Previous Next
Bağla

Startuplar və İnternet biznes sahəsində maraqlı tərəflərin görüşü keçirilib

07-06-2013 12:04
Startuplar və İnternet biznes sahəsində maraqlı tərəflərin görüşü keçirilib
Startup Azərbaycan layihəsi çərçivəsində  startup sektorunda maraqlı tərəflərin iştirakı ilə Görüş keçirilib.

Görüşün məqsədi startup sahəsində  mövcud vəziyyət və Startup Azərbaycan layihəsi çərçivəsində görülən işlər haqqında, həmçinin startup sektorunun gələcək inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparmaq, startupların inkişafı sahəsində maraqlı tərəflərin birgə səylərini gücləndirmək olub.

Görüşdə AİF prezidenti, Startup Azərbaycan layihəsinin TK üzvü Osman Gündüz çıxış edərək ölkədə startuplar sahəsində, Startup Azərbaycan Layihəsinin gedişi haqqında məlumat verib. O,  bu tip görüşlərin ilk dəfə keçirildiyini diqqətə çatdıraraq startupların inkişafı üçün bütün maraqlı tərəflərin iştirakı ilə normal infrastruktur yaradılmasının  və bu istiqamətdə təkliflərin hazırlanmasının vacibliyini bildirib. O, gələcək fəaliyyət istiqamətlərinin, prioritetlərin müəyyən edilməsi üçün  Görüşün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

RİTN  yanında  İT inkişafı Dövlət Fondunun direktoru, RİTN şöbə müdiri Elçin Zeynalov çıxış edərək bu cür Görüşlərin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib və  Fondun xətti ilə görüləcək tədbirlərlə bağlı məlumatlar verib. O gələcəkdə Startup Azərbaycan Layihəsi ilə əməkdaşlığın gücləndiriləcəyini, birgə tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb. 

Vergilər nazirliyinin nümayəndəsi İnternet biznes və elektron ticarətlə bağlı vergi sahəsində xeyli təkliflərin hazırlandığını və bu sahənin inkişafı ilə bağlı stimullaşdırıcı addımların olacağını bildirdi.

İnfipro Vençur  şirkətinin direktoru Eldar Abbasov  çıxış edərək İnternet biznesin, startupların inkişafı sahəsində beynəlxalq təcrübəni , bu sahədə  investisiya mühitinin  spesifik xüsusiyyətlərini diqqətə çatdırıb və  qanunvericiliyin təkmilləşdirilməsinin də faydalı olacağını bildirib.

Startup Azərbaycan Layihəsinin Baş sponsoru Bakcell şirkətinin nümayəndəsi Süheyla Cəfərova çıxış edərək startuplarla daha geniş miqyasda işlərin aparılmasının vacibliyini, startupların ilkin formalaşması zamanı Təlimlərin və digər maarifləndirici tədbirlərin keçirilməsinin faydalı olacağını söylədi.

Görüşdə Startup Azərbaycan təşkilatçıları, İT və marketinq sahəsi üzrə mütəxəssislər Məmməd Kərimov (MAK), Adil Əliyev (NEATS), Ayaz Quliyev (CREATE) və Vahid  Qasımov (Sahil İT), Rüstəm Əliyev (Skype), ABŞ- da İT şirkətdə çalışan Qərib Mehdiyev, həmçinin  Milli Kart-dan İlqar İbrahimov, Yüksək Texnologiyalar parkının Biznesin inkişafı Departamentinin rəhbəri Cəlal Rəhimov və digərləri çıxış ediblər. Çıxışlarda Startup Azərbaycan Layihəsinin daha da uğurlu olması istiqamətində və ümumiyyətlə ölkədə startupların inkişafı istiqamətində xeyli faydalı təkliflər irəli sürülüb.
Görüş  maraqlı tərəflərin diskussiyası ilə davam edib.

Startup Azərbaycan Layihəsinə Rabitə və İnformasiya Texnologiyaları nazirliyi dəstək verir. 
Startup Azərbaycanın Baş sponsoru Bakcell şirkətidir. 
Microsoft, İnfipro şirkətləri də Startup Azərbaycanın sponsorlarıdır.
Geniş məlumat: www.startup.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnternet - biznes sahəsində investisiya mühiti və milli Startuplar - KONFRANS

10-04-2013

Startup Bakı Toplantısı keçirilib

26-04-2014

İnternet - biznes sahəsində investisiya mühiti və milli StartUplar mövzusunda Konfrans keçiriləcək

03-04-2013

Startup Azərbaycan SUMQAYIT Toplantısı keçirilib

05-05-2014

Milli startuplarla bağlı maraqlı tədbirlər gözlənilir

29-05-2013

Startup Azərbaycan tədbirləri keçirilir

25-04-2014

Startup Azərbaycan XƏZƏR Toplantısı keçirilib

29-04-2014

Startup Azərbaycan SUMQAYIT Toplantısı keçirilib

29-04-2013

Milli StartUpların qeydiyyatına başlanıb

27-03-2013

Startup Azərbaycan Qafqaz Toplantısı keçirilib

16-04-2013

Startup Azərbaycan Memorandum imzaladı və Təlim keçdi

10-06-2013

Milli Startupların qeydiyyat müddəti uzadılıb

07-05-2013

Startup Azərbaycan ADA toplantısı keçiriləcək

30-04-2014

Azərbaycanda İnternet biznesin inkişafı və startuplarla əlaqəli tədbirlər keçirilib

05-07-2013

Yüksək Texnologiyalar Parkında Startup Azərbaycan tərəfindən“Startup Bakı”toplantısı keçiriləcək

22-04-2014

Startup Azərbaycan Yarımfinalçıları seçilib

03-06-2013

Bakıda Startup Günləri başlayıb

08-11-2013

“Azərbaycanda İnternet biznes : mövcud vəziyyət və inkişaf perspektivləri” konfransı keçiriləcək

27-06-2013

Startup Azərbaycan ADA Toplantısı keçirilib

02-05-2014

Startup Azərbaycan Müsabiqəsində səsvermənin 2-ci mərhələsi başlayıb

21-06-2013

Bakıda Startup Günləri keçirilir

07-11-2013

Startup Günləri başa çatıb

12-11-2013

Startup Azərbaycan XƏZƏR Toplantısı keçirilib

20-04-2013

Milli Startupların qeydiyyatı başa çatıb

21-05-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə