Microsoft yeni kompüter təqdim edəcək

07-09-2017 / 17:17

Microsoft şirkəti gələn ay Surface istehsal xəttinə məxsus yeni qurğu təqdim edəcək.

Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, təqdimat 31 oktyabr – 1 noyabr 2017-ci il tarixlərində Future Decoded illik konfransı çərçivəsində Londonda keçiriləcək. Tədbirdə Surface-in direktoru Panos Panay çıxış edəcək.

ABŞ şirkəti Surface seriyasından olan yeniliklərini oktyabrın sonunda təqdim edir.

Bundan əvvəl Microsoft şirkəti LTE modula malik Surface Pro planşet noutbukunun hibrid versiyasını buraxmağa dair söz vermişdi. Lakin ehtimal ki, Surface Book noutbuku və ya Surface Hub divar planşetinin varisi nümayiş etdiriləcək.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə