Previous Next
Bağla

Müddətsiz, ucuz və elektron lisenziyalar dövrü başladı -Fərman

22-12-2015 11:00
Müddətsiz, ucuz və elektron lisenziyalar dövrü başladı -Fərman

Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 21-də imzaladığı "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" Fərmana əsasən, özəl mühafizə fəaliyyəti üçün lisenziyanın məbləği iki dəfə aşağı azaldılıb. 

Xeberler.az-ın məlumatına görə, Fərmanla Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan Respublikasının ərazisində xarici hüquqi şəxslər, yaxud əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş hüquqi şəxslərin, o cümlədən birbaşa və ya dolayı yolla xarici kapitalın iştirakı ilə yaradılmış hüquqi şəxslərin öz mühafizəsini təmin etmək üçün) və Daxili İşlər Nazirliyi (digər hallarda) tərəfindən özəl mühafizə fəaliyyəti üçün lisenziyanın dövlət rüsumu 1500 manat olub.

İndiyədək bu məbləğ 3000 manat idi.

Ümumilikdə, dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri iki dəfə azaldılıb.

Milli Məclisin iqtisadi  siyasət, sahibkarlıq fəaliyyəti və sənaye komitəsinin üzvü, iqtisad elmləri üzrə fəlsəfə doktoru,  İKT üzrə mütəxəssis  Tahir Mirkişili  yeni Fərmanla bağlı Xeberler.az-a münasibət bildirib.

  O,  “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına müvafiq olaraq nəzərdə tutulan yeniliklər barədə ətraflı məlumat verib:

-Ümumilikdə lisenziyaların sayı 40 fai azaldılıb.  Əvvəl 59 fəaliyyət növü ilə məşğul olmaq üçün lisenziya alınması tələb olunurdusa, Fərmana əsasən lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 37-dək azaldılıb.

Saxlanılan lisenziyaların 33 növünün Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən, dövlət təhlükəsizliyi ilə bağlı 4 növünün isə digər dövlət orqanları tərəfindən verilməsi nəzərdə tutulur.

Lisenziyalar artıq müddətsiz veriləcək. Həmçinin bu günədək verilmiş qüvvədə olan müddətli lisenziyalar müddətsiz hesab ediləcək.

Lisenziyanın verilməsi barədə qərarın qəbul edilməsi müddəti 15 gündən 10 günə endirilib.

Lisenziya verilməsinə görə ödənilməli olan mövcud dövlət rüsumlarının məbləği iki dəfə azaldılıb.

Müəyyən edilmiş müddətdə aidiyyəti dövlət orqanı tərəfindən rəy bildirilmədikdə müsbət rəyin verilmiş hesab ediləcək.

Lisenziya tələb olunan sahibkarlıq fəaliyyətinin Azərbaycan Respublikasının regionlarında (Bakı şəhəri istisna olmaqla) həyata keçirilməsinə görə müəyyən edilmiş dövlət rüsumunun 50 faizinin ödənilməsi nəzərdə tutulub.

Bütün lisenziyaların "Elektron Portal"da yerləşdirilməsi nəzərdə tutulub.

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bütün lisenziyalar ASAN xidmət-də veriləcək - Yenilənib

Bütün lisenziyalar ASAN xidmət-də veriləcək - Yenilənib

19-10-2015
Rabitə xidmətlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği bəlli olub

Rabitə xidmətlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği bəlli olub

22-12-2015
Azərbaycanda biometrik texnologiyalar üzrə lisenziyaların verilməsi RİTN-ə həvalə olunub

Azərbaycanda biometrik texnologiyalar üzrə lisenziyaların verilməsi RİTN-ə həvalə olunub

03-12-2008
Mobil rabitə xidmətləri göstərmək üçün 1 milyon ödəniləcək

Mobil rabitə xidmətləri göstərmək üçün 1 milyon ödəniləcək

01-02-2017
Sahibkarlara lisenziyaların verilməsi davam edir

Sahibkarlara lisenziyaların verilməsi davam edir

10-11-2015
Sahibkarlar lisenziya və icazələr almaq üçün necə elektron müraciət etməlidirlər?

Sahibkarlar lisenziya və icazələr almaq üçün necə elektron müraciət etməlidirlər?

23-08-2023
ASAN Xidmət-də sahibkarlara lisenziya verilməsinə başlanıb

ASAN Xidmət-də sahibkarlara lisenziya verilməsinə başlanıb

05-11-2015
Sahibkarlara lisenziyaların verilməsi davam etdirilir

Sahibkarlara lisenziyaların verilməsi davam etdirilir

18-11-2015
Bərdədə sahibkarlara lisenziyalar verilib

Bərdədə sahibkarlara lisenziyalar verilib

23-11-2015
Portal vasitəsilə 110 elektron lisenziya verilib

Portal vasitəsilə 110 elektron lisenziya verilib

18-05-2018
“Elektron lisenziya” portalı nə vaxt istifadəyə veriləcək?

“Elektron lisenziya” portalı nə vaxt istifadəyə veriləcək?

19-10-2015
Nazirlik və Komitədə bu işi görən strukturlar – Ləğv ediləcək

Nazirlik və Komitədə bu işi görən strukturlar – Ləğv ediləcək

18-01-2019
“Lisenziyalar və icazələr” portalı üzərindən 4 mindən çox lisenziya verilib

“Lisenziyalar və icazələr” portalı üzərindən 4 mindən çox lisenziya verilib

23-08-2023
Mobil rabitə xidmətlərinə lisenziya 10 illik müddətə veriləcək

Mobil rabitə xidmətlərinə lisenziya 10 illik müddətə veriləcək

02-03-2017
Dövlət orqanlarının lisenziya vermək səlahiyyəti saxlanılıb

Dövlət orqanlarının lisenziya vermək səlahiyyəti saxlanılıb

15-01-2016
Lisenziyaların vahid portal üzərindən verilməsi üçün vaxt müəyyən olunub

Lisenziyaların vahid portal üzərindən verilməsi üçün vaxt müəyyən olunub

08-01-2018
Teleradio yayımçılarına lisenziyaları hansı orqan verə bilər?

Teleradio yayımçılarına lisenziyaları hansı orqan verə bilər?

09-09-2016
Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib

Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib

16-03-2020
Naxçıvanda I yarımildə sahibkarlıq fəaliyyətinə 21 lisenziya verilib

Naxçıvanda I yarımildə sahibkarlıq fəaliyyətinə 21 lisenziya verilib

17-07-2023
“Lisenziyalar bürokratik əngəl rolu oynamamalı, tənzimləyici vasitəyə çevrilməlidir”

“Lisenziyalar bürokratik əngəl rolu oynamamalı, tənzimləyici vasitəyə çevrilməlidir”

23-10-2015
MTN-in əsasında iki qurum yaradıldı - Fərman

MTN-in əsasında iki qurum yaradıldı - Fərman

14-12-2015
Nazirliyin e-xidmətlərdən birinin fəaliyyəti dayandırılıb

Nazirliyin e-xidmətlərdən birinin fəaliyyəti dayandırılıb

27-10-2015
Elektron arayışları artıq  bütün dövlət qurumları tanıyacaq

Elektron arayışları artıq bütün dövlət qurumları tanıyacaq

31-08-2015
Xüsusi təyinatlı telekommunikasiya şəbəkələri yaradıla bilər

Xüsusi təyinatlı telekommunikasiya şəbəkələri yaradıla bilər

30-12-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə