Microsoft-un təqdim etdiyi yeni qatlana bilən klaviatura ağıllı telefon istifadəçiləri üçün yazı yazmağı daha asanlaşdıracaq.
Microsoft şirkəti dünən Barselonada başlayan «Mobile World Congress 2015» çərçivəsində yeni ağıllı telefonlar Lumia 640 və Lumia 640 XL-i rəsmi olaraq təqdim edib. Bununla yanaşı, şirkət telefonlarda yazı yazmağı asan və sürətli etmək üçün yeni klaviaturanı da sərgi çərçivəsində istifadəçilərə tanıdıb.
Microsoft-un «MWC 2015» çərçivəsində təşkil etdiyi mətbuat konfransında şirkət rəhbəri Julia White yeni qatlana bilən klaviaturanın ağıllı telefonları daha çox funksional cihazlar halına gətirəcəyini ifadə edib. Mətbuat konfransında özünə olduqca qısa bir müddət ayrılan bu yeni klaviatura haqqında maraqlanılan bir çox detal hələ açıqlanmamış olsa da, klaviaturanın Bluetooth bağlantısı ilə gəldiyi və bütün mobil əməliyyat sistemləri ilə uyğun olduğu bildirilib.
Android, iOS və Windows Phone istifadəçiləri üçün olduqca faydalı ola biləcək bu yeni qatlanan klaviaturanın tablet və digər oxşar cihazlarla da uyğun olması gözlənilir.
Sevil Rəsulzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri