Skype istifadəçilərinin nəzərinə

06-02-2017 / 11:21

Son zamanlar proqram və ya əməliyyat sistemlərinin köhnə versiyaları üçün dəstəyin dayandırılması ilə bağlı xəbərlər tez-tez yayılır. Bu, əksər hallarda köhnə proqramlarda yeni funksiyaların reallaşdırılmasının qeyri-mümkünlüyü və ya aşağı təhlükəsizlik səviyyəsi ilə izah olunur.

Əgər siz Skype proqramının Windows və ya Mac əməliyyat sistemləri üçün köhnə quraşdırmalarından istifadə edirsinizsə, o zaman 1 mart tarixindən həmin quraşdırmaların dəstəyi dayandırılacaq.

Xeerler.az RYTN-in elektron xəbər xidmətinə  istinadən məlumat verir ki, bu haqda Microsoft şirkəti öz rəsmi bloqunda yazıb.

“Biz müştərilərimizin Skype proqramından problemsiz istifadəsi üçün mütəmadi düzəlişlər edirik. 1 mart tarixindən Skype proqramının köhnə versiyalarından (Windows üçün 7.16 və aşağı versiyalar, Mac üçün 7.0-dan 7.18-dək ) istifadə edənlər sistemə daxil ola bilməyəcək. Əgər siz belə istifadəçilərdən birisinizsə, o zaman yeniləməni yükləmək lazımdır" – Microsoft şirkətinin rəsmisi deyib.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə