Yay mövsümü ilə əlaqədar öz abunəçilərinin artan rabitə və mobil internet ehtiyaclarını qarşılamaq üçün Nar rominq qiymətlərini daha sərfəli edib.
Xeberler.az-ın məlumatına görə, mobil operatorun təqdim etdiyi “Tətil” paketləri xüsusilə qonşu ölkələrə səyahət edənlər üçün daha əlverişlidir.
Məsələn, Gürcüstana mütəmadi səyahət edən istifadəçlər rominqdə internetin indi daha sərfəli olduğunu qeyd edir, sərfəli internet paketləri sayəsində artıq Tbilisi və ya Batumidə də özlərini evdəki kimi hiss edir, Wi-Fi axtarmağa ehtiyac duymurlar. Artıq Gürcüstana gedərkən, Nar-ın “Tətil”paketlərindən birini sifariş edərək səyahət etmək olduqca sərfəlidir.
Təklif çərçivəsində 200 Mb həcmindəki “Tətil – 2” və 600 Mb həcmindəki “Tətil – 5” paketlərinin qiyməti müvafiq olaraq 2 və 5 AZN təşkil edir. Təklif Nar operatorunun 30 sentyabr 2017-ci il tarixinədək davam edəcək “Tətil” kampaniyası çərçivəsində verilir və ABŞ, İsrail, Ukrayna, İran, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan kimi ölkələri də əhatə edir. “Tətil – 2” paketinə qoşulmaq üçün *777#102#YES, “Tətil – 5” paketinə qoşulmaq üçün *777#105#YES, paketdaxili internet balansını yoxlamaq üçün isə *777#20#YES kodunu yığmaq kifayətdir. Nar rominq xidməti və tariflər haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək mümkündür.
Azerfon şirkəti 21 mart 2007-ci ildə Nar Mobile ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
Nar ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. Nar ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2,3 milyon istifadəçisi olan Nar hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri