Previous Next
Bağla

DİN “Microsoft” pirat proqram təminatının aşkarlanması istiqamətində Bakının kompüter dükanlarında reydlər keçirib

23-04-2014 09:41
DİN “Microsoft” pirat proqram təminatının aşkarlanması istiqamətində Bakının kompüter dükanlarında reydlər keçirib
"Microsoft" proqram təminatı üzrə müəllif hüquqlarının pozulması hadisələrinin araşdırılması çərçivəsində Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bundan əvvəl apardığı, öncədən qurulmuş pirat proqram təminatı ilə kompüterlərin yoxlanması və sınaq tədarükünün ardı olaraq, Bakının kompüter dükanlarında növbəti reyd keçirib.
 
Polis tərəfindən ilk yoxlama cari ilin yanvar ayında sübutların toplanması və sonradan müəllif hüquqlarının pozulması və pirat proqram təminatının yayılması üzrə cinayət işinin açılması üçün keçirilib.
 
DİN tərəfindən keçirilən ikinci gözlənilməyən yoxlama aprel ayının əvvəlində baş tutub. Yoxlama zamanı araşdırmada sübut kimi istifadə olunacaq kompüterlər və onlarla əlaqəli materiallar müsadirə edilib.
 
 
Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının qanununa əsasən, pirat proqram təminatının satışı və ya hər hansı formada yayılması müəllif hüquqlarının pozulmasıdır. Bu, cinayət, inzibati və ya mülki məsuliyyətə, hətta həbs müddətinə gətirib çıxara bilər.
 
 
Pirat proqram təminatlı kompüteri aldıqda, istifadəçi texniki dəstək və mütəmadi təhlükəsizlik yenilənmələrindən istifadə imkanını itirir və şəxsi məlumatlarını və sistemin etibarlılığını şübhə altına qoyur. “IDC” (International Data Corporation), Sinqapur Universiteti və "Microsoft"un Rəqəmsal cinayətlər ilə mübarizə şöbəsi tərəfindən birgə keçirilən araşdırma göstərdi ki, 11 ölkə bazarından əldə edilən 203 kompüterdən 61%-i viruslu proqram təminatı ilə işləyir.
 
 
"Microsoft" korporasiyası Azərbaycanda istifadəçilərin məlumatlandırılmasını nəzərdə tutan kampaniyasını davam etdirəcək və onlara izah edəcək ki, yalnız orijinal "Microsoft" əsillik sertifikatı kompüterə etibarlı proqram təminatının yüklənilməsinə zəmanət verir. Biz kompüter piratçılığının səviyyəsini azaltmaq istiqamətində istifadəçilərimiz və tərəfdaşlarımızla izahetmə işlərimizi davam etdirəcəyik. Lakin biz piratçılığın qarşısını almaq üçün proqram təminatının yayılma kanalında və istifadəçilərimiz arasında mövcud hüquqi mexanizmlərdən istifadə edəcəyik", - deyə "Microsoft"un Mərkəzi və Şərqi Avropada lisenziyalaşdırma üzrə direktoru Yevgeni Danilov bildirib.
 
 
Proqram təminatı istehsalçılarının Assosiasiyası (BSA | The Software Alliance) və Fransanın "INSEAD" biznes məktəbi və tədqiqat institutu tərəfindən keçirilən araşdırmanın nəticələrinə əsasən, lisenziyalı proqram təminatının artımı Azərbaycan iqtisadiyyatına böyük xeyir gətirə bilər. Lisenziyalı proqram təminatının 1% artımı Azərbaycanın ÜDM-nə 38 mln. ABŞ dolları gəlir gətirəcək, lisenziyasız proqram təminatının 1%  artımı isə yalnız 19 mln. dollar gəlir gətirir. Beləliklə, lisenziyalı proqram təminatı bazarının 1% artımı iki dəfə çox gəlir əldə etməyə imkan yaradır. Bundan əlavə, lisenziyalı proqram təminatına yatırılan hər 1 dollar 380 dollar gəlir gətirir, lisenziyasız proqram təminatına xərclənən hər 1 dolların gəliri isə 28 dollar təşkil edir.
 
"Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həyata keçirilən tədbirlər dövlət qurumlarının istifadəçiləri, yerli biznesi və müəllif hüquqlarını ziyanlı proqram təminatından qorumaq istəyini göstərir. Ümidvarıq ki, belə fəaliyyət ölkədə proqram təminatı sənayesini təkmilləşdirəcək və yerli iqtisadiyyatın inkişafına təkan verəcək. Növbəti aylar ərzində analoji yoxlamaların sayının bir qədər də artmasını gözləyirik", - deyə BSA-nın Azərbaycanda hüquq məsləhətçisi Nəriman Ramazanov bildirib. (ICTnews)
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda pirat proqram təminatının göstəricisi açıqlanıb

20-05-2012

“İnformasiya kommunikasiya texnologiyaları və əqli mülkiyyət” mövzusunda seminar keçirilib

27-04-2009

Ən təhlükəsiz brauzerlər məlum olub

16-03-2013

Bakının kompüter dükanlarında növbəti reyd keçirilib

07-05-2015

Azərbaycan proqram təminatını qanuniləşdirir...

22-06-2011

“Microsoft” kibercinayətkarlıqla mübarizə mərkəzini istifadəyə verib

16-11-2013

Yeməkləriniz USB ilə isti qalsın!!!

06-12-2008

“Ağıllı” telefon sahibləri “Photoshop”dan istifadə edə biləcəklər

28-02-2013

Ölkəmizdə bu şirkət proqram təminatı sata bilməyəcək-Qərar

30-05-2017

Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında qanun layihəsi hazırlanır

05-02-2009

Samsung şirkəti məhsul istehsalında daha keyfiyyətli və cızılmayan şüşələrdən istifadə edəcək

26-10-2013

Opera Azərbaycan dilinə Tərcümə oluna bilər

02-05-2009

BarCamp Caspian layihəsi çərçivəsində növbəti tədbir keçirilib

16-03-2009

Avropada Microsoft-un qiymət siyasətindən narazıdırlar

02-12-2008

Azərbaycan Prezidentinin rəsmi saytının “Android” əməliyyat sistemi üçün mobil əlavəsi istifadəyə verilib

23-04-2013

Displey bazarının həcmi azalacaq

03-11-2013

Azərbaycanda ilk dəfə sığorta polislərinin online satışı həyata keçirilir

01-05-2009

Saytların sayı 650 milyona çatıb

03-04-2013

“Google” ABŞ-da mağazalar şəbəkəsi açır

19-11-2013

Rumıniyanın 4 İKT şirkəti Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır

15-03-2013

Smartfonların hansı qüsurları var?

05-04-2012

“Twitter” istifadəçilərin məlumatlarını Milli Təhlükəsizlik Agentliyindən qoruyur

25-11-2013

"Microsoft": Azərbaycanda piratçılıq səviyyəsi əhəmiyyətli dərəcədə azalıb

10-06-2020

İnformatika üzrə beynəlxalq konfrans keçiriləcək

18-03-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə