Previous Next
Bağla

Modelling texnologiyalarına həsr olunmuş beynəlxalq konfrans keçirilib

29-01-2020 18:35
Modelling texnologiyalarına həsr olunmuş beynəlxalq konfrans keçirilib

Yanvarın 28-də Bakıda “JW Marriott Absheron” mehmanxanasında “Building Information Modelling” (BIM) texnologiyalarına həsr olunmuş beynəlxalq konfrans keçirilib. Tədbirin təşkilatçıları “AUTODESK” (ABŞ) və “AZEL Systems” (Azərbaycan) şirkətləridir. 

Xeberler.az bildirir ki, konfransın əsas məqsədi inşaat sahəsində mövcud aktual problemlərin və bu problemlərin “Autodesk”in layihələndirmənin keyfiyyəti və effektivliyini artıran ən yeni texnologiyaların istifadəsi ilə mümkün həllərinin müzakirəsi olub. Eyni zamanda, “Autodesk”in mülki və sənaye obyektlərinin inşaatı üçün təklif etdiyi imkanlar da diqqət mərkəzində olub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müşaviri Aydın Kərimov inşaat sahəsində rəqəmsal texnologiyaların əhəmiyyətindən danışıb və BIM texnologiyalarının vacibliyini vurğulayıb. O, bu tədbirin BIM texnologiyalarının Azərbaycanda daha da dərindən öyrənilməsinə şərait yaradacağına ümidvar olduğunu bildirib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova da tədbirin və BIM texnologiyalarının vacibliyini qeyd edib. O, AzMİU-nun inşaatda ən yeni texnologiyaların tədrisində əldə etdiyi nailiyyətlərdən söz açıb. G.Məmmədova bildirib ki, artıq 2019-cu ildə “Tekla Trimble” şirkətinin tapşırığı əsasında “AZEL Systems 46 Tekla” proqram təminatı lisenziyasını AzMİU-а tədris məqsədləri üçün pulsuz təqdim edib. Rektor, universitetin “Autodesk” və “AZEL Systems” şirkətləri ilə əlaqələrin inkişafına hazır olduğunu da qeyd edib.

Daha sonra “AZEL Systems” şirkətinin rəhbəri İqor Yakovenko təmsil etdiyi qurum barədə məlumat verib. 2013-cü ildə yaranan şirkət qabaqcıl texnologiyaların tətbiqi ilə məşğuldur. “Autodesk” şirkətinin Azərbaycanda yeganə qızıl partnyoru olan “AZEL Systems”, həmçinin dünyada tanınmış “Samsung”, “Trimble Tekla”, “Dell” və digər şirkətlərin də tərəfdaşdır.

İ.Yakovenko qeyd edib ki, Azərbaycan şirkətləri yeni texnologiyaların mənimsənilməsi və tətbiqi sahəsində vacib uğurlara nail olublar. Belə ki, “Azfen” şirkəti “Autodesk” şirkətinin texnologiyaları əsasında mühüm layihələri həyata keçirir. Bu layihələr beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib.

Çıxışının sonunda İ.Yakovenko yalnız lisenziyalı “Autodesk” proqram təminatından istifadənin vacibliyini qeyd edib. O bildirib ki, ancaq lisenziyalı proqramlar layihələndirmə prosesinin sabitliyini və sürətinin təmin edir.

Sonra “Autodesk” şirkətinin 6 ölkə və o cümlədən Azərbaycan üzrə regional meneceri Gennadiy Molodetskiy “BIM texnologiyaları qarşısıalınmazdır” adlı məruzə ilə çıxış edib.

G.Molodetskiy BIM texnologiyaları üzrə qlobal tendensiyalardan və bu texnologiyaların ABŞ, Böyük Britaniyada habelə digər MDB ölkələrində tətbiqindən söhbət açıb. O xüsusi olaraq qeyd edib ki, Azərbaycanın sürətli inkişafı BIM texnologiyalarının uğurlu tətbiqinə şərait yaradır. “BIM texnologiyaları inşaatın gələcəyidir”, – deyə G.Molodetskiy qeyd edib.

Çıxışının sonunda G.Molodetskiy Aydın Kərimov və professor Gülçöhrə Məmmədova tədbir iştirakçılarına fəxri mükafatlar təqdim ediblər. İlk olaraq “Azfen” şirkətinin nümayəndəsinə “Autodesk” proqram təminatının tətbiqi üzrə şirkətin 2019-cu ildə nail olduğu uğurlar üçün fəxri sertifikat təqdim edilib. Daha sonra “AZEL Systems” şirkətinin “Autodesk”in Azərbaycanda yeganə qızıl tərəfdaşı olduğunu təsdiq edən sertifikat şirkət rəhbəri İqor Yakovenkoya təqdim olunub.

Qısa fasilədən sonra konfrans BIM texnologiyalarının daha da dərindən araşdırılması ilə davam etdirilib. “Autodesk”in texniki mütəxəssisləri bu texnologiyaların Çin və Belarusda metropoliten, “Facebook” şirkətinin ABŞ-da data mərkəzinin, Avstraliyada universitetlərin və ABŞ yaşayış məntəqələrinin tikintisində istifadəsindən danışıblar. Həmçinin qeyd edilib ki, BIM texnologiyalarının köməyi ilə dünyanın ayrı-ayrı nöqtələrində yerləşən memar və konstruktorlar effektiv əməkdaşlıq edə və eyni layihə üzərində çalışa bilərlər. Konfrans iştirakçıları bu çıxışlara maraqla qulaq asıblar və belə tədbirlərin daha tez-tez keçiriləcəyinə ümidvar olduqlarını qeyd ediblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

«AZEL» şirkəti «Cisco»nun yeni həllərinin təqdimatını keçirib

09-02-2009

İKT-nin tətbiqi inşaat sahəsində insan əməyini azaldır

06-07-2018

AZEL şirkəti «Micrsoft Gold Certified Partner» statusunu yenidən təsdiqləyib

10-04-2009

Huawei şirkəti Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıqda maraqlıdır

13-06-2019

AzMİU Koreyanın inşaat texnologiyaları ilə bağlı təcrübəsindən yararlana bilər

23-10-2024

AzMİU-da beynəlxalq konfrans keçirilib

23-04-2024

AzMİU-da süni intellektin tətbiqi ilə bağlı beynəlxalq təcrübə öyrənilir

19-09-2025

DGK və Huawei Tech. Azerbaijan niyyət protokolu imzalayıb

12-09-2019

AzMİU-da “CODEX” IT Akademiya fəaliyyətə başlayıb

23-05-2025

Süni intellektin müxtəlif sahələrdə rolu adlı konfrans keçirilib

19-05-2025

AzTU-da “6-cı CODE Beynəlxalq Bakı 2023” mövzusunda konfrans keçirilib

05-05-2023

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

29-03-2024

AzerTelecom şirkətinin kommersiya rəhbəri maliyyə texnologiyalarından danışıb

28-11-2018

ABŞ-in İT və rəqəmsal transformasiya şirkəti Azərbaycana gəlir

12-08-2025

AzMİU Beynəlxalq Təhsil Sərgisində təmsil olunur

11-10-2019

“Yaşıl və rəqəmsal transformasiyalar” adlı konfrans keçirilib

09-11-2024

«İT avadanlıqların müdafiə texnologiyası» mövzusunda seminar keçirilib

07-04-2009

Dövlət Gömrük Komitəsində elmi praktiki konfrans keçirilir

20-12-2018

AzMİU “QS Stars” reytinq sistemində 5 ulduz qazanıb

02-05-2025

Bakıda “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi” adlı beynəlxalq konfrans keçirilir

12-10-2011

Bakıda İT şirkətləri üçün beynəlxalq konfrans keçirildi

12-03-2013

Virtual Reallıq texnologiyalarının innovativ sahibkarlıqda tətbiqi mövzusunda təlim keçirilib

22-02-2019

AzMİU-da “Süni intellekt” ixtisası tədris olunacaq

29-01-2026

Nar AICT-2016 konfransına dəstək verib

12-10-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə