Previous Next
Bağla

BULUD texnologiyalar bazarının lideri məlum olub

12-09-2015 11:36
BULUD texnologiyalar bazarının lideri məlum olub

HP şirkəti sürətlə inkişaf edən BULUD texnologiyaları infrastrukturunun qurulması və dəstəklənməsi üçün həllər bazarının lideri olub. Bu barədə Synergy Research Group şirkətinin hesabatında deyilir.

Analitiklərin hesablamalarına görə, 2015-ci ilin ikinci rübündə ümumi və özəl BULUD servislərinin işə salınması üçün nəzərdə tutulan avadanlıq və proqram təminatının satışı 16 milyard dollara çatıb ki, bu da bir il əvvəldən 25 faiz çoxdur.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, bu həcmdə HP-nin payı 13 faiz təşkil edib. Uzun illərdir liderlik edən "Cisco Systems” şirkətinin payı isə 12,5 faiz olub. Sonrakı yerlərdə Microsoft, Dell, IBM, EMC, VMware, Lenovo və Oracle şirkətləri qərarlaşıb.  

HP şirkətinin BULUD infrastrukturu istehsalçıları arasında birinci yerə çıxmasını ekspertlər ABŞ istehsalçısının serverlər bazarında birinciliyi və disk saxlanclarının yaxşı satılması ilə əlaqələndirirlər. “Cisco” şəbəkə avadanlığının satış həcminə görə birinci olaraq qalır, eləcə də server sahəsində öz mövqeyini sürətlə möhkəmləndirir. “Microsoft” korporasiyası server əməliyyat sistemləri və virtuallaşdırma bazarında uğurları sayəsində liderlər üçlüyündə yer alıb.

Serverlər, proqram platformalar, məlumat saxlama sistemləri və şəbəkə avadanlıqları qlobal BULUD infrastrukturu bazarının 89 faizini təşkil edir.

Ümumi BULUD infrastrukturu üçün aparat və proqram təminatının satışına görə Cisco şirkəti liderdir, HP isə özəl BULUD infrastrukturu seqmentində birincidir.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Smartfonlar bazarının artımı zəifləyib

21-08-2015

Planşetlərin tədarükü 11,7 faiz azalıb

08-05-2018

Dünyanın ən böyük kompüter istehsalçıları açıqlanıb

16-04-2019

Televizor bazarında “Samsung” liderdir

14-04-2015

Noutbuklar bazarının həcmi azalıb

15-07-2015

“Apple” kompüterlərinin ABŞ-da satışı artmaqda davam edir

14-04-2015

İnformasiya təhlükəsizliyi bazarında artım gözlənilir

17-09-2015

“İstehsal şirkətlərindən yarısından çoxu “bulud” sistemlərindən istifadə edir”

15-04-2015

İT şöbələri informasiya texnologiyaları xərclərini artıracaq

07-10-2015

“Samsung”un “Android” sistemli smartfonlar bazarında payı 63 faizə çatıb

13-11-2013

İT bazarında sürətli artım gözlənilir

14-11-2017

İKT bazarında 3,7 faiz artım proqnozlaşdırılır

25-06-2018

Proqram təminatı bazarının həcmi artır

01-09-2015

Təhlükəsiz bulud infrastrukturu mövzusunda tədbir keçiriləcək

24-10-2018

Mobil telefonlar bazarında artım müşahidə olunur

29-04-2015

Azərbaycanda Bulud texnologiyalarının tətbiqi genişlənir

02-07-2015

“Microsoft” “SpaceX” ilə əməkdaşlıq edəcək

21-10-2020

Dünya telekommunikasiya bazarı üzrə proqnoz azaldılıb

11-11-2015

İnkişaf etməkdə olan bazarlarda smartfonların satışı artıb

29-05-2015

Bu il dünya İT bazarında 2,7 faiz artım gözlənilir

16-01-2017

Gartner: “Bu il dünya İT bazarının həcmi 1,4 faiz artacaq”

19-04-2017

Facebook reklam bazarında üstünlüyü ələ alıb

03-04-2015

“Google” ABŞ-ın axtarış sistemi bazarının 2/3 hissəsini tutur

16-11-2013

Smartfonların satış həcmi artıb

19-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə