Previous Next
Bağla

NETTY-2019 mükafatına sənəd qəbulu davam edir

08-05-2019 17:16
NETTY-2019 mükafatına sənəd qəbulu davam edir

“Nar”-ın əsas tərəfdaşlığı ilə keçiriləcək NETTY-2019 Azərbaycanın milli internet mükafatı üçün sənəd qəbulu davam edir. 

Xeberler.az bildirir ki, müsabiqədə iştirak etmək üçün ərizə qəbulu mayın 24-də  başa çatacaq. Qeyd edək ki, ərizələr http://www.netty.az saytında qəbul edilir. Mayın 24-dən 31-dək mükafatın nominantlar siyahısını formalaşdıran Ekspert Şurasının və Virtual münsiflər heyətinin səsverməsi keçiriləcək. 01 iyunda isə NETTY Akademiyası nominantlar sırasından qaliblərin müəyyən edilməsi üçün səsverməyə başlayacaq. 
 
Müsabiqə çərçivəsində aşağıdakı nominasiyalar üzrə Azərbaycanda ən yaxşı resurslar elan olunacaq: “Dövlət”, “İqtisadiyyat və Biznes”, “Təhsil və Elm”, “Mədəniyyət və Yaradıcılıq”, “İnformasiya və Xəbərlər”, “Elektron Xidmətlər və Ticarət”, "İlin İT-Hadisəsi"  nominasiyaları və s.
 
NETTY mükafatı hər il ən yaxşı Azərbaycan İT layihələrini, əhəmiyyətli veb-resursları və informasiya texnologiyaları sahəsində peşəkarları müəyyən edir və onları mükafatlandırır. NETTY Azərbaycan milli internet mükafatı 2004-cü ildə təsis edilib. Ümumdünya şəbəkəsinin milli seqmenti və İKT bazarının inkişafı məqsədilə yaradılmış NETTY, informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk peşəkar mükafatıdır.
 
Qeyd edək ki, bu il də müsabiqə “Nar”-ın əsas tərəfdaşlığı və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Mədəniyyət Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir. “Nar” özünün çoxşaxəli korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində Azərbaycanda İKT sahəsinin inkişafına və müxtəlif innovativ texnologiyaların, o cümlədən startapların tətbiqinə dəstək olur.
 
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Nar NETTY-2019 milli internet mükafatının əsas tərəfdaşı seçildi

Nar NETTY-2019 milli internet mükafatının əsas tərəfdaşı seçildi

18-04-2019
Nar NETTY-2018 -ə dəstək olub

Nar NETTY-2018 -ə dəstək olub

16-04-2018
Nar-ın dəstəyilə keçirilən NETTY-2018 mükafatının qalibləri bəlli oldu

Nar-ın dəstəyilə keçirilən NETTY-2018 mükafatının qalibləri bəlli oldu

11-06-2018
Nar rəqəmsal inkişafa öz töhfəsini verməyə davam edir

Nar rəqəmsal inkişafa öz töhfəsini verməyə davam edir

20-06-2019
Nar rəqəmsal inkişafa öz töhfəsini verməkdə davam edir

Nar rəqəmsal inkişafa öz töhfəsini verməkdə davam edir

08-07-2019
"Nar" NETTY 2022 milli internet mükafatının əsas tərəfdaşıdır

"Nar" NETTY 2022 milli internet mükafatının əsas tərəfdaşıdır

29-11-2022
NETTY 2016-ya ərizə qəbulu başlayıb

NETTY 2016-ya ərizə qəbulu başlayıb

16-03-2016
NETTY 2019 müsabiqəsinə start verildi

NETTY 2019 müsabiqəsinə start verildi

19-04-2019
“NETTY 2015”-in nominantları müəyyən edilib

“NETTY 2015”-in nominantları müəyyən edilib

06-05-2015
Azərbaycanın 19-ci Milli İnternet Mükafatı NETTY2024 üçün qeydəalınma başlayıb

Azərbaycanın 19-ci Milli İnternet Mükafatı NETTY2024 üçün qeydəalınma başlayıb

10-10-2024
NETTY2019 nominantları müəyyən edilib

NETTY2019 nominantları müəyyən edilib

03-06-2019
“Nar” və “NETTY” ilin ən yaxşı internet layihələrini mükafatlandırıb

“Nar” və “NETTY” ilin ən yaxşı internet layihələrini mükafatlandırıb

20-12-2021
“Nar” “Zirə” Peşəkar Futbol Klubunun tərəfdaşı Olacaq

“Nar” “Zirə” Peşəkar Futbol Klubunun tərəfdaşı Olacaq

13-08-2021
“Nar” və “NETTY” ölkənin ən yaxşı internet təşəbbüslərini mükafatlandırdı

“Nar” və “NETTY” ölkənin ən yaxşı internet təşəbbüslərini mükafatlandırdı

19-12-2023
NETTY2019 nominantları müəyyən edir, seçim prosesi başladı

NETTY2019 nominantları müəyyən edir, seçim prosesi başladı

24-05-2019
“Nar” milli internet resurslarına dəstək olur

“Nar” milli internet resurslarına dəstək olur

30-11-2021
“Nar” gənclərin onlayn keçirdikləri tədbirə dəstək olub

“Nar” gənclərin onlayn keçirdikləri tədbirə dəstək olub

16-06-2020
Nar-ın dəstək verdiyi müsabiqənin nominantları müəyyən edilir

Nar-ın dəstək verdiyi müsabiqənin nominantları müəyyən edilir

22-05-2018
NETTY2019 ərizələrin qəbulunu davam etdirir və suallara cavab verir

NETTY2019 ərizələrin qəbulunu davam etdirir və suallara cavab verir

30-04-2019
Nar 794 ədəd 4G baza stansiyası quraşdırıb

Nar 794 ədəd 4G baza stansiyası quraşdırıb

06-07-2017
“Nar Wi-Fi” ilə sən harada, internet orada

“Nar Wi-Fi” ilə sən harada, internet orada

31-07-2021
“Nar” qazi müəllimlər haqqında kitabın çapına dəstək olur

“Nar” qazi müəllimlər haqqında kitabın çapına dəstək olur

28-10-2021
NETTY 2016 nominantları müəyyən edilib

NETTY 2016 nominantları müəyyən edilib

10-05-2016
Nar tələbələri mükafatlandırıb

Nar tələbələri mükafatlandırıb

07-07-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə