Milli İnternet Mükafatı müsabiqəsinə saytların qeydiyyatı dünən başa çatıb.
Təşkilat Komitəsindən Xeberler.az-a verilən məlumata görə, bu il müsabiqəyə 14 nominasiya üzrə 374 sayt təqdim edilib (ötən il bu rəqəm 322 olub).
Qeyd edilib ki, hələlik müsabiqəyə 291 sayt qəbul edilib
Rəqabətin daha kəskin olduğu nominasiyalar aşağıdakılardır :
Korporativ saytlar -31 sayt
Media və İnformasiya -23 sayt
Bloqlar -25 sayt
Elm və təhsil -23 sayt
Xidmət (Servis) -31 sayt
Ən yaxşı sosial şəbəkə səhifəsi -40 sayt
Təşkilat Komitəsi bildirir ki, bu müddət ərzində saytlarını təqdim edənlər və müxtəlif problemlər səbəbindən Milli Net TK tərəfindən müsabiqəyə buraxılmayanlar 1-ci səsvermə müddəti bitənədək yenidən müraciət hüququnu özlərində saxlayırlar.
Belə ki, bu kimi problemlə qarşılaşan saytlar üçün son qəbul tarixi noyabrın 30-na qədərdir.
Hazırda qeydiyyatdan keçən istifadəçilər yalnız müsabiqəyə qəbul edilən saytlara öz şərhlərini və rəylərini yaza bilərlər.
Milli Net TK bildirir ki, müsabiqə qaydalarına uyğun olaraq səsvermə 2 mərhələdə həyata keçirilir.
Hazırda 1-ci mərhələ səsvermə prosesi başlayıb və noyabrın 30-da saat 00.00-da başa çatacaq. 1-ci mərhələ səsvermənin nəticələrinə əsasən hər bir nominasiya üzrə nominantlar müəyyən olunacaq.
Bu nominantlar içərisindən 2-ci mərhələ səsvermə nəticəsində qalib saytlar seçiləcək. 2-ci səsvermə prosesi dekabrın 2-də başlayacaq və dekabrın 11-də saat 00.00-da yekunlaşacaq.
Qeyd edək ki, münsiflərin verdikləri qiymətlər yalnız təqdimat mərasimindən sonra açıqlanacaq. Qaliblərin mükafatlandırılması ilə bağlı təqdimat mərasiminin dekabrın 2-ci on günlüyündə keçirilməsi nəzərdə tutulub.
Müsabiqənin Baş sponsoru Azercell şirkətidir.
Milli İnternet Mükafatına RYTN , Delta Telecom və Best Comp şirkətləri dəstək verirlər.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri