Previous Next
Bağla

Sahibkarlar lisenziya və icazələr almaq üçün necə elektron müraciət etməlidirlər?

23-08-2023 14:14
Sahibkarlar lisenziya və icazələr almaq üçün necə elektron müraciət etməlidirlər?

İstifadəçilər “Lisenziyalar və icazələr” portalı (www.lisenziya.gov.az) vasitəsilə 23 fəaliyyət növü üzrə lisenziya və lisenziya əlavələrinin alınması, həmçinin yenidən rəsmiləşdirilməsi üçün elektron müraciət edə bilərlər.

İqtisadiyyat Nazirliyindən Xeberler.az-a bildirilib ki, göstərilən xidmətlərin elektronlaşdırılması, səmərəliliyinin artırılması istiqamətində işlər ardıcıl olaraq davam etdirilir. Sahibkarlar elektron xidmətlərdən istifadə edərək zəruri iqtisadi və hüquqi informasiya əldə edə və sahibkarlıq fəaliyyəti ilə bağlı hüquq müəyyən edən bəzi sənədləri almaq üçün müraciət edə bilərlər. O cümlədən istifadəçilər “Lisenziyalar və icazələr” portalı vasitəsilə 23 fəaliyyət növü üzrə lisenziya və lisenziya əlavələrinin alınması, həmçinin yenidən rəsmiləşdirilməsi üçün elektron müraciət edə bilərlər.

Lisenziya alınması üçün istifadəçi gücləndirilmiş elektron imzası vasitəsilə portalda qeydiyyatdan keçərək elektron kabinet yaradır və həmin kabinetdə müvafiq fəaliyyət növünü seçir. Portalda açılan ərizə pəncərəsində tələb edilən məlumatlar portal tərəfindən informasiya sistemlərindən götürülərək əks olunur. Tələb edilən məlumatlar informasiya sistemlərində olmadıqda seçilmiş fəaliyyət növü üzrə tələb edilən sənədlərin skan olunmuş surətləri ərizəyə əlavə edilir və istifadəçi tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənir.

“Lisenziyalar və icazələr” portalı vasitəsilə istifadəçi müraciətin icra prosesini izləyir və lisenziyanın verilməsi üçün qanunla tələb olunan dövlət rüsumunu ödəyir, lisenziya gücləndirilmiş elektron imza ilə təsdiqlənərək istifadəçinin elektron kabinetinə göndərilir.

Məlumat üçün bildirək ki, 2023-cü ilin ötən dövrü ərzində sahibkarlara portal vasitəsilə 774 elektron lisenziya verilib. Ümumilikdə “Lisenziyalar və icazələr” portalının fəaliyyətə başladığı 2018-ci il 1 mart tarixindən indiyədək portal vasitəsilə 4086 elektron lisenziya verilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Lisenziyalar və icazələr” portalı üzərindən 4 mindən çox lisenziya verilib

23-08-2023

Portal vasitəsilə 110 elektron lisenziya verilib

18-05-2018

Lisenziyaların vahid portal üzərindən verilməsi üçün vaxt müəyyən olunub

08-01-2018

“Elektron lisenziya” portalı nə vaxt istifadəyə veriləcək?

19-10-2015

Mobil rabitə xidmətlərinə lisenziya 10 illik müddətə veriləcək

02-03-2017

Bərdədə sahibkarlara lisenziyalar verilib

23-11-2015

Azərbaycanda lisenziya almaq asanlaşır-Yeni portal

20-12-2017

Sahibkarlara elektron qaydada 5 mindən çox lisenziya verilib

18-02-2019

Sahibkarlara lisenziyaların verilməsi davam etdirilir

18-11-2015

Elektron sağlamlıq kart sisteminin tətbiqi qaydalarına dəyişiklik edilib

18-09-2018

Teleradio yayımçılarına lisenziyaları hansı orqan verə bilər?

09-09-2016

Müddətsiz, ucuz və elektron lisenziyalar dövrü başladı -Fərman

22-12-2015

ASAN Xidmət-də sahibkarlara lisenziya verilməsinə başlanıb

05-11-2015

Sahibkarlara lisenziyaların verilməsi davam edir

10-11-2015

Azərbaycanda biometrik texnologiyalar üzrə lisenziyaların verilməsi RİTN-ə həvalə olunub

03-12-2008

Sahibkarlara 200-dən çox lisenziya verilib

16-12-2015

İqtisadiyyat Nazirliyinin elektron xidmətlərinə müraciətlərin sayı artıb

12-05-2025

Naxçıvanda I yarımildə sahibkarlıq fəaliyyətinə 21 lisenziya verilib

17-07-2023

“Azercell” və “Bakcell” şirkətlərinin də 3G lisenziyası alması məsələsinə baxılacaq”

02-12-2009

Azərbaycanda ödəniş bazarının 8 iştirakçısı lisenziya almaq üçün gözləyir

14-02-2025

Taksi fəaliyyətinə buraxılış vəsiqəsi və buraxılış kartı almaq üçün tələb olunan sənədlərin siyahısı açıqlanıb

02-04-2024

Nazirliyin e-xidmətlərdən birinin fəaliyyəti dayandırılıb

27-10-2015

“Starlink”in Ermənistanda fəaliyyətinə lisenziya verilib

13-12-2024

Gömrük rəsmiləşdirilməsi e-hökumət portalında mümkündür

15-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə