“Microsoft” “SpaceX” ilə əməkdaşlıq edəcək

21-10-2020 / 11:04

“Microsoft” korporasiyası Starlink sisteminin kosmik peykləri əsasında bulud şəbəkəsini yaratmaq üçün İlon Maskın “SpaceX” şirkəti ilə əməkdaşlıq etməyə razılaşıb.

Xeberler.az bildirir ki, tərəfdaşlar qlobal peyk sisteminə giriş sayəsində yerüstü stansiyalar, xüsusən də Azure Modular Data Center (MDC) məlumat mərkəzi və bulud xidmətləri arasında “etibarlı rabitə” təmin etmək istəyirlər.

Bundan əlavə, “Microsoft” dünyanın ən böyük peyk operatorlarında biri olan SES ilə tərəfdaşlığını genişləndirib. Tərəflər orbit peykinin imkanlarını MDC-nin işi ilə birləşdirəcəklər. Mütəxəssislərin fikrincə, peyk operatorları ilə iş birliyi şəbəkənin kəsilməsi zamanı etibarlı MDC bağlantısını təmin edəcək.

“Microsoft”un əsas məqsədi bulud, yer və kosmik infrastrukturu birləşdirən, çox sayda məlumat toplayan və təhlil edən təhlükəsiz şəbəkələr yaratmaqdır. Analitiklərin qiymətləndirmələrinə görə, 2020-ci illərin sonunda kosmosla əlaqəli bulud xidmətlərinin gəliri 15 milyard dollara çata bilər. Bu bazarda “Microsoft” yalnız “Amazon” ilə rəqabət aparır.

Belə ki, “Amazon”nun təsisçisi Ceff Bezos öz layihəsi üzərinə işləyir: 2020-ci ilin iyulunda şirkət 3 mindən çox Kuiper peykini kosmosa buraxmaq üçün icazə alıb.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.