“Nar” əyləncə dolu yay kampaniyasına start verir  

07-07-2022 / 15:31

Əyləncə dolu bir yay keçirmək istəyənlər üçün “Nar” maraqlı fəaliyyətlərlə dolu yay kampaniyasına başlayır. Paytaxt Bakı və bölgələrdə keçiriləcək kampaniyada iştirak edənlər maraqlı oyunlara qatılaraq əylənəcək və “Nar”dan hədiyyələr qazana biləcək.

Xeberler.az məlumat verir ki, bundan başqa, mobil operatorun sosial media səhifələrində keçiriləcək müsabiqələrdə iştirak etməklə “Nar”dan dəyərli hədiyyələr, ən əsası, iki nəfərlik səyahət paketi qazanmaq şansı da əldə edirsiniz.

“Nar”ın sürpriz və yeniliklərini sosial mediada kampaniyanın rəsmi simaları İradə Qədirova (Instagram: irada_gadirova), Samirə Əfəndi (Instagram: efendi_music) və Cəfər Nəcəfov (Instagram: jafarnajafov) paylaşacaqlar.

Kampaniyanın ən böyük və əyləncəli sürprizi isə yayın sonunda olacaq. Səbrsizliklə gözlənilən o gün barədə xəbərləri “Nar”ın rəsmi hesablarından, kampaniyanın rəsmi simalarından və #TamHazıram həştəqini izləməklə əldə edə bilərsiniz. Kampaniya videolarını izləmək üçünsə bu linkə daxil olun.

 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.

 


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.