Previous Next
Bağla

Dövlət Gömrük Komitəsində elmi praktiki konfrans keçirilir

20-12-2018 17:23
Dövlət Gömrük Komitəsində elmi praktiki konfrans keçirilir

Dekabrın 20-də Dövlət Gömrük Komitəsində "Gömrük sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə 6-cı beynəlxalq elmi praktiki konfrans" başlayıb. 

Xeberler.az  bildirir ki, konfransda Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Təmkin Xəlilov, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini Ramiz Hümbətov, Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev, aidiyyatı qurumların nümayəndələri, Rusiya Gömrük Akademiyasının prorektoru, Rostov filialının direktoru Pyotr Başlı, Rusiya Federal Gömrük Xidmətinin İnformasiya Texnologiyaları Baş İdarəsinin rəis müavini Ruslan Najimov, Özbəkistan Respublikası Gömrük Komitəsinin İnformasiya-Kommunikasiya Texnologiyaları idarəsinin rəisi Doniyor Maksumov, Qazaxıstanın Azərbaycandakı səfirliyinin məsləhətçisi Aydın İmaşov, Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbə və müdavimləri iştirak ediblər.

Konfransda çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini Ramiz Hümbətov bildirib ki, Azərbaycan gömrüyü qısa zaman kəsiyində böyük inkişaf yolu keçib. Gömrük sistemində informasiya texnologiyalarının geniş şəkildə tətbiq edildiyini deyən Ramiz Hümbətov konfransın gömrük sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi, işgüzar əlaqələrin qurulması, bilik və bacarıqların əldə edilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Dövlət Gömrük Komitəsinin Akademiyası haqqında da ətraflı məlumat verən Ramiz Hümbətov artıq bu təhsil müəssisəsinin ölkənin mühüm elm ocaqlarından birinə çevrildiyini diqqətə çatdırıb.

Konfransda müzakirə olunacaq məsələlərin gömrük xidmətləri üçün əhəmiyyətindən danışan Rusiya Gömrük Akademiyasının prorektoru Pyotr Başlı hazırda informasiya texnologiyalarının bütün gömrük xidmətlərinin fəaliyyətinin əsasını təşkil etdiyini diqqətə çatdırıb və qeyd edib ki, gələcəkdə informasiya texnologiyalarının tətbiqi ilə malların istehsalından satışına qədər baş verən proseslər izlənə biləcək və gömrük orqanları istər infrastruktur, istərsə də ixtisaslı kadrların hazırlanması baxımından buna hazır olmalıdırlar. Qonaq, eyni zamanda Rusiya Gömrük Xidmətində və Rusiya Gömrük Akademiyasında informasiya texnologiyalarının tətbiqi sahəsində görülən işlər barədə məlumat verib və konfransın təcrübə mübadiləsi, əməkdaşlığın gücləndirilməsi istiqamətində uğurlu platforma olduğunu bildirib.

Daha sonra konfrans "Gömrük sferasında İKT", "Gömrük prosedurlarının idarə olunmasında İKT-nin rolu" adlı sessiyalarla davam edib. Sessiyalarda "Azərbaycan Respublikasında qabaqcıl texnologiyaların tətbiqi və gömrük sistemində İKT-nin tətbiqi ilə bağlı beynəlxalq təcrübə", "Rusiya Federasiyasının gömrük orqanlarında İKT-nin tətbiqi", "Özbəkistan Respublikasının gömrük orqanlarında İKT-nin tətbiqi:biznesə yardım üçün platforma", "Qazaxıstanın dövlət gəlirləri orqanlarında gömrük risklərinin idarəedilməsi sistemi", "Rusiya Gömrük Akademiyasında gömrük mütəxəssislərinin hazırlanması üçün innovativ informasiya texnologiyalarının tətbiqi" və digər mövzularda təqdimatlar keçirilib.

İki gün davam edəcək konfransın növbəti günündə tədbir iştirakçılarının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında görüşü nəzərdə tutulur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakıda İKT-nin gömrük xidmətində tətbiqinə dair beynəlxalq konfrans keçirilir

Bakıda İKT-nin gömrük xidmətində tətbiqinə dair beynəlxalq konfrans keçirilir

21-12-2009
Bakıda “Elektron gömrük xidmətləri: gələcəyə baxış” mövzusunda III beynəlxalq elmi-praktiki konfrans keçirilir

Bakıda “Elektron gömrük xidmətləri: gələcəyə baxış” mövzusunda III beynəlxalq elmi-praktiki konfrans keçirilir

12-09-2011
Gömrük xidməti informasiya texnologiyalarının tətbiqində ciddi uğurlar qazanıb

Gömrük xidməti informasiya texnologiyalarının tətbiqində ciddi uğurlar qazanıb

03-06-2015
İKT-nin tətbiqi üzrə AICT 2016 konfransı başa çatıb

İKT-nin tətbiqi üzrə AICT 2016 konfransı başa çatıb

17-10-2016
Texnoloji İnnovasiyalar Baş İdarəsinin rəisi işdən çıxarılıb

Texnoloji İnnovasiyalar Baş İdarəsinin rəisi işdən çıxarılıb

07-08-2022
Bakıda “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi” adlı beynəlxalq konfrans keçirilir

Bakıda “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi” adlı beynəlxalq konfrans keçirilir

12-10-2011
Bakıda beynəlxalq İKT konfransı davam edir

Bakıda beynəlxalq İKT konfransı davam edir

13-10-2016
Süni intellekt əsaslı kibertəhlükəsizlik laboratoriyası istifadəyə verilib

Süni intellekt əsaslı kibertəhlükəsizlik laboratoriyası istifadəyə verilib

17-01-2026
Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları konfransı və sərgisi keçirilir

Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları konfransı və sərgisi keçirilir

09-06-2018
İKT-nin tətbiqi inşaat sahəsində insan əməyini azaldır

İKT-nin tətbiqi inşaat sahəsində insan əməyini azaldır

06-07-2018
DGK-nın İKT ilə əlaqəli Baş İdarəsinin adı dəyişilib və səlahiyyətləri artırılıb

DGK-nın İKT ilə əlaqəli Baş İdarəsinin adı dəyişilib və səlahiyyətləri artırılıb

27-07-2015
Nar AICT-2016  konfransına dəstək verib

Nar AICT-2016 konfransına dəstək verib

12-10-2016
Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma VIII beynəlxalq elmi konfransı (COIA-2022) keçirilib

Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma VIII beynəlxalq elmi konfransı (COIA-2022) keçirilib

31-08-2022
Tibb sahəsində İKT-nin  tətbiqi  müzakirə olunacaq

Tibb sahəsində İKT-nin tətbiqi müzakirə olunacaq

20-04-2016
Rəsmi statistik məlumatların istehsalında İKT mövzusunda konfrans keçirilib

Rəsmi statistik məlumatların istehsalında İKT mövzusunda konfrans keçirilib

11-12-2019
Azərbaycanın İKT uğurları  beynəlxalq  konfransda təqdim edilib

Azərbaycanın İKT uğurları beynəlxalq konfransda təqdim edilib

14-09-2015
“İnformasiya texnologiyalarının tədrisə tətbiqi” mövzusunda konfrans keçirilib

“İnformasiya texnologiyalarının tədrisə tətbiqi” mövzusunda konfrans keçirilib

13-11-2015
“İnkişaf üçün İKT” konfransı başa çatdı

“İnkişaf üçün İKT” konfransı başa çatdı

28-10-2015
Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

29-03-2024
Gömrük Akademiyasında “GMP Lab” kibertəhlükəsizlik tətbiq laboratoriyası qurulub

Gömrük Akademiyasında “GMP Lab” kibertəhlükəsizlik tətbiq laboratoriyası qurulub

14-07-2023
Huawei şirkəti Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıqda maraqlıdır

Huawei şirkəti Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıqda maraqlıdır

13-06-2019
Azərbaycan Tiflisdə İKT sərgisində təmsil edilir-Foto

Azərbaycan Tiflisdə İKT sərgisində təmsil edilir-Foto

07-06-2017
Sumqayıtda İKT-nin inkişafı məqsədi ilə seminar keçirilib

Sumqayıtda İKT-nin inkişafı məqsədi ilə seminar keçirilib

04-12-2008
Bakıda Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma VIII beynəlxalq konfransı keçirilir

Bakıda Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma VIII beynəlxalq konfransı keçirilir

24-08-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə