Previous Next
Bağla

Süni intellektin müxtəlif sahələrdə rolu adlı konfrans keçirilib

19-05-2025 17:56
Süni intellektin müxtəlif sahələrdə rolu adlı konfrans keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyi çərçivəsində 16–19 may tarixlərində AzMİU ilə Daşkənd Memarlıq və İnşaat Universitetinin Əcnəbi dillər kafedralarının birgə təşkilatçılığı nəticəsində “Yeni davamlı dünyada süni intellektin rolu: Memarlıq, təhsil, mədəniyyət və media” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Xeberler.az məlumat verir ki, onlayn formatda keçirilən konfransın əsas məqsədi süni intellektin sürətlə inkişaf edən texnologiyaları fonunda müxtəlif sahələrə – xüsusilə memarlıq, təhsil, mədəniyyət və mediaya təsirini araşdırmaqla bu istiqamətdə müasir yanaşmaları müzakirə etmək olub.

Yerli və xarici ali təhsil müəssisələrinin nümayəndələrini, tədqiqatçıları, mütəxəssisləri və tələbələri bir araya toplayan konfrans elmi-təcrübi fikirlərin bölüşülməsi, innovativ ideyaların təqdim olunması və gələcək birgə layihələrə zəmin yaradılması baxımından məhsuldar və dinamik müzakirələrlə yadda qalıb.

Konfransın açılış mərasimində AzMİU-nun Əcnəbi dillər kafedrasının müdiri dosent Aygün Məmmədova çıxış edərək süni intellektin çağdaş dünyada oynadığı roldan və bu sahədə aparılan elmi araşdırmaların əhəmiyyətindən bəhs edib.

Konfransda AzMİU-nun  elm və innovasiya məsələləri üzrə prorektoru professor Nigar Aslanova, Bakı Slavyan Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru dosent Aytən Bayramova, İtaliyanın Politecnico di Torino Universitetinin professoru Fabrizio Barpi, Daşkənd Memarlıq və İnşaat Universitetinin Beynəlxalq ‘laqələr şöbəsinin müdiri T.A. Nigmatjonovna, həmin universitetin Xarici dillər kafedrasının müdiri Hilola Zakirova, Atatürk Universitetinin İngilis dili və ədəbiyyatı kafedrasının müəllimi dosent Mehmet Başak və AzMİU-nun Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə də çıxış ediblər.

Çıxışlarda süni intellektin müasir cəmiyyətə təsiri, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın vacibliyi vurğulanıb.

Qeyd etmək lazımdır ki, bu konfrans AzMİU-nun qlobal miqyasda tanınmasına, xarici əlaqələrin genişlənməsinə və elmi əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Mühəndislikdə müasir texnologiyalar, süni intellekt müzakirə olunub

17-02-2025

İKT-nin tətbiqi inşaat sahəsində insan əməyini azaldır

06-07-2018

AzMİU Koreyanın inşaat texnologiyaları ilə bağlı təcrübəsindən yararlana bilər

23-10-2024

AzMİU əməkdaşları üçün süni intellekt mövzusunda təlim keçirilib

03-02-2025

AzMİU-da “Süni intellekt” ixtisası tədris olunacaq

29-01-2026

Tanınmış startapçılarımız tələbələrlə görüşəcək

04-12-2015

AzMİU Beynəlxalq Təhsil Sərgisində təmsil olunur

11-10-2019

AzMİU-da beynəlxalq konfrans keçirilib

23-04-2024

Lənkəran Dövlət Universitetində Beynəlxalq Onlayn Konfrans keçirilib

06-04-2019

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

29-03-2024

AzMİU-da süni intellektin tətbiqi ilə bağlı beynəlxalq təcrübə öyrənilir

19-09-2025

AzMİU “QS Stars” reytinq sistemində 5 ulduz qazanıb

02-05-2025

Moskvada “Təhsil: Strategiya 2020” adlı beynəlxalq sərgi keçirilib

18-03-2009

"Süni intellekt və humanitar elmlər" mövzusunda elmi konfans keçirilib

21-11-2025

İİTKM və Britaniya Şurası əməkdaşlığa başlayıb

05-03-2022

AzMİU və 4SİM arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

29-01-2026

AzMİU-nun tələbələri “Ağıllı parkinq qoruyucusu” layihəsini təqdim ediblər

07-11-2024

“Süni intellekt elmi tədqiqatlarda” mövzusunda elmi seminar keçirilib

14-07-2025

AzMİU-da SSJ tələbə startap düşərgəsinin qalibləri mükafatlandırılıb

06-05-2025

AzMİU-nun 2 komandası Dünya Robototexnika Çempionatının finalına vəsiqə qazanıb

08-04-2025

AzMİU tələbələri “Microsoft” sertifikatı əldə etmək imkanı qazanıblar

14-02-2025

Biologiyada süni intellektin tətbiqinə dair elmi müzakirə aparılıb

25-12-2025

AzMİU əməkdaşları kibertəhlükəsizlik üzrə maarifləndirilib

13-12-2024

Memarlıq və İnşaat Universitetində tədris mərkəzi açılıb

04-11-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə