Previous Next
Bağla

Milli Net 2010 - Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominatları seçilib

23-11-2010 17:01
Milli Net 2010 - Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominatları seçilib

Milli Net 2010 - Milli İnternet Mükafatı uğrunda müsabiqədə qeydiyyat prosesi və səsvermənin 1-ci mərhələsi başa  çatıb. 

Milli Net 2010-a start veriləndən qeydiyyat prosesi başa çatanadək 2300 istifadəçi millinet.az saytında qeydiyyatdan keçib və 437 sayt müsabiqəyə təqdim edilib.

Onlardan 309 sayt müsabiqəyə qəbul edilib, 128  sayt isə müsabiqənin şərtlərinə uyğun gəlmədiyinə  görə müsabiqəyə buraxılmayıb.

Müsabiqəyə buraxılmamağın əsas səbəbləri bu saytlarda qanunvericiliyə uyğun olmayan informasiyaların yerləşdirilməsi, müəllif hüquqlarının pozulması, Azərbaycan dili  versiyasının olmamasıdır.

Təşkilat Komitəsinin müəyyən etdiyi Moderatorlar  tərəfindən bu saytlara yazılan şərhlərdə imtinanın səbəbləri  qeyd edilib və sayt sahiblərinə bu haqda məlumat verilib. Qeydiyyat müddətində problemləri aradan qaldıran saytların qeydiyyatına  yenidən baxılıb.

İnternet istifadəçilərinin münasibət  bildirməsi üçün millinet.az da  şərh yazmaq imkanı yaradılıb və indiyədək 2500 – dən çox şərh yazılıb. “Tez-tez verilən suallar” bölməsində yetərli izahedici məlumatlar yerləşdirilib.

Ötən müddət ərzində Təşkilat Komitəsinə Müsabiqənin gedişi ilə, şərhlərin məzmunu ilə  bağlı bir neçə şikayət və  müraciətlər daxil olub. Bütün Müraciətlərə fərdi qaydada TK  tərəfindən baxılıb və Əsasnamənin tələblərinə uyğun olaraq həll olunub. Müsabiqə qaydalarını pozduğuna görə yalnız  bir nəfər müsabiqədən kənarlaşdırılıb. 

Dizayn, Məzmun və Texniki-texnoloji istiqamətlər üzrə formalaşdırılan 15 nəfərlik Səsvermə Komissiyası üzvündən 13 nəfəri 1-ci mərhələdə saytların qiymətləndirməsin də iştirak edib. İki nəfər münsif onlara aid olan  saytların səsvermədə iştirakı səbəbindən Səsvermə Komissiyasından azad edilib.

Səsvermənin 1-ci mərhələsinin yekununda 14 Nominasiya üzrə ən yaxşılar olan  75 sayt Nominant statusu alıb.

Hazırda səsvermənin 2-ci mərhələsi  başlayıb. Münsiflər heyəti 04 dekabr tarixədək  Nominantlar arasından hər nominasiya üzrə qalib saytları  müəyyən edəcəklər.

Təşkilat Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür.
Bu ilki Müsabiqədə yalnız hər Nominasiya üzrə 1-ci yerlərin qaliblərinə  Müsabiqənin əsas Mükafatının - tuncdan hazırlanmış, 5 kq. ağırlığında və 30 sm. hündürlüyündə hörümçək toru formasında butanın verilməsi nəzərdə tutulub.

Milli İnternet Mükafatının yekun  Təqdimat mərasiminin 04 dekabr tarixində keçirilməsi nəzərdə tutulub.

Milli Net-2010 Müsabiqəsinə Azercell, DeltaTelekom və HP şirkətləri dəstək verirlər.

Daha geniş məlumat www.millinet.az    saytında yerləşdirilib.

Milli Net
Təşkilat Komitəsi
www.millinet.az
492-4444

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Milli Net 2011 müsabiqəsinin nominantları seçilib

04-12-2011

Milli net - Milli internet mükafatının ilkin nəticələri açıqlanıb

04-12-2009

“Milli Net 2013” Nominantları seçilib

04-12-2013

Milli İnternet Mükafatının Nominantları seçilib

01-12-2012

Milli Net 2010-da ilkin səsvermə 10 Noyabr tarixdə başlayacaq

06-11-2010

Milli Net 2013-də saytların qeydiyyatı başa çatıb

25-11-2013

Milli İnternet Mükafatının qeydiyyat prosesi yekunlaşmaq üzrədir

24-11-2009

Milli Net 2012-də saytların qeydiyyatı başa çatıb

26-11-2012

Milli Net -2010 qaliblərinin təqdimat mərasimi keçiriləcək

29-11-2010

Milli Net 2011 üçün qeydiyyat prosesi davam edir

02-11-2011

Milli İnternet Mükafatının nominantları seçilib

10-12-2014

Milli İnternet Mükafatının Nominantları seçilib

02-12-2015

Sabah Milli Net -2010-un qalibləri bilinəcək

03-12-2010

Milli İnternet Mükafatının Nominantları seçilib

08-12-2016

Milli Net 2015 müsabiqəsinə 236 layihə təqdim olunub

11-11-2015

Milli internet resursların müsabiqəsində qeydiyyatın başa çatmasına 22 gün qalıb

30-10-2012

Milli Net 2015-də saytların qeydiyyatı bu gün başa çatır

25-11-2015

Milli İnternet Mükafatının Nominantları seçilib

03-12-2017

Milli Net 2015-də saytların qeydiyyatı başa çatıb

26-11-2015

“Milli Net 2014” nominantları sabah seçilir

06-12-2014

Milli Net 2015-də yekun səsvermə başa çatdı

14-12-2015

MilliNet 2018-in Nominantları seçilib

05-12-2018

Milli Net -2009 Müsabiqəsinin qaliblərinin Təqdimat mərasimi keçiriləcək

12-12-2009

Qafqaz Universitetində Milli İnternet Mükafatının təqdimatı keçirilib

24-10-2012





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə