Previous Next
Bağla

Milli İnternet Mükafatının qeydiyyat prosesi yekunlaşmaq üzrədir

24-11-2009 12:12
Milli İnternet Mükafatının qeydiyyat prosesi yekunlaşmaq üzrədir

Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən Milli Net - Milli İnternet Mükafatı uğrunda Müsabiqədə qeydiyyat prosesinin başa  çatmasına çox az bir müddət - cəmi 6 gün  qalıb. Hazırda qeydiyyat prosesi və səsvermənin 1-ci mərhələsi davam edir. Müsabiqəyə təqdim olunan saytlara şərhlər yazmaqla iştirakçılar öz münasibətlərini açıqlayırlar.

Təşkilat Komitəsindən xeberler.az-a daxil olan məlumata əsasən, Milli Net 2009 başlanandan indiyədək 1000 nəfərdən çox iştirakçı qeydiyyatdan keçmiş, 500-dən çox  sayt Müsabiqəyə təqdim edilmişdir. Onlardan 300 –dən çoxu Müsabiqəyə qəbul edilmiş , 150-dən çox  sayt isə Müsabiqənin şərtlərinə uyğun gəlmədiyinə  görə hələlik  müsabiqəyə buraxılmamışdır. Müsabiqəyə buraxılmamağın əsas səbəbləri bu saytlarda qanunvericiliyə uyğun olmayan informasiyaların yerləşdirilməsi, müəllif hüquqlarının pozulması, Azərbaycan dili  versiyasının olmaması və müsabiqənin logosunun indiyədək saytda yerləşdirilməməsi  olub. İmtina ilə  bağlı konkret səbəblər Təşkilat Komitəsi tərəfindən bu saytlara yazılan şərhlərdə qeyd edilib və sayt sahiblərinə bu haqda məlumat verilib.

Təşkilat Komitəsi  bildirir ki, Müsabiqənin şərtlərinə görə Müsabiqədə iştirakından imtina  edilən saytlar imtina ilə  bağlı səbəbləri aradan qaldırdıqdan sonra  Müsabiqədə iştirakla  bağlı yenidən müraciət edə bilərlər. Yenidən müraciət üçün imtinanın səbəblərinin aradan qaldırılması ilə  bağlı saytı  təqdim edən tərəfindən müvafiq saytda şərhin yazılması yetərlidir. Qeydiyyat prosesi başa çatanadək yenidən müraciət etmək mümkündür.

Təşkilat Komitəsi bir daha  bildirir ki,  qeydiyyat prosesi 30 noyabr tarixdə  başa çatacaq . Səsvermə prosesinin isə 15 dekabradək yekunlaşdırılması nəzərdə tutulub.
Təşkilat Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür. Bu ilki Müsabiqədə yalnız hər Nominasiya üzrə 1-ci yerlərin qaliblərinə  Müsabiqənin əsas Mükafatının- tuncdan hazırlanmış, 5 kq. ağırlığında və 30 sm. hündürlüyündə hörümçək toru formasında butanın verilməsi nəzərdə tutulub. Artıq Mükafatların hazırlanması prosesi başa çatmaq üzrədir.

Milli İnternet Mükafatının yekun  Təqdimat mərasiminin dekabrın 2-ci ongünlüyündə keçirilməsi nəzərdə tutulub.
Milli Net-2009 Müsabiqəsinə Azercell, DeltaTelekom və HP şirkətləri dəstək verirlər.
Daha geniş məlumat www.millinet.az  saytında yerləşdirilib.


 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Milli Net 2010-da ilkin səsvermə 10 Noyabr tarixdə başlayacaq

06-11-2010

Milli net - Milli internet mükafatının ilkin nəticələri açıqlanıb

04-12-2009

“Milli Net-2009” müsabiqəsinin qeydiyyat prosesi başa çatıb

01-12-2009

Milli Net -2009 Müsabiqəsinin qaliblərinin Təqdimat mərasimi keçiriləcək

12-12-2009

Sabah Milli Net -2010-un qalibləri bilinəcək

03-12-2010

Milli Net 2011 üçün qeydiyyat prosesi davam edir

02-11-2011

Milli İnternet Mükafatının ilkin mərhələsinin yekunlarına dair mətbuat konfransı

03-12-2009

Milli Net 2010 - Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominatları seçilib

23-11-2010

“Milli Net” İnternet mükafatının 2-ci səsvermə prosesi başa çatdı.

20-12-2013

Milli internet resursların müsabiqəsində qeydiyyatın başa çatmasına 22 gün qalıb

30-10-2012

Milli İnternet Mükafatının Nominantları seçilib

01-12-2012

Milli İnternet resursların Qeydiyyat prosesi 20 Noyabr tarixdə saat 24.00 da başa çatır.

19-11-2011

Bu gün Milli Net-Milli İnternet Mükafatının qalibləri müəyyən olacaq!

18-12-2009

Milli Net Təşkilat Komitəsinin Məlumatı

19-11-2013

Milli Net - in Təşkilat Komitəsinin Müsabiqə Komissiyası ilə birgə toplantısı keçirilib

17-10-2009

Milli Net 2010-da 1-ci səsvermənin müddəti 2 gün uzadılıb.

20-11-2010

Milli Net 2013-də saytların qeydiyyatı başa çatıb

25-11-2013

Milli Net 2012-də saytların qeydiyyatı başa çatıb

26-11-2012

Milli Net 2010 Müsabiqəsinin yekunu ilə bağlı Təqdimat mərasimi dekabrın əvvəli olacaq

09-10-2010

Milli Net 2012-də saytların qeydiyyat müddəti 5 gün uzadılıb

19-11-2012

Milli Net 2015 müsabiqəsinə 236 layihə təqdim olunub

11-11-2015

Milli Net - Milli İnternet Mükafatı Müsabiqəsinə qeydiyyat prosesi davam edir

08-10-2009

Milli Net Müsabiqəsində qeydiyyatın başa çatmasına üç gün qalıb

20-11-2013

Milli Net 2015-də saytların qeydiyyat müddəti 5 gün uzadılıb

20-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə