ADİU-nun loqotipi və rəsmi saytı yeniləndi

22-05-2015 / 15:20

 Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) innovasiyanın tətbiqi istiqamətində növbəti yeniliklər reallaşdırılıb. Rebrendinq çərçivəsində universitetin müasir tələblərə cavab verən, təkmilləşdirilmiş, yeni imkanlarla zənginləşdirilmiş rəsmi veb saytın təqdimatı keçirilib.

Universitetdən Xeberler.az-a verilən məlumata görə,  Universitetin yeni abreviaturası olan  UNEC (University of Economy) saytın domain adında da öz əksini tapıb. UNEC.EDU.AZ saytında istifadəçilərin lazımı informasiyanın tez bir zamanda əldə etməsi üçün müasir veb-dizayn komponentlərində istifadə olunub. 3 dildə təqdim olunan saytda texniki və proqram təminatı cəhətdən ən müasir yeniliklər tətbiq edilib. HTML5, jQuery, Cross Browser texnologiyalarından və CMS platformasından istifadə olunmaqla təhlükəsizlik amili tam təmin olunub. Universitetin rəsmi veb saytının dünya reytinqində yer alması üçün “Webometrics” tələbləri əsas götürülüb.

   Saytda universitetin struktur bölmələri haqqında məlumat bazası ilə yanaşı elektron kitabxana, sınaq imtahanı, elektron apellyasiya haqqında informasiyalar yer alıb. Yaxın zamanda saytın əlavəsi kimi iOS və Android platformaları üçün mobil tətbiq də istifadəçilərə təqdim olunacaq.

    Rebrendinq çərçivəsində universitetin yeni korporativ loqotipi də təqdim edilib. Hazırlanan yeni loqoda müasir dizayn konsepsiyası prioritet götürülüb. Minimalizm stili bazasında qurulan loqoda əsas komponentlər kimi qlobus, iqtisadi qrafik və kitab yer alıb. Yeni loqonun fəlsəfəsi “qloballaşan dünyada iqtisadi inkişafın əsası elmdir” kimidir.

 Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə