Mozilla vədinə əməl etmədi!!!

28-01-2009 / 16:25


  Mozilla, üzərində çox möhkəm işləyən Fiefoxun maraqla gözlənilən yeni distributivi 3.1-in son betasının nəşr olunma tarixini bir dəfə daha təxirə saldı. Final distributivindən əvvəlki son beta olması gözlənilən Firefox 3.1-in planlanan bazara çıxması tarixi 26 Yanvar olaraq təyin olunmuşdu. Yeni açıqlanan tarix isə 2 Fevral. Lakin mütəxəssislər bunun da həqiqi bir tarix olmadığını iddia edirlər. Çünki Mozillanın rəsmi şərhinə görə hal hazırda skanerin həll edilməsi lazım olan tam 15 ədəd kritik problemi var. Son beta distributivi ancaq təsbit edilmiş bu 15 səhvin bütününün birdən ortadan qaldırılmasından sonra mümkün ola biləcək. Təbii ki, bu sırada başqa problemlər təsbit edilməzsə.

  Bütün bunlara baxmayaraq Mozilla, təxirə salınan beta distributivindən sonra bazara çıxacaq final distributivinin Mart ayını keçməyəcəyini iddia edir. Mozilla , Firefox 3.0-ı İyun 2008-də bazara çıxarmasına baxmayaraq, 3.1 final distributivinin 2008-in sonuna qədər yetişəcəyini iddia etmiş, lakin daha sonra ilk təxirə salma gəlmişdi. Hər nə qədər Mozillanın bu optimist şərhləri Firefox istifadəçiləri üçün yaxşı xəbər olaraq ortalarda gəzsə də, ardından gələn təxirə salmalar ciddi xəyal qırıqlıqları doğurur. Görəsən, Mozilla bu dəfə sözünü tuta biləcəkmi?

 

xeberler.az/Ellada


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə