Previous Next
Bağla

Teleradio yayımçılarına lisenziyaları hansı orqan verə bilər?

09-09-2016 14:54
Teleradio yayımçılarına lisenziyaları hansı orqan verə bilər?

““Lisenziyalar və icazələr haqqında” qanununun qəbul edilməsi ilə “Televiziya və radio yayımı haqqında” qanununun hər hansı müddəası qüvvədən düşməyib. Bunlar özlüyündə hər biri ayrı-ayrı sahələri tənzimləyən qanunlardır”.

Xeberler.az bildirir ki, bunu  Milli Televiziya və Radio Şurasının (MTRŞ) Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov deyib.

Onun sözlərinə görə, “Lisenziyalar və icazələr haqqında” qanununun 19.19-cu maddəsində göstərilir ki, lisenziyanın və icazənin müsabiqə əsasında verilməsinin halları və qaydası Azərbaycan respublikasının qanunları ilə müəyyən edilir:

“Yəni elə lisenziyalar var ki, sırf müsabiqə əsasında verilir. Məsələn, televiziya və radio yayımı sahəsində lisenziyalar buna aiddir. "Televiziya və radio yayımı haqqında" qanunun 15.1-ci maddəsinə əsasən, yayım üçün xüsusi razılıq (lisenziya) dövlət və ictimai teleradio yayımı istisna olmaqla, müsabiqə əsasında verilir. Lisenziya müsabiqə əsasında verilir, müsabiqəni keçirən orqan isə MTRŞ-dır. Bu, "Televiziya və radio yayımı haqqında" qanunda, MTRŞ-nın Əsasnaməsində də göstərilib. Burada da açıq şəkildə göstərilir ki, müsabiqəni keçirən orqan MTRŞ-dırsa, lisenziyanı verən orqan da odur”.

Şöbə müdiri bildirib ki, MTRŞ müsabiqə əsasında lisenziya verilməsi və yaxud lisenziyanın qüvvəsinə xitam verilməsi barəsində İqtisadiyyat Nazirliyinə vahid reyestrə daxil edilməsi üçün məlumatlar təqdim edir:

“İqtisadiyyat Nazirliyi tərəfindən lisenziyaların vahid reyestri aparılır”.

N. Cavadov qeyd edib ki, Azərbaycana məxsus tezliklərdə yayımlanan Azərbaycan teleradio yayımçıları lisenziya müddətinin bitməsinə 6 ay qalmış həmin tezliyə yenidən iddialı olmaları ilə bağlı MTRŞ-ya ərizə ilə müraciət edir:

“Burada artıq müsabiqə keçirilmir. Bu zaman həmin kanalın tarixinə, fəaliyyət göstərdiyi müddətdə hansısa qanun pozuntusuna yol verib-verməməsinə baxılır. Hər hansı qanun pozuntusu aşkarlanmırsa, həmin kanalın ərizəsi əsasında onun lisenziya müddətini uzadırıq”. (APA)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Erməni dilində də verilişlər yayımlayacaq televiziyanın açılması ilə əlaqədar MTRŞ-nın iclası keçirilib

Erməni dilində də verilişlər yayımlayacaq televiziyanın açılması ilə əlaqədar MTRŞ-nın iclası keçirilib

05-03-2009
Teleradio yayımının dayandırılması və ya lisenziyanın ləğv edilməsi səlahiyyəti MTRŞ-ə verildi

Teleradio yayımının dayandırılması və ya lisenziyanın ləğv edilməsi səlahiyyəti MTRŞ-ə verildi

04-04-2015
MTRŞ sədri xarici radiostansiyaların açılmayacağını bildirib

MTRŞ sədri xarici radiostansiyaların açılmayacağını bildirib

15-10-2009
«XARİCİ RADİOSTANSİYALARA HEÇ BİR TEZLİKDƏ YAYIM LİSENZİYASI VERİLƏ BİLMƏZ»

«XARİCİ RADİOSTANSİYALARA HEÇ BİR TEZLİKDƏ YAYIM LİSENZİYASI VERİLƏ BİLMƏZ»

09-01-2009
ANS-in lisenziyasının ləğvi ilə bağlı məhkəmə başlayıb

ANS-in lisenziyasının ləğvi ilə bağlı məhkəmə başlayıb

29-07-2016
ANS Ali Məhkəməyə şikayət etdi

ANS Ali Məhkəməyə şikayət etdi

01-08-2016
Məhkəmə ANS TV-nin yayım lisenziyasını ləğv etdi

Məhkəmə ANS TV-nin yayım lisenziyasını ləğv etdi

29-07-2016
ANS-in tezliyi hər hansı bir yayımçıya verilməyənə qədər boş qalacaq

ANS-in tezliyi hər hansı bir yayımçıya verilməyənə qədər boş qalacaq

05-08-2016
Bu gün MTRŞ-nın iclası keçirilib

Bu gün MTRŞ-nın iclası keçirilib

12-02-2009
Azad edilmiş ərazilərdə teleradio yayımı üçün infrastrukturun bərpasına başlanılıb

Azad edilmiş ərazilərdə teleradio yayımı üçün infrastrukturun bərpasına başlanılıb

18-11-2020
Azərbaycanda yeni radio kanalının açılması üçün müsabiqə elan edilib

Azərbaycanda yeni radio kanalının açılması üçün müsabiqə elan edilib

23-11-2010
Beş şirkətə kabel şəbəkəsi yayımı üçün lisenziya verilib

Beş şirkətə kabel şəbəkəsi yayımı üçün lisenziya verilib

03-12-2015
Məhkəmə ANS ÇM-in iddiasını təmin etməyib

Məhkəmə ANS ÇM-in iddiasını təmin etməyib

09-09-2016
ANS-in vəkili məhkəmədən vaxt istəyib

ANS-in vəkili məhkəmədən vaxt istəyib

15-09-2016
MTRŞ-da “Radio Frans”ın Azərbaycanda yayımı müzakirə olunub

MTRŞ-da “Radio Frans”ın Azərbaycanda yayımı müzakirə olunub

22-10-2009
Yeni televiziya kanalının yaradılması ilə bağlı müsabiqə elan edilib

Yeni televiziya kanalının yaradılması ilə bağlı müsabiqə elan edilib

15-11-2017
Ali Məhkəmə ANS-in kassasiya şikayətini təmin etməyib

Ali Məhkəmə ANS-in kassasiya şikayətini təmin etməyib

21-09-2016
Yeni televiziya kanalına və radioya lisenziya verilib

Yeni televiziya kanalına və radioya lisenziya verilib

08-09-2015
MTRŞ-nın ANS-ə qarşı iddiası əsasında məhkəmə iclası keçirilib

MTRŞ-nın ANS-ə qarşı iddiası əsasında məhkəmə iclası keçirilib

26-07-2016
Azərbaycanda 4 telekanalın lisenziyasına xitam verilib

Azərbaycanda 4 telekanalın lisenziyasına xitam verilib

24-05-2021
Real TV-nin peyk yayımına başlayacağı vaxtı açıqlanıb

Real TV-nin peyk yayımına başlayacağı vaxtı açıqlanıb

10-03-2018
Qarabağda yeni radio kanal fəaliyyət göstərəcək

Qarabağda yeni radio kanal fəaliyyət göstərəcək

09-02-2021
Qarabağda radioyayım lisenziyasını kim qazanacaq?

Qarabağda radioyayım lisenziyasını kim qazanacaq?

13-03-2021
ANS məhkəmə qərarından apellyasiya şikayəti verib

ANS məhkəmə qərarından apellyasiya şikayəti verib

07-09-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə