Xeberler.az olaraq “MİLLİ RESURSLAR” rubrikası çərçivəsində növbəti yazını təqdim edirik.
Milli resurslarımızı daha yaxından tanıtmaq məqsədi daşıyan layihəmizdə bu dəfə azerbaijan360.az virtual gəzinti portalı, banker.az, citylife.az- əyləncə portalı saytları haqqında qısa məlumat təqdim edirik.
azerbaijan360.az-Virtual gəzinti portalı
Dizayn: Dizayn tərtibatında ən müasir veb texnologiyalarından istifadə olunub. Saytın dizaynı çox gözəl və ultra müasir üslubdadır, yüksək keyfiyyətdə qrafikaya malikdir və istifadəçini özünə cəlb edir.
Məzmun: Saytda Azərbaycanı əhatə etməklə şəhərlərin, rayonların dövlət və özəl obyektlərin, parkların,restoranların,otellərin və s. yerlərin virtual turlarına baxa bilərsiniz. Hazırda saytda bir çox şəhər və rayonların 3D virtual turları qoyulub. Qeyd edək ki, belə bir məzmunda sayt respublika üzrə ilk dəfədir.
Funksionallığı: Saytda yerləşdirilən hər bir məlumat kateqoriyalara uyğun yerləşdirilib. Sayt 3 dildə Azərbaycan,rus və ingilis dilində fəaliyyət göstərir. Saytın funksionallığı nəzərdə tutulan auditoriyaya uyğun hazırlanıb.
banker.az-Banklar haqqında məlumat portalı
Dizayn: Saytın dizayn tərtibatı müasir veb texnologiyaların əsasında hazırlanıb. Dizayn nəzərdə tutulan auditoriyaya uyğun olaraq çox gözəl görünüşə malikdir.
Məzmun: Sayt ümumilikdə bank və maliyyə haqqında informasiya verir. Burada bank və maliyyə sahəsi üzrə xəbərlər, məqalələr, sığorta ilə bağlı məlumatlar, ipoteka kreditləri, vakansiyalar, Forex və lizing şirkətləri haqqında ətraflı məlumat verilir.
Funksionallığı: Saytın naviqasiya və axtarış sistemi çox gözəl proqramlaşdırılıb. Saytda kateqoriyaların çox olması onu göstərir ki, hər bir məlumat öz kateqoriyasına uyğun yerləşdirilib. Bununla da istifadəçi həm axtarış sistemindən, həm də istədiyi kateqoriyaya uyğun məlumatı rahatlıqla tapa bilər.
citylife.az-Əyləncə portalı
Dizayn: Saytın dizayn tərtibatında günümüzün müasir və ən son veb texnologiyalarından istifadə olunub. Saytın dizaynı əsasən sadədir və fon rəngi olaraq ağ rəng seçilib.
Məzmun: Sayt əyləncə portalı olduğundan məzmun olaraq, günlük təşkil ediləcəyi əyləncələrin nə zaman və harada olacağı barədə məlumat yerləşdirilib. Məzmun olaraq çox dolğun və dəqiq məlumatlar verilib. Bu isə saytın uğurlu olmasının bir nəticəsidir.
Funksionallığı: Funksionallıq baxımından sayt çox uğurludur və çox gözəl hazırlanıb. Saytda əyləncə növlərinə görə kateqoriyalara bölünüb və sayta daxil olan istifadəçi özünə lazım olan əyləncəni rahatlıqla tapa bilir. Sayt isə tam olaraq 3 dildə fəaliyyət göstərir.
Hazırladı: Ağasəf Haqverdiyev
İsmayıl İsmayılov
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri