Previous Next
Bağla

Nar korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir

19-04-2019 15:59
Nar korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir

Ölkənin ən gənc və innovativ mobil operatoru “Nar”, təqdim etdiyi yüksəkkeyfiyyətli şəbəkə , sürətli və kəsintisiz internet xidmətləri, sərfəli təklifləri ilə sahibkarlara dəstək olmağa və onların biznes tələblərini ödəməyə davam edir. 

Xeberler.az  bildirir ki, “Nar”-ın korporativ müştərisinə çevrilən hər bir biznes sahibi ödənişsiz olaraq portativ internet daşıyıcısı olan “Nar MiFi” cihazı əldə edə biləcək. Bu cihaz abunəçilərə olduqları yerdən asılı olmayaraq hər zaman onlayn olmağa və interneti ətrafdakılarla paylaşmağa imkan verir. Eləcə də, cihazın kiçik ölçüləri və yüngüllüyü onun daşınmasını asanlaşdırır ki, bu da abunəçilərə bizneslərini daha çevik və mobil idarə etməyə kömək edir.
 
Mobil operator korporativ müştərilərilə yeni imkanlar, təkliflər barədə məlumatları bölüşmək, eləcə də əlaqələri gücləndirmək məqsədilə, növbəti dəfə 100-ə yaxın şirkətdən 250-yə qədər korporativ müştərisini film nümayişində bir araya gətirib. Filmdən sonra iştirakçılar arasında lotoreya keçirilib və qalib müştərilərə “Nar” tərəfindən xüsusi hədiyyələr verilib. 
 
Bu ildən mobil operatorun korporativ müştəriləri üçün mövcud olan tarif paketlərində dəyişikliklər olub və yeni tariflər təqdim edilib. Tariflər hər bir müştərinin ehtiyacına uyğun tənzimlənir və fərdi yanaşma sayəsində biznes sahiblərinə ən optimal təklif təqdim edilir. Bundan başqa, korporativ müştərilər üçün yeni internet və rominq paketləri və beynəlxalq zənglər üçün bonuslar təqdim edilir. Qeyd edək ki, “Nar”-ın biznes sahibləri üçün təqdim etdiyi sərfəli təkliflər sayəsində müştərilərinin sayı artmaqdadır. Son 1 ildə mobil operatorun korporativ müştəriləri sırasına daha 600 yeni şirkət qoşulub.
 
 “Nar” ilə korporativ tərəfdaşlıq üçün 777 telefon nömrəsi və ya [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq olar. Daha ətraflı buradan tanış ola bilərsiniz.
 
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nar-ın müştərisi ol, sərfəli tariflərdən yararlan

07-08-2019

Biznesin inkişafı üçün Nar-dan korporativ müştərilərə yenilənmiş təkliflər

12-02-2019

Nar-ın korporativ müştərilərinin sayı artmaqdadır

14-01-2019

“Nar Wi-Fi” ilə sən harada, internet orada

31-07-2021

Nar korporativ müştərilərinə xüsusi təkliflər təqdim edir

02-11-2018

Nar korporativ müştərilərlə növbəti görüş keçirib

24-09-2018

Nar-dan yay kampaniyası

15-06-2017

“Nar” “Zirə” Peşəkar Futbol Klubunun tərəfdaşı Olacaq

13-08-2021

Nar rominq qiymətlərini daha sərfəli edib

30-06-2017

Nar 794 ədəd 4G baza stansiyası quraşdırıb

06-07-2017

“Nar” gənclərin onlayn keçirdikləri tədbirə dəstək olub

16-06-2020

Regionlarda 4G “Nar” şəbəkəsindən istifadə edənlərin sayı iki dəfə artıb

02-12-2019

Nar Qurban bayramı münasibətilə pulsuz dəqiqələr hədiyyə edir

21-08-2018

Nar korporativ tarif planlarını daha sərfəli etdi

11-06-2018

Nar və Avtostop radio verilişindən maraqlı təklif

21-06-2017

Nar 45-dən çox bölgəni 4G şəbəkəsi ilə təmin edib

20-02-2019

Nar-dan Yeni İl endirimi

29-12-2017

Nar 2018-ci ilin yekunları ilə bağlı hesabatını açıqlayıb

13-03-2019

“Nar”dan sahibkarlar üçün sərfəli təkliflər

06-12-2023

“Nar+” tətbiqi yeniləndi!

14-01-2022

NETTY-2019 mükafatına sənəd qəbulu davam edir

08-05-2019

Nar korporativ müştərilər üçün yeni imkanlar açır

31-08-2018

“Nar” qazi müəllimlər haqqında kitabın çapına dəstək olur

28-10-2021

“Nar” həkimlərə rabitə dəstəyini davam etdirir

25-11-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə