Microsoft yeni məhsullarını təqdim edəcək

15-09-2015 / 15:35

Proqram nəhəngi Microsoft-un oktyabrın 6-da mətbuat konfransı təşkil edəcəyi gözlənilir.

Xeberler.az xarici mətbuata istinadən bildirir ki, Microsoft konfransda Windows 10 ilə çalışacaq yeni məhsullarını təqdim edəcək.

Məlumata görə, Microsoft eyni zamanda Surface Pro 4 planşetini, Lumia 950 və Lumia 950 XL Windows 10 Mobile telefonlarını və yeni Microsoft Band qolbağını tanıdacaq.

Şirkət məhsullarını nümayiş etdirərkən əsas diqqət iki yeni Lumia telefonu və Surface Pro 4-a yönələcək.

Qeyd edək ki, Surface Pro 4-ün Surface Pro 3-dən fərqli olacağı gözlənilmir. Microsoft modelin mexanizmini və ümumi dizaynı qoruyacağını vəd etmişdi. Həmçinin, şirkətin yeni məhsullarının aksessuarlarına da  dəyişiklik ediləcəyi gözlənilir.

Ruhəngiz Muradova 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə