Microsoft yeni noutbuk təqdim edib-Video

03-05-2017 / 16:15

Microsoft şirkəti Windows 10 S-i təqdim edərək Google-un təhsil ilə bağlı Chrome OS əməliyyat sisteminə rəqib.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, şirkət Windows 10 S əməliyyat sistemi ilə işləyən  Surface Laptop modelini nümayiş etdirib.

Surface Laptop maraqlı dizaynı ilə rəqiblərinə fərqlənir.

Qeyd edək ki, Windows 10 S əməliyyat sistemi daha uyğun qiymətli modellərlə istifadə üçün hazırlanıb.

Surface Laptop dizaynı ilə rəqiblərini geridə qoyur

Metal bir gövdəyə sahib olan Surface Laptop-un üst səthi Apple-ın Macbook-larına bənzər bir dizayna sahib olsa da, klaviatura və ekran qisimində ideal bir dizayn dilinə sahibdir. Belə ki,  xüsusilə klaviatura qisimində standart laptop modellərindən fərqlənən Surface Laptop-un klaviatura səthi süni dəri ilə işlənib.

13.5 düym böyüklüyündə PixelSense texnologiyasına sahib toxunaqlı bir ekranla gələn Surface Laptop, 2256 x 1504 piksel həllolma dəqiqliyindədir.

İntel-in Core i5 prosessorundan gücünü alan Surface Laptop, HD Graphics 620 qrafik prosessorunu istifadə edəcək.

14 saatdan çox batareya ömrü

4 GB RAM və 128 GB SSD-yə sahib olacaq Surface Laptop 2 min 199 dollar qiymətə malikdir.

Ən bahalı modelində isə Intel Core i7, 512 GB SSD, 6 GB RAM və Intel Iris Plus Graphics 640 kimi texniki xüsusiyyətlər təqdim edir .

Ümumi olaraq 4 fərqli rəngdə təqdim edilən Surface Laptop  ilkin olaraq 999 dollarlıq modelində yalnız platin rəng seçimi təqdim edəcək.

Qeyd edək ki, Surface Laptop istifadəçiləri 1 il ərzində Windows 10 Pro-ya ödənişsiz  keçə biləcək.

Microsoft-un iddiasına görə, Surface Laptop 14.5 saatlıq bir batareya ömrünə sahibdir.

Günel

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə