Previous Next
Bağla

Mobil telefonlar bazarında artım müşahidə olunur

29-04-2015 15:07
Mobil telefonlar bazarında artım müşahidə olunur

“Strategy Analytics” tədqiqat şirkətinin məlumatına görə, 2015-ci ilin birinci rübündə dünya mobil telefonlar bazarının həcmi 8 faiz artaraq 445 milyon qurğuya çatıb. Bu sayın 345 milyonunu smartfonlar təşkil edib. Beləliklə, ötən rübdə buraxılan hər onuncu mobil telefondan səkkizi smartfonlar sinfinə aid olub.

 İstehsalçılar arasında ən yaxşı dinamikanı Çin və ABŞ-da "iPhone 6” modelinə yüksək tələbat fonunda illik ifadədə bazar payı 11 faizdən 14 faizədək artan “Apple” şirkəti nümayiş etdirib. Cari ilin yanvar-martında dünyada 61,2 milyon “Apple” aparatı tədarük edilib ki, bu da bir il əvvəlki göstəricidən 40 faiz çoxdur.   

 Xəbərlər RYTN-nin rəsmi saytına istinadən məlumat verir ki, tədarükün 12 faiz azalmasına baxmayaraq “Samsung” mobil telefonlar bazarında liderliyini qoruya bilib. Ötən rübdə Cənubi Koreya şirkəti 99 milyon mobil telefon tədarük edib. Bir il əvvəl bu göstərici 113 milyona bərabər olub. Bunu nəzərə alaraq şirkətin payı 27,4 faizdən 22,2 faizədək azalıb.

 Liderlər üçlüyünü 2014-cü ildə “Nokia” şirkətinin mobil biznesini satın alan “Microsoft” korporasiyası tamamlayır. ABŞ korporasiyası 33,7 milyon mobil telefon istehsal edib ki, bu da ötən il buraxılan 47 milyon qurğudan 28 faiz azdır. “Microsoft”un payı 11,4 faizdən 7,6 faizədək azalıb ki, bu da "Strategy Analytics”in apardığı müşahidə tarixində ən aşağı nəticədir. Azalmaya "feature phone" sinfindən olan qurğuların tədarükünün aşağı düşməsi, eləcə də yeni “Windows 10” əməliyyat sisteminin çıxması ərəfəsində "Lumia” smartfonlarına tələbatın azalması səbəb olub.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Smartfonlar bazarının artımı zəifləyib

21-08-2015

İnkişaf etməkdə olan bazarlarda smartfonların satışı artıb

29-05-2015

337,2 milyon smartfon tədarük edilib

24-07-2015

2018-də ən çox kompüter satan şirkətlər - SİYAHI

12-01-2019

“Apple” kompüterlərinin ABŞ-da satışı artmaqda davam edir

14-04-2015

Planşetlərin tədarükü 11,7 faiz azalıb

08-05-2018

Noutbuklar bazarının həcmi azalıb

15-07-2015

Dünya planşetlər bazarının həcmi azalıb

29-07-2015

Dünya noutbuklar bazarında dinamikanın yaxşılaşması gözlənilir

27-04-2015

Smartfonların satışı azalacaq

09-09-2015

Dünyanın ən böyük kompüter istehsalçıları açıqlanıb

16-04-2019

iOS və Windows Phone sistemləri mövqeyini möhkəmləndirir

01-07-2015

2015-ci ildə 2 milyard mobil telefon satılacaq

15-10-2015

Planşetlər bazarında azalma gedir

30-04-2015

"Apple"ın Azərbaycanda bazar payı azalıb

03-07-2019

“Samsung”un “Android” sistemli smartfonlar bazarında payı 63 faizə çatıb

13-11-2013

TV panellərin tədarükü 201 milyonu ötüb

22-10-2015

“5G” smartfonlarının satışının 70 faizi Çinin payına düşür

28-09-2020

Dünyada planşetlərin tədarükü azalacaq

26-02-2015

Smartfonların satış həcmi artıb

19-11-2015

Xiaomi smartfonları Apple-a meydan oxuyur

05-08-2019

“Wi-Fi” şəbəkəsini dəstəkləyən qurğuların tədarükü 3,75 milyard ədədə çatacaq

18-04-2015

2016-cı ildə smartfonların dünyada tədarükü 2 milyarda çatacaq

02-06-2015

Planşetlərin tədarükü azalacaq

27-08-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə