Ötən il Microsoft korporasiyası növbəti təqdimatda dünyanı təkcə dördüncü nəsil Surface Pro planşet kompüteri ilə deyil, həm də ilk Surface Book noutbukunu nümayiş etdirməklə təəccübləndirdi.
Bu dəfə isə korporasiya jurnalistlərə oktyabrın 26-da keçiriləcək tədbirə dəvətnamə göndərib.
Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, Microsoft da Google şirkəti kimi ilin əvvəlində tərtibatçılar üçün konfrans keçirərək yeni proqramlar, payızda isə xüsusi tədbirdə yeni qurğular nümayiş etdirən Apple şirkətindən nümunə götürüb. ABŞ korporasiyasının artıq işıq üzü görmüş qurğuların yeni versiyasını, eləcə də Surface istehsal xəttindən ilk monoblok təqdim edəcəyi gözlənilir.
Microsoft-un monobloku barədə şayiələr çoxdan gəzir. Hətta internetdə sirli kompüteri təsvir edən bir neçə patent yerləşdirilib. Həmçinin ötən həftənin əvvəlində korporasiya Surface loqotipli yeni simsiz klaviaturanın ilk təsvirini dərc edib. Bu, korporasiyanın iMac kompüterinin rəqibi olacaq monoblok, eləcə də onun üçün simsiz klaviatura və mouse hazırlaması barədə fikir yürütməyə əsas verir.
Maraqlıdır ki, müxtəlif mənbələrin məlumatına görə, gələn həftə Microsoft-un təqdimatından sonra Apple şirkəti yeni Mac kompüterləri və yenilənmiş planşetlər təqdim edəcək.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri