Previous Next
Bağla

“Nokia”nın Çin fabrikinin işçiləri “Microsoft” ilə imzalanan sazişə etiraz edirlər

21-11-2013 22:43
“Nokia”nın Çin fabrikinin işçiləri “Microsoft” ilə imzalanan sazişə etiraz edirlər
“Nokia” şirkətinin Çindəki fabrikində çalışan bir neçə yüz işçi Finlandiya istehsalçısının mobil biznesinin “Microsoft” korporasiyasına satıldıqdan sonra onlara ödənilən kompensasiyanın məbləğinə qarşı etiraz edirlər. Etiraz edənlərin sözlərinə görə, onlar əmək sazişini imzalamağa məcbur olaraq lazımi məbləğdə kompensasiya almayıblar. Donquan şəhərində yerləşən fabrikin qarşısına tətilə çıxan işçilər ədalətli kompensasiya ödənilməsi ilə bağlı şüarlar səsləndiriblər. “Nokia” etiraz edənlərlə danışıqlar aparır. Lakin işçilər işəgötürənlə danışıqların aparılmasını inkar edirlər. Qeyd edək ki, bir neçə gün əvvəl “Nokia” şirkətinin səhmdarları “Devices & Services” bölməsinin “Microsoft” korporasiyasına satılmasına dair sazişi yekdilliklə bəyəniblər. Smartfon istehsalı üzrə biznesin “Microsoft” korporasiyasının ixtiyarına verilməsinə görə səhmdarlar toplantısında iştirak edənlərin 97 faizi buna səs verib. ABŞ korporasiyası indi yalnız müxtəlif ölkələrin antiinhisar orqanlarının qərarını gözləməlidir. Dəyəri 5,44 milyard avro qiymətləndirilən sazişin 2014-cü ilin əvvəlində başa çatdırılması planlaşdırılır. Sazişə görə, “Nokia”nın 32 min əməkdaşı “Microsoft”un sərəncamına keçəcək, Stiven Elop baş direktor vəzifəsini, eləcə də Direktorlar Şurası üzvlüyünü tərk edəcək və “Devices & Services” bölməsinin vitse-prezidenti vəzifəsini tutacaq. “Microsoft” korporasiyası “Nokia” brendindən 10 il müddətinə istifadə etmək hüququ qazanıb, lakin bu, yalnız adi mobil telefonlara şamil olunur. Eyni zamanda ABŞ korporasiyası “Asha” və “Lumia” ticarət markalarına patent hüququ əldə edib. Öz növbəsində Finlandiya şirkəti smartfonların hazırlanması və istehsalı əvəzinə “Here” geolokasiya xidmətinin inkişafı ilə məşğul olacaq. (ictnews.az)
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Nokia”nın Çin fabrikinin işçiləri “Microsoft” ilə imzalanan sazişə etiraz edirlər

“Nokia”nın Çin fabrikinin işçiləri “Microsoft” ilə imzalanan sazişə etiraz edirlər

26-11-2013
“Nokia” mənzil-qərargahını “Microsoft” korporasiyasına təhvil verəcək

“Nokia” mənzil-qərargahını “Microsoft” korporasiyasına təhvil verəcək

22-11-2013
“Nokia” və “Samsung” lisenziya sazişinin müddətini uzadıb

“Nokia” və “Samsung” lisenziya sazişinin müddətini uzadıb

05-11-2013
Nokia telefon istehsalını bərpa edəcək

Nokia telefon istehsalını bərpa edəcək

19-06-2015
Lumia 735 Nokia Logosunu itirdi

Lumia 735 Nokia Logosunu itirdi

29-04-2015
Microsoft Nokia adını silməyə başladı

Microsoft Nokia adını silməyə başladı

23-10-2014
Nokia yenidən mobil telefon bazarına qayıdır

Nokia yenidən mobil telefon bazarına qayıdır

14-07-2015
Stiven Elop və üç top-menecer “Microsoft”u tərk edəcək

Stiven Elop və üç top-menecer “Microsoft”u tərk edəcək

18-06-2015
Nokia “Apple” şirkətinin patent hüququnu pozmayıb

Nokia “Apple” şirkətinin patent hüququnu pozmayıb

04-11-2010
Windows Phone-nun bir nömrəsi-Nokia

Windows Phone-nun bir nömrəsi-Nokia

28-01-2012
Microsoft, Google və Nokia mənfəətin azalmasını bildirirlər

Microsoft, Google və Nokia mənfəətin azalmasını bildirirlər

23-01-2009
Microsoft Apple şirkətinin ticarət nişanına qarşı öz etirazını bildirib

Microsoft Apple şirkətinin ticarət nişanına qarşı öz etirazını bildirib

14-01-2011
“Nokia Siemens Networks” şirkəti “Motorola”nın bölməsini alıb

“Nokia Siemens Networks” şirkəti “Motorola”nın bölməsini alıb

20-07-2010
Microsoft məhkəmədə qalib gəldi

Microsoft məhkəmədə qalib gəldi

29-08-2015
“Apple” “Nokia”nı məhkəməyə verdi

“Apple” “Nokia”nı məhkəməyə verdi

12-12-2009
Smartfonların hansı qüsurları var?

Smartfonların hansı qüsurları var?

05-04-2012
Azərbaycan smartfon bazarında “Windows Phone” qurğularının payı 10% təşkil edir

Azərbaycan smartfon bazarında “Windows Phone” qurğularının payı 10% təşkil edir

19-11-2013
Windows Phone Microsoft-da maliyyə itkisinə səbəb olub

Windows Phone Microsoft-da maliyyə itkisinə səbəb olub

30-06-2015
Nokia ağıllı telefon bazarına geri qayıdacaq

Nokia ağıllı telefon bazarına geri qayıdacaq

10-08-2015
N9 Nokianın son mobil smartfonu olacaq

N9 Nokianın son mobil smartfonu olacaq

27-06-2011
“Microsoft” korporasiyası “Android” sistemindən böyük mənfəət götürür

“Microsoft” korporasiyası “Android” sistemindən böyük mənfəət götürür

09-11-2013
“Nokia” 1800 əməkdaşını ixtisar edib

“Nokia” 1800 əməkdaşını ixtisar edib

22-10-2010
Nokia Apple-ı izləməyə başladı

Nokia Apple-ı izləməyə başladı

31-01-2012
Mobil telefon aləmində lider dəyişir

Mobil telefon aləmində lider dəyişir

08-04-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə