Previous Next
Bağla

Microsoft məhkəmədə qalib gəldi

29-08-2015 11:13
Microsoft məhkəmədə qalib gəldi

ABŞ-ın Microsoft korporasiyası onu patent hüquqlarını pozulmaqda ittiham edən InterDigital şirkəti ilə aparılan məhkəmə dinləmələrində qalib gəlib.

Xeberler.az RYTN-in rəsmi saytına istinadən məlumat verir ki,cümə günü ABŞ Beynəlxalq Ticarət Komissiyası məhkəmənin bir müddət əvvəl InterDigital-ın patentləşdirdiyi texnologiyaların Microsoft tərəfindən mobil telefon istehsalı prosesində icazəsiz istifadəsinə görə cəzalandırılması ilə bağlı çıxarılan qərarını rədd edib.

Mənzil-qərargahı Delaver ştatında yerləşən InterDigital 20 mindən çox müxtəlif texnologiya patentinə malik olmaqla onların dünyanın yüksək texnologiyalı şirkətləri üçün lisenziyalaşdırılmasını təklif edir. 

2007-ci ildə InterDigital ABŞ Beynəlxalq Ticarət Komissiyasına müraciət edərək Finlandiyanın Nokia mobil telefon istehsalçısını iki patent hüququnu pozmaqda ittiham edib. Onlardan biri smartfonlarda səsin gücünün tənzimlənməsinə aid olub. Ötən il ABŞ istehsalçısı Nokia-nın mobil telefon istehsalı bölməsini satın almasına görə InterDigital tərəfindən irəli sürülən bütün iddialar Microsoft-a şamil edilib.

2015-ci ilin aprelində komissiya tərəfindən təyin edilən hakim Teodor Esseks irəli sürülən ittihamları əsaslı sayaraq Microsoft məhsullarının ABŞ ərazisinə idxalının qadağan edilməsi ilə bağlı ilkin qərar çıxarıb. Lakin qərarın sonradan bütün komissiya üzvləri tərəfindən təsdiq edilməsi tələb olunurdu. Onlar cümə günü bir araya gələrək əvvəl çıxarılan qərarı ləğv ediblər.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Nokia” mənzil-qərargahını “Microsoft” korporasiyasına təhvil verəcək

22-11-2013

Nokia telefon istehsalını bərpa edəcək

19-06-2015

“Nokia”nın Çin fabrikinin işçiləri “Microsoft” ilə imzalanan sazişə etiraz edirlər

21-11-2013

“Nokia”nın Çin fabrikinin işçiləri “Microsoft” ilə imzalanan sazişə etiraz edirlər

26-11-2013

‘Microsoft”un qurucusu internet nəhənglərini məhkəməyə verdi

30-08-2010

Nokia “Apple” şirkətinin patent hüququnu pozmayıb

04-11-2010

“iPhone və iPad-ın satışı qadağan edilsin”

01-03-2015

Microsoft Apple şirkətinin ticarət nişanına qarşı öz etirazını bildirib

14-01-2011

Nokia yenidən mobil telefon bazarına qayıdır

14-07-2015

Windows Phone Microsoft-da maliyyə itkisinə səbəb olub

30-06-2015

Nokia ağıllı telefon bazarına geri qayıdacaq

10-08-2015

Avropa Komissiyası “Microsoft”un təklifini qəbul edib

10-10-2009

“Apple” “Motorola”nı məhkəməyə verdi

02-11-2010

Microsoft Nokia obyektlərini bağlayır

03-03-2015

Mobil telefonlar bazarında artım müşahidə olunur

29-04-2015

Nokia “ağıllı” telefon bazarına qayıdır

27-04-2015

Nokia Alcatel-Lucent şirkətini satın alır

15-09-2015

Avropada Microsoft-un qiymət siyasətindən narazıdırlar

02-12-2008

Nokia mobil telefon bazarına geri dönür

19-05-2016

Apple Samsung-a qalib gəldi

19-09-2015

Lumia 735 Nokia Logosunu itirdi

29-04-2015

“Apple” “Nokia”nı məhkəməyə verdi

12-12-2009

Apple məhkəmədə qalib gəldi

18-09-2015

Microsoft qatlanan noutbuk hazırlayır

27-03-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə