Azərbaycanda "Twitter" istifadəçiləri arasında ən çox izləyicisi olan şəxslərin siyahısı müəyyənləşdirilib. "Qafqazinfo"nun məlumatına görə, siyahı www.aztwi.com (On Mindən Çox İzləyicisi Olan İstifadəçilərin Analizi) saytının göstəricilərinə əsasən hazırlanıb.
Siyahıya əsasən, ilk iki yeri Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan türkcəsində və ingiliscə tweet yazan hesabları tutur. Hesabın Prezident Administrasiyası tərəfindən idarə edildiyi ehtimal olunur.
Üçüncü yerdə 36 mindən çox izləyici ilə Elnur Məcidlidir. Belə ki, bloggerin 31 yanvarda 5662 izləyicisi varkən, 1 fevralda izləyici sayı 37677-ə yüksəlib.
Dördüncü yerdə Aysel Teymurzadənin "verified account" statusu almış hesabıdır. Azərbaycan sferasında ilk bu cür hesabdır ki, bu hesabın 28 mindən çox izləyicisi var, amma 1 ilə yaxındır ki, istifadə olunmur. Yəni ən son tweet 9 mart 2012 tarixində yazılıb. Buna rəğmən kiçik templi olsa belə izləyici sayında daimi artım olur.
Beşinci yerdə Tural Taqiyev adlı bir nəfər qərarlaşıb. Bu "Twitter" hesabına daxil olduqda görürük ki, 500-ə yaxın tweet var, bunun da böyük əksəriyyəti "Today Stats" tərzi bot tweetlərdi. Və demək olar ki, heç nə yazmayan bir insanı gündə ortalama 500 insan izləyir, əksəriyyəti də əcnəbilər.
Altıncı yerdə www/aztwi.com saytının öz twitter hesabıdır. Burada Azərbaycan sferasının istifadəçiləri haqda gündəlik məlumatlar paylaşılır, top trendlər, məhşur istifadəçilər, ən çox izlənilən video, ən çox baxılan şəkil, ən çox retweet edilən tweet və s. Saytda və eləcə bu hesabda səmərəli və programlı iş görülür deyə bilərik.
Yeddinci yerdə isə "Azercell" şirkətinin hesabıdır. Bu hesab həm də "verified account"dur. Yəni "Twitter" tərəfindən "Azercell" şirkətinə məxsusluğu təsdiqlənmiş hesabdır. Əsasən mətbuatda "Azercell" haqqında yazılmış xəbərləri, bayramlarda təbrik və s. yazırlar. Bundan əlavə müştərilər problemləri bildirəndə lazımı yönləndirmələri də həyata keçirilir.
Səkkizinci yerdə İlkin Həsənidir Azərbaycan sferasında bəlkə də ən populyar istifadəçidir. Çoxları tərəfindən maraqla izlənir. Fotolar paylaşır, gündəlik həyatında qarşılaşdığı hadisələr haqda yazır. Mantionlara çox vaxt cavab yazmağa çalışır. Bir sözlə "Twitter"i qaydalarına görə istifadə edir.
Doqquzuncu yerdə Prezident Administrasiyasının rəsmi hesabıdır. Rəsmi məlumatlar yazır, fərmanları və s. tweetlənir.
Onuncu yerdə izə Niyaz Aliyev adlı istifadəçidir. www.aztwi.com-un təqdim etdiyi son ay analizinə baxdıqda görürük ki, əksər günlər izləyici sayında azalma olsa da, bir gün təxminən üç min, başqa bir gün isə iki min artım olub.