“Microsoft Azerbaijan” korporasiyasının www.microsoft.az ünvanında yerləşən rəsmi saytı açıldı. Sayt Microsft şirkətinin Azərbaycandakı nümayəndəliyi tərəfindən dəstəklənir, orada şirkətin ölkə daxilində və xaricində gördüyü işlər haqqında məlumatlar yerləşdirilir, yeni məhsullar və həllər elan olunur.
Ыayta daxil olanlar proqram təminatları üzrə yenilikləri də yükləyə bilərlər. Saytda Language İnterface Pack (LİP) proqram paketlərinin yüklənilməsi üçün nəzərdə tutulmuş xüsusi səhifə yaradılıb. Həmin paketlərin yüklənilməsi Windows XP, Windows Vista və Microsoft Office 2007 istifadəçilərini Azərbaycan interfeysi ilə təmin edir. İstifadəçilər, həmçinin, göstərilən proqram təminatının lokallaşdırılması zamanı yaradılmış qlossari ilə ayrıca tanış ola bilərlər.
\"Microsoft\"-un beynəlxalq sertifikatlaşma imkanı ilə tədris proqramlarına da diqqət yetirilib, Microsoft şirkətinin Azərbaycandakı tərəfdaş və distribyutorları haqqında məlumat yerləşdirilib; saytın quruluşu istiqamətdən asılı olaraq Microsoft-un müxtəlif həlləri haqqında məlumatları almağa imkan verir.
\"Microsoft Azerbaijan\" şirkətinin baş direktoru Teymur Axundovun sözlərinə görə, azərbaycandilli rəsmi sayt korporasiyaya Azərbaycan istifadəçilərinə daha yaxın olmağa imkan verəcək. “Saytı yaradarkən iki məqsədi güdürdük. Birincisi, İnternetin Azərbaycana aid zonasında yerləşən sayt Microsoft şirkətinin Azərbaycandakı fəaliyyəti haqqında tam məlumatı təmin edir; ikincisi isə şirkətin Azərbaycan bazarındakı yenilikləri haqqında operativ şəkildə məlumat verir”, deyə T.Axundov qeyd edib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri