Milli saytlarımızı daha yaxından tanıyaq

17-07-2015 / 11:31

Xeberler.az olaraq “MİLLİ SAYTLAR” rubrikası çərçivəsində növbəti yazını təqdim edirik.

Milli resurslarımızı daha yaxından tanıtmaq məqsədi daşıyan rubrikamızda  bu dəfə dadli.az, dsport.az, dialoq.info saytları haqqında qısa məlumat təqdim edirik.

Ötən yazılarımızdan sonra oxuculardan və sayt sahiblərindən daxil olan müraciətlərə cavab olaraq bildiririk ki, bu tip yazılarımız davamlı olacaq və təqdimat üçün seçdiyimiz saytlar da Xeberler.az tərəfindən müəyyən olunur. 

 Dadlı.az- Dadlı reseptlər portalı

Dizayn: Saytın dizayn tərtibatında ən müasir veb texnologiyalardan istifadə olunub. Saytın dizaynı nəzərdə tutulan auditoriyaya uyğun hazırlanıb. Balanslaşdırılmış rəng və yüksək qrafika seçimi saytı daha da müasir göstərir.

Məzmun: Sayt yemək reseptləri, şirniyyat reseptləri, içkilərin hazırlanması, faydalı məsləhətlər və digər məlumatlar bağlı fəaliyyət göstərir. Cəlbedici məzmuna malik olan sayt həm də materiallar cəhətdən auditoriyaya uyğundur.

Funksionallığı: Funksionallıq baxımından saytın naviqasiya sistemi çox gözəl hazırlanıb. Saytda məhsullara görə, bölgələrə görə, reseptin neçə nəfərlik olmasına və hazırlanma müddətinə görə axtarış və süzgəcləmə sistemi mövcuddur. Saytın məlumatlarından həm qeydiyyatdan keçərək, həm də qonaq kimi asanlıqla faydalanmaq olur.

Dsport.az idman xəbərləri portalı

Dizayn: Saytın dizayn tərtibatı sadə olsada, hazırlanmasında müasir texnologiyalardan istifadə olunub. Ən əsası da reklamların az olması sayta daxil olan istifadəçiyə xoş təsir bağışlayır və beləliklə istənilən məlumatı rahatlıqla görmək olur.

Məzmun: Saytda futbol, voleybol, güləş, cüdo, şahmat və digər idman növləri haqqında ən son xəbərlər paylaşılır.

Funksionallığı: Sayt funksionallıq baxımından hər bir idman növü üzrə kateqoriyalara bölünüb. Saytın məlumat bazası çox olsa da saytın yüklənmə sürəti mükəmməldir. Ümumilikdə, yaxşı struktura və naviqasiya sisteminə malikdir.

 

Dialoq.info təhsil portalı

Dizayn: Saytın  tərtibatında sadə veb texnologiyadan istifadə olunub. Dizaynda vahid rəngdən istifadə olunub. Dizayn nəzərdə tutulan auditoriyaya uyğun olsa da, reklamların daha çox olduğu diqqəti cəlb edir.

Məzmun: Saytda  elm və təhsil ilə bağlı xəbərlər, tədbirlər, iş elanları və kurslarla bağlı məlumatlar paylaşılır. İnformasiyaların doğruluğu və aktuallığı cəhətdən də sayt çox uğurludur. Saytda yer alan informasiyaların dolğunluğu isə istifadəçini yormur.

Funksionallığı: Saytın funksionallığı da effektivdir,  istifadəçi lazım olan məlumatı və ya informasiyanı  göstərilən kateqoriyalardan asanlıqla tapa bilər. Saytın axtarış və naviqasiya sistemi çox qüsursuz şəkildə çalışır. 


Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə