Google şirkəti kibertəhlükəsizlik mövzusunda ABŞ-ın Berkli Universiteti ilə birlikdə aparılan tədqiqatın nəticələrini açıqlayıb.
Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə əlumata görə, 2016-cı ildə 1 484 680 141 login, parol və digər fərdi istifadəçi məlumatları kibercinayətkarların əlinə keçib. Əksər məlumat sızması isə sadə parol qoyan istifadəçilərin payına düşüb.
Belə ki, ən populyar təhlükəli parol cinayətkarlar tərəfindən 6 milyon dəfədən çox tapılan “123456” olub.
İkinci yeri ingiliscə parol mənasını verən “password” sözü tutub. Onun müdaxilə sayında payı 2 700 000 təşkil edib. Liderlər üçlüyünü 2 200 000 dəfədən çox yığılan “123456789” kombinasiyası tamamlayıb.
Bildirilir ki, lakin internet istifadəçiləri ən çox məlumat bazaları güclü mühafizə edilməyən şirkətlərin səhvinə görə ziyan görürlər. Google şirkətinin məlumatına görə, 2016-cı ildə 1,9 milyard insan qlobal hücumların qurbanı olub.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri