayı 3 milyon nəfərə çatıb.

Xeberler.az-ın məlumatına görə, bu barədə Microsoft Azerbaijan və GT Solutions şirkətlərinin birgə təşkilatçılığı ilə Bakıda “BULUD texnologiyalarına əsaslanan Məlumat Hesablama Mərkəzi, rəqabətqabiliyyətli iş mühiti və mobil qurğuların təhlükəsiz idarə edilməsi” mövzusunda keçirilən seminarda Microsoft həlləri üzrə ekspertlər komandasının rəhbəri Vinsent Ceyms məlumat verib.

Yeni nəsil məlumat hesablama mərkəzi (Datacenter) və ağıllı BULUD həlləri barədə danışan Vinsent Ceyms deyib: Microsoft-un bulud həllərini seçərkən səmərəliliyi, çevikliyi, dərhal istifadəyə hazır olması, sabitliyi, fasiləsizliyi, miqyaslana bilməsi, məsrəfləri azaltması və uyğunluq sertifikatları ilə təsdiqlənmiş informasiya təhlükəsizliyi kimi meyarlara əsaslanır”.

Rəqabətqabiliyyətli iş mühiti və təkmilləşdirilmiş işgüzar proseslər haqqında məlumat verən ekspert Robertas Tamosaitis Avropada bank sektorunda ciddi rəqabət olduğunu, maliyyə institutlarının müştəri təəssüratını yaxşılaşdırmaq, daha müştəri yönümlü olmağa çalışdıqlarını bildirib. Məhz bu səbəbdən Microsoft Korporasiyasının Office 365 həlli bank və maliyyə sahəsində uğur qazanıb. Office 2016 tətbiqlər paketindəki yeniliklər haqqında məlumat verən ekspert eyni fayl üzərində birgə işləmək, dərhal ünsiyyət saxlamaq və s. kimi 70-ə yaxın yeni imkanların olduğunu vurğulayıb.

Müxtəlif kommersiya bankları, sığorta şirkətləri, bank olmayan kredit təşkilatları və maliyyə sahəsində fəaliyyət göstərən dövlət qurumlarını təmsil edən 40 mütəxəssisin iştirakı ilə baş tutmuş seminarda müvafiq mövzularda təqdimatlar olub.

Qeyd olunub ki, Microsoft-un BULUD həllərindən (Office 365, Azure, InTune, Enterprise Mobility Suite və s.) hazırda Azərbaycanda fəaliyyət göstərən 275-dən çox müəssisə səmərəli, fasiləsiz və təhlükəsiz şəkildə istifadə edir.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Microsoft Azerbaijan İT mütəxəssislər üçün seminar keçirib

Microsoft Azerbaijan İT mütəxəssislər üçün seminar keçirib

28-10-2015
Microsoft Bakıda proqramçılar üçün seminar keçirib

Microsoft Bakıda proqramçılar üçün seminar keçirib

24-04-2017
Microsoft maliyyə rəhbərləri və HR- direktorları bir araya toplayıb

Microsoft maliyyə rəhbərləri və HR- direktorları bir araya toplayıb

15-11-2016
Microsoft əməkdaşlıq müqaviləsi bağlayıb

Microsoft əməkdaşlıq müqaviləsi bağlayıb

18-07-2019
 Microsoft qeyri-kommersiya qurumlara 1 milyard dollarlıq yardım etdi

Microsoft qeyri-kommersiya qurumlara 1 milyard dollarlıq yardım etdi

21-01-2016
Microsoft Bakıda İT rəhbərlər üçün seminar keçirib

Microsoft Bakıda İT rəhbərlər üçün seminar keçirib

28-11-2016
Bulud Texnologiyalarından pulsuz seminar olacaq

Bulud Texnologiyalarından pulsuz seminar olacaq

21-12-2014
Bakıda “Microsoft” İnnovasiya Günü keçiriləcək

Bakıda “Microsoft” İnnovasiya Günü keçiriləcək

06-03-2015
Bulud Texnologiyalarından seminar keçirildi

Bulud Texnologiyalarından seminar keçirildi

29-12-2014
Microsoft Bakıda şirkətlər üçün təlim təşkil edib

Microsoft Bakıda şirkətlər üçün təlim təşkil edib

20-02-2017
Bakıda “Microsoft” İnnovasiya Günü keçirilib

Bakıda “Microsoft” İnnovasiya Günü keçirilib

12-03-2015
Microsoft Azərbaycan biznes-məhsullarının qiymətini endirdi

Microsoft Azərbaycan biznes-məhsullarının qiymətini endirdi

02-12-2015
Data Mərkəzi Microsoft Office 365 lisenziyasının satışına  başlayır

Data Mərkəzi Microsoft Office 365 lisenziyasının satışına başlayır

17-09-2018
Kaspersky Security OneDrive buludunu da qoruyacaq

Kaspersky Security OneDrive buludunu da qoruyacaq

06-09-2019
Təhlükəsiz bulud infrastrukturu mövzusunda tədbir keçiriləcək

Təhlükəsiz bulud infrastrukturu mövzusunda tədbir keçiriləcək

24-10-2018
Microsoft yeni məhsullarını təqdim edir

Microsoft yeni məhsullarını təqdim edir

30-11-2016
Microsoft və Amazon müqavilə imzaladı

Microsoft və Amazon müqavilə imzaladı

02-09-2015
Microsoft Azerbaijan şirkətinə yeni baş menecer təyin edilib

Microsoft Azerbaijan şirkətinə yeni baş menecer təyin edilib

07-11-2019
Microsoft Bakıda proqramçıları bir araya topladı

Microsoft Bakıda proqramçıları bir araya topladı

28-02-2017
AzerTelecom Microsoft-un rəsmi tərəfdaşı oldu

AzerTelecom Microsoft-un rəsmi tərəfdaşı oldu

22-07-2019
“Microsoft Office 2016” Azərbaycanda istifadəyə verilib

“Microsoft Office 2016” Azərbaycanda istifadəyə verilib

24-09-2015
“İT mütəxəssisləri üçün Office 365” mövzusunda seminar keçiriləcək

“İT mütəxəssisləri üçün Office 365” mövzusunda seminar keçiriləcək

20-11-2013
“Microsoft Office 2010” ofis paketi Azərbaycan dilinə lokallaşdırılıb

“Microsoft Office 2010” ofis paketi Azərbaycan dilinə lokallaşdırılıb

10-04-2011
İİTKM fəaliyyətini onlayn  şəkildə davam etdirir

İİTKM fəaliyyətini onlayn şəkildə davam etdirir

03-04-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə