“Microsoft” kibercinayətkarlıqla mübarizə mərkəzini istifadəyə verib

16-11-2013 / 22:50
“Microsoft” korporasiyası əvvəllər mövcud olan “Digital Crimes Unit” bölməsini genişləndirərək onu ayrıca struktur kimi “Cybercrime Center” binasına köçürüb. Burada zərərli proqram təminatının ekspertizası aparılır, hüquq ekspertləri, müstəntiqlər və digər mütəxəssislər çalışır, həmçinin nəhəng kompüter şəbəkələrinin müşahidəsi aparılır.

Mərkəz nümayəndələrinin sözlərinə görə, birgə işə görə müxtəlif peşə yönümlü mütəxəssisləri bir arada toplamaq imkanı inkişafı dayanmadan davam edən kibercinayətkarlıqla mübarizə üçün yeni imkanlara şərait yaradır. Ümumilikdə mərkəzdə 100 nəfər çalışır ki, onların da 80 nəfəri “Microsoft”un proqram məhsullarının pirat versiyalarının vəziyyətini izləyir.

 Həmçinin korporasiya səhra əməliyyatları keçirir. Bir müddət əvvəl xüsusi dəstə məxfi şəkildə Çin mağazalarında 20 kompüter alıb. Nə qədər təəccüblü olsa da, bu kompüterlərin hamısında “Windows” əməliyyat sisteminin pirat versiyası quraşdırılıb və zərərli proqram təminatının əlamətləri aşkar olunub. (ictnews.az)

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə